Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2327/2022 15.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin NN yanvar 202N-ci il tarixli, N/B-379 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı müharibə dövründə N N-li hərbi hissənin şəxsi heyətində xidmət keçmişdir. Bu fakt Abşeron RHK-dan çağırılmağı və komandirin 25 yanvar N994-cü il tarixli əmrində şəxsi heyətin siyahısına daxil olmağı barədə məlumat vardır. Belə ki, N N-li hərbi hissədən xidmətimi davam etdirmək üçün gəlmiş, N N-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 60 №li əmri ilə maddi təminat taborunun siyahısına daxil edilərək bütün növ təmaninatlarla təmin edilmişdir. Hərbi hissəni öz başına tərk etdiyi üçün N N-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 3N N-li əmrilə bütün növ təminatlardan çıxarılmaqla ştatdan kənar edilərək haqqında cinayət işi açılmışdır. N N-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli N9 N-li Əmrinə əsasən Tərtər-2 taborunun şəxsi heyətinin siyahısına daxil olmuşdur. N N-li hərbi hissə komandirinin NN may N994-cü il tarixli 4N N-li əmrindən yoxlama zamanı 6-cı MAT-un şəxsi heyətinin siyahısında adı da qeyd edilmişdir. N N-li hərbi hissə komandirinin N5 may N994-cü il tarixli 4N N-li əmrindən yoxlama zamanı 6-cı MAT-un şəxsi heyətinin siyahısında adı da qeyd edilmişdir. N N-li hərbi hissə komandirinin iyun-dekabr N994-cü il tarixli Nizami hissə üzrə əmrlərində isə onun xidməti barədə məlumat aşkar olunmamışdır. X3 və X8 onunla eyni batalyonda olmuş və onun bu qeyd etdiklərini onlar da təsdiq edə bilərlər. İddiaçı daha əvvəldə eyni məsələ ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, müharibədə iştirak etməyimi nəzərə alaraq ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müfafiə Nazirliyi Şəxsi heyət Baş İdarəsi tərəfindən verilmiş N/B-N6840 N-li, xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ona “Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, hərbi xidməti haqqında arxiv arayışını və s.sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyini qeyd etməklə ətraflı ərizəni Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna biləcəyi qeyd edilmişdir. İddiaçı daha sonra ondan tələb olunan sənədləri lazımi qaydada toplayaraq bir daha Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət Baş İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət Baş İdarəsi tərəfindən verilmiş N/B-379 N-li, xx.xx.202N-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzər kommisiya’’nın xx.xx.2092N-ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-N0699 nömrəli arayışına əsasən fevral N994-cü il tarixdə hərbi hissəni öz başına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 N-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08ci maddəsinə görə ərazəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İddiaçı müraciəti müsbət həllini tapmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X9 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Mərkəzi Arxivdə olan Tərtər ƏÖMB komandirinin xx.xx.N992-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №li hərbi hissə komandirinin may-dekabr N992-ci il, yanvar dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 0N dekabr 2020-ci il tarixli, 9/2-N0699 saylı arxiv arayışında qeyd edilir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “A,B,V", səh. 68, sıra 80, məlumatda hərbi hissədən xaric olması barədə qeydiyyat aparılmamışdır) xx.xx.N973-cü il təvəllüdlü İddiaçı Abşeron RHK- dan çağırılması və komandirin 25 yanvar N994-cü il tarixli əmrində şəxsi heyətin siyahısına daxil olunması barədə məlumat vardır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 60 №-li əmrilə (əsas: səh 37, əmrdə vəzifəsi göstərilməyib) maddi təminat taborunun siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün N-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 3N №-li əmrilə (əsas: § N, səh N, əmrdə vəzifəsi göstərilməyib) bütün növ təminatlardan çıxarılmaqla ştatdan kənar edilərək haqqında cinayət işi qaldırılmışdır. N №-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli N9 №-li əmrində sıravi İddiaçı (əsas: yoxlama əmri: səh 32, əmrdə vəzifəsi göstərilməyib) yoxlama zamanı Tərtər-2 taborunun şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin NN may N994-cü il tarixli 4N №-li əmrində sıravi İddiaçı (əsas: yoxlama əmri: səh 32, əmrdə vəzifəsi göstərilməyib) yoxlama zamanı 6-cı MAT-un şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N5 may N994-cü il tarixli 42 №-li əmrində İddiaçı (əsas: yoxlama əmri: səh 4, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) yoxlama zamanı 6-cı MAT-un şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin iyun-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materialları ilə iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Habelə arxiv arayışında iddiaçı barəsində cinayət işinin açıldığı qeyd edilmişdir. İddiaçının vəkili bildirmişdir ki, iddiaçı barəsində qanuni qüvvəyə minmiş hərhansı məhkəmə hökmü yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının bəraətverici əsaslarla barəsində açılmış cinayət işinə xita verilməsinə dair sübut mövcud deyildir. Qeyd edilən halı öz xidməti vəzifəsinə görə araşdırmağı isə məhkəmə vacib hesab etməmişdir. Belə ki, iddiaçı barəsində açılmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi halı mövcud olsa belə, hər bir halda iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunmasına dair sübut mövcud olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2327/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2327/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver