Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2328/2024 20.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinə qarşı “Abşeron rayon X1 Sovxozunun xx.xx.1996-ci il tarixli, 13 saylı əmrinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cü il tarixli, 3 saylı Qərarına, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cii il tarixli Sərəncamına və X1 Sovxozunun 1 aprel 1995-cı il, 13 saylı Sərəncamına əsasən fərdi ev tikmək üçün 0,1 ha Abşeron həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə Abşeron Rayon X1 Sovxozun 13 saylı, 26 mart 1996-cı il tarixli Əmri də vardır. Həmin əmrin surətini ərizəyə əlavə etmişdir. 0,1 ha Abşeron həyətyanı torpaq sahəsini özəlləşdirmək istəyir. Bu yaxınlarda torpaq sahəni özəlləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron RİH Apşeron rayon X4 Rayon Xırdalan Siidçülük Tərəvəzçilik Sovxozunun xx.xx.1996-ci il tarixli, 13 saylı Əmrin verilməsi üçün müraciət etmişdir. Lakin oradan imtina cavabı imtina cavabı almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, hüquq müdafiə vasitələri izah edilmiş , iddiaçı iddianı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Abşeron rayon X1 Sovxozunun xx.xx.1996-ci il tarixli, 13 saylı əmrinin arxivdən sürətinin verilməsini istəyir. İş materiallarına əlavə edilmiş cavabdehin iddiaçının müraciətinə verdiyi xx.xx.2023-cü il tarixli cavabda qeyd edilmişdir ki, Abşeron rayon Xırdalan Südçülük- Tərəvəzçilik sovxozunun xx.xx.1996-cı il tarixli, 13 saylı əmri Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyindən arxiv əsaslarında mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdeh orqanda məlumatın olmaması hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. İddiaçının istədiyi məlumatın verilməsini tələb etmək onun hüququdur, hansı ki iddiaçı həmin məlumat əsasında qanunvericilikdən irəli gələn digər bir hüquq əldə etmiş olacaq. Lakin inzibati orqanda mövcud olmayan bir məlumatın verilməsi mümkün olmadığı kimi, hazırkı iddianı da mümkünsüz edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Eyni zamanda iddiaçıya izah edilsin ki, həmin əmrin sürətinin arxivdə olduğu halda verilməməsi cinayət məsuliyyəti yaradır, belə bir halın mövcudluğu varsa, müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2328/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2328/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver