Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2322/2024 16.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdehnə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı Cavabdeh 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu Ramana südçülük sovxozunda ayrılmış 0.10 ha torpaq sahəsinin yerinin təyin edilərək ona göstərilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdehnə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu Ramana südçülük sovxozunda ayrılmış 0.10 ha torpaq sahəsinin yerinin təyin edilərək ona göstərilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.1995-ci il tarixli sərəncamı ilə 0.10 ha torpaq sahəsi çühairbə veteranı kimi iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi ünvan 3 ünvanında yerləşir. Lakin hazırda həmin torpaq sahəsi cəmi 0.04 ha qalmışdır. Belə ki, o, torpaq sahəsinin 0.06 ha hissəsini müvəqqəti isifadə etmək üçün X2 etibarnamə əsasında ayrılmış, lakin sonradan o, etibarnaməni ləğv etdirmişdir. Buna qədər N.Şabəddinova həmin torpaq sahəsində mənzil tikmiş və əlav olaraq 0.03 ha torpaq sahəsini İlqar adlı qonşudan almışdır. Bundan başqa həmin şəxs onun torpaq sahəsini öz adına sənədləşdirmək saxta sənədlər əldə etmişdir. Bununla bağlı, o, Abşeron rayon İHB-nın sərəncamı əsasında ona ayrılmış torpaq sahəsinin yerinin təyin edilərək göstrəilməsini tələb edir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından müəyyən olunduğu kimi mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla inzibati məhkəmələrdə baxılmalı olan mübahisə olsa da, iddiaçı müstəsna aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Halbuki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdehnə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı Cavabdeh 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu Ramana südçülük sovxozunda ayrılmış 0.10 ha torpaq sahəsinin yerinin təyin edilərək ona göstərilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdehnə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı Cavabdeh 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu Ramana südçülük sovxozunda ayrılmış 0.10 ha torpaq sahəsinin yerinin təyin edilərək ona göstərilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(118)- 2322/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəflərə təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2322/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2322/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver