Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-233/2022 16.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X18, Üçüncü şəxs Xaçmaz Bələdiyyəsinin nümayəndəsi X28 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mərhum X4 adına Xaçmaz şəhər Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli, 10 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.05 ha torpaq sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq mərhum atası X6 Xaçmaz şəhər bələdiyyəsi tərəfindən 24 avqust 2005-ci il tarixli, 10 saylı qərarı ilə Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün verilmiş 0,05 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək mərhum X4 adına Xaçmaz şəhər Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli, 10 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.05 ha torpaq sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xaçmaz Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Hazırki iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus AZ-İİ seriyalı J№ 676022 nömrəli “Doğum haqqında” Şəhadətnamənin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi X11 iddiaçının atası, X10 isə anasıdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş AZ-İİ № seriyalı, № 053371 nömrəli “Ölüm haqqında” Şəhadətnamənin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi atası X11 10 dekabr 2012-ci ildə vəfat etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş “Nikahın pozulması haqqında” Şəhadətnamənin çıxarışından göründüyü kimi valideinlərinin arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə 21 may 1993-cü il tarixdə pozulmuşdur. Xaçmaz şəhər bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Xaçmaz şəhəri ərazisində atası X7 0,05 ha torpaq sahəsi verilmişdir. Xaçmaz Rayon İcra hakimiyyəti Başçısının Xaçmaz ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan (Forma-2) göründüyü kimi iddiaçı, X5 ölümündən sonra qalan yeganə birinci növbəli vərəsədir. İddiaçı, atasının ölümündən sonra miras qalmış 0,05 ha torpaq sahəsi qəbul edərək əmlaka öz əmlakı kimi sahiblik etmiş, torpaq sahəsini əkib becərmişdir. Bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmin əmlaka vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün Xaçmaz rayon 1 saylı dövlət notariat kontoruna müraciət etmişdir. Notariat kontoru bu barədə vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün 26 noyabr 2019-cu il tarixli, № 2023 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (ƏMDX yaninda DƏDRX 5 sayli Xaçmaz Əİ) müraciət edərək həmin torpaq sahəsinə dair Çıxarışın verilməsini xahiş etmişdir. DƏDRX 5 saylı Xaçmaz Əİ - dən verilmiş 13 iyun 2021-ci il tarixli, № **********09 nömrəli məktuba əsasən torpaq sahəsinə dair “daşınmaz əmlakln dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun Vİİİ maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsasən olan hüquq müəyyənedici sənədlərin əsilləri təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarnın dövlət qeydiyyatına almması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, sənədlərin surətini məhkəməyə təqdim etmişdir. Sənədlərin əsli qaynındadır. Qaynı məhkəmədə iddia qaldırmış, iddiası təmin edilməmişdir. Hazırda torpağa iddia edən yoxdur. Torpaq həmişə onların istifadəsində olmuş, hazırdada onların istifadəsindədir. Bütün sənədlər bələdiyyədə var, gəlib akt tərtib ediblər. Sonda iddiaçının nümayəndəsi X14 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi X3 şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzrə mərhum X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 09.08.2021ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə 13.06.2021-ci il tarixli **********09 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Xaçmaz şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 09.08.2021-ci il tarixli ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində baxılmışdır. Bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Ərizəyə əlavə olunmuş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsillərini təqdim edə bilmədikləri üçün ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlərin əsilləri təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakrı müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X27 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Xaçmaz Bələdiyyəsinin nümayəndəsi X34 iştirak etmiş, izahatında bildirmişdir ki, cavabdehin iddiaya etirazını əsassız hesab edirlər. Bələdiyyə qərarı mövcuddur. Qərar mərhum X4 adınadır. Rəy və qərarın protokolu arxivdə mövcuddur. Torpaq sahəsinə başqa iddia edən yoxdur. İddiaçı ilə əmisi arasında hazırda məhkəmə mübahisələri mövcud deyildir. Torpaq sahəsi qanuni əsaslarla iddiaçının atasına ayrılmışdır. Qeyd edilənlərlə bağlı akt tərtib edib məhkəməyə təqdim etmişdirlər. Sonda üçüncü şəxs Xaçmaz Bələdiyyəsinin nümayəndəsi X34 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı, mərhum X4 adına Xaçmaz şəhər Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli, 10 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.05 ha torpaq sahəsinə dair arayışın verilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, iddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsillərini təqdim edə bilmədikləri üçün ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarına, tərəflərin izahatı və məhkəmə araşdırmasının nəticəsinə uyğun olaraq məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır . Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 22.08.2005-ci il tarixli Rəyinə əsasən, fərdi mənzil tikintisi məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti hesab edilmişdir. Xaçmaz Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli iclasının 10 saylı protokolundan Xaçmaz rayon Dövlət Arxivinin 22 noyabr 2019-cu il tarixli, 890 saylı Arxiv çıxarışına əsasən siyahıda 39-cu olan X6 fərdi yaşayış evi tikmək məqsədilə 500 (beş yüz) kv.m torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin alqı-satqı aktı tərtib edilmişdir. Məhkəməyə torpaq sahəsinin alqı-satqısına dair akt-dublikat və Xaçmaz Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 saylı Qərarının dublikatı, torpaq sahəsinin Baş Planından çıxarış təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-914/2021 saylı 26.02.2021-ci il tarixli qərardadı ilə iddiaçı X12 cavabdehlər X15 və X16 qarşı “Bələdiyyənin alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qanuni qüvvəsini almışdır. Eyni zamanda Xaçmaz rayon Məhkəməsinin icraatında tərəflər arasında əlavə hərhansı mülki mübahisə olmamışdır. (Xaçmaz rayon Məhkəməsinin 02.02.2022-ci il tarixli, 198/2022 saylı cavab məktubu) Doğruluğu Xaçmaz bələdiyyəsinin sədr müavini X23, Xaçmaz bələdiyyəsinin mütəxəssisi X25, Xaçmaz şəhər M.F.Axundov küçəsi 44 saylı evin sakini X13 tərəfindən təsdiq edilmiş 28 yanvar 2022-ci il tarixli Akt məhkəmə iclasında üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş edilmişdir. Aktda qeyd edilmişdir ki, İddiaçı nümayəndəsi X9 tələbi əsasında 24.08.2005-ci il tarixdə Xaçmaz bələdiyyəsinin 10 saylı qərarı ilə mərhum X7 ev tikmək üçün verilmiş 0,05 ha torpaq sahəsinə baxış keçirərkən aşağıdakılar müəyyən edilmişdir:
1. Torpaq sahəsi Qobuqıraqı və Ağçay yeni yaşayış massivində eni 20 metr, uzunluğu 25 metr olmaqla boş torpaq sahəsində tikinti aparmamış, lakin X9 nəzarəti altında istifadədədir.
2. Həmin torpaq sahəsi ilə əlaqədar qonşular və başqası tərəfindən heç bir iddia tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Xaçmaz Bələdiyyəsinin nümayəndəsi X34 izahatında bildirmişdir ki, cavabdehin iddiaya etirazını əsassız hesab edirlər. Bələdiyyə qərarı mövcuddur. Qərar mərhum X4 adınadır. Rəy və qərarın protokolu arxivdə mövcuddur. Torpaq sahəsinə başqa iddia edən yoxdur. İddiaçı ilə əmisi arasında hazırda məhkəmə mübahisələri mövcud deyildir. Torpaq sahəsi qanuni əsaslarla iddiaçının atasına ayrılmışdır. Qeyd edilənlərlə bağlı akt tərtib edib məhkəməyə təqdim etmişdirlər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi qanuni əsaslarla iddiaçının atasına ayrılmışdır və hazırda iddiaçının istifadəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı mübahisəli torpaq sahəsi ayrılmış atası X5 birinci dərəcəli vərəsəsidir. İddiaçı, atasının ölümündən sonra miras qalmış 0,05 ha torpaq sahəsi qəbul edərək əmlaka öz əmlakı kimi sahiblik etmiş, həmin əmlaka vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün Xaçmaz rayon 1 saylı dövlət notariat kontoruna müraciət etmişdir. Notariat kontoru bu barədə vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün 26 noyabr 2019-cu il tarixli, № 2023 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (ƏMDX yaninda DƏDRX 5 sayli Xaçmaz Əİ) müraciət edərək həmin torpaq sahəsinə dair Çıxarışın verilməsini xahiş etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçının atası mərhum X1 orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alğısatqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sənədlərin əsillərinin təqdim edilməməsi səbəbilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmamışdır. İş materiallarından və işin hallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi mərhum X2. Torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazlrkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X8 Xaçmaz şəhər Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli, 10 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.05 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X8 aid olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X8 Xaçmaz şəhər Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli, 10 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.05 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X8 aid olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev