Məhkəmə qərarları › İş №2-1(118)-2332/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2332/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2332/2023 02.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vahid Məmmədovun hərəkətlərini qanunsuz hesab edilərək əmək haqqından tutmaların məbləğini 70 faiz miqdarında müəyyən edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vahid Məmmədovun hərəkətlərini qanunsuz hesab edilərək əmək haqqından tutmaların məbləğini 70 faiz miqdarında müəyyən edilməsi barədə qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədinə əsasən borclu olan iddiaçıdan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində aliment tutularaq X1 verilməlidir. İcra işinin aparılması Cavabdeh icra məmuru Vahid Məmmədova tapşırılmışdır. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Cavabdehndə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir Göründüyü kimi borcun yığılması borclunun hər hansı hərəkəti nəticəsində deyil, məhkəmənin icra sənədinin icraya gec yönəldilməsi, icra məmurunun eyni zamanda gec olaraq müvafiq məktubla borclunun iş yerinə müraciət etməməsi borcun yaradılması ilə nəticələnmişdir. Bu borcun yaranmasında onun hər hansı təqsiri olmamışdır. Heç bir tutarlı səbəb olmadan icra məmuru Vahid Məmmədov əmək haqqımın 70 faizinə tutulma yönəltmişdir, icra məmuruna onun qanuni nikahından Fidan, Rəvan və Fəqan adlı azyaşlı övladlarının olmasını, kirayədə yaşadığını, məcburi köçkün və şəhid ailəsi olduğunu, uşağının birinin əlil olmağını və onun müalicə üçün külli miqdarda vəsaitin xərclənməsini, polis əməkdaşı olduğu üçün heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilmədiyini, heçbir başqa gəlirinin olmamasını, ailədə tək onun işlədiyini, Aynurə Babayevanın isə tibb bacısı kimi işləməsini, başqa gəlirlərinin olmasını nəzərə almasını xahiş etmişdir. Lakin icra məmuru onun barəsində qərəzli olduğundan bunların heç birini nəzərə almadı. Polis əməkdaşı kimi aylıq maaşı 850 manatdır. Bununda 70% yəni 595 manatı tutularat Aynurə Babayevaya ödənilir. Ona isə 255 manat çatır. O, 255 manatla 5 nəfər ailə üzvünü necə dolandıra bilər? Onun ailə vəziyyəti çox acınacaqlı vəziyyətdədir. Aynurə Babayeva onunla pul müqabilində gizlin cinsi münasibət qurmuş və cəmiyyətdə qəbul edilməyən əxlaq normalarına zidd olaraq, utanmadan, ar bilmədən nigahdan kənar uşaq dünyaya gətirməklə onun həyatını alt-üst etmiş, maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, onun Aynurə Babayeva ilə heçbir nigahı və yaşayışı olmamışdır. Bu kimi hərəkətləri o əvvəlcədən riyakarcasına planlaşdırmışdır. Mən onun belə planı olmasını uşaq dünyaya gətirdikdən 10 il sonra bilmişdir. Quba rayonunda Aynurə Babayevanın ailəsinin faizlə vətəndaşlara pul verib onların pullarını qanunsuz mənimsəmələri ilə məşğul olması hamıya bəllidir. İndi isə bu hərəkətləri onun himayəsində azyaşlı əlil övladlarının olmasını nəzərə almadan ona qarşı yönəlmişdir. Bununla yanaşı icra məmuru Vahid Məmmədov onu, iş yeri bəlli ola-ola polis əməkdaşı kimi axtarışa verəcəyi, ölkədən çıxışına qadağa qoyacağı ilə hədələyir. Halbuki icra məmurunun bütün çağırışlarına gəlib. Hesab edir ki, bunu əlində olan səlahiyyətlərdən sui istifadə edərək onu alçaltmaq, aşağılamaq məqsədi ilə bu hərəkətləri edir. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunun 10.0.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçiləri vəzifədə olaraq qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməlidir, halbuki yuxarıda sadalanan hallardən bəlli olur ki, bu cür məktubun onun əmək haqqının 70% tutulması barədə iş yerinə qərar deyil, məktub göndərilməsi yolverilməzdir. Həmin Qanunun 10.0.11-ci maddəsinə əsasən ədliyyə orqanları işçiləri etik davranış və intizam qaydalarına əməl etməlidirlər. Bundan əlavə Cavabdeh icra məmuru Vahid Məmmədov tərəfindən Cavabdeh 88092/21 saylı, xx.xx.2021 -tarixli icra işi üzrə “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla Quba rayon məhkəməsinə müraciət etmişdir. Öz növbəsində o hesab edir ki, sözügedən təqdimatın verilməsidə qanunsuz və əsassız olmaqla, ona qarşı bir qərəzdir. Bu barədə icra məmurunun təqdimatı Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(027)-768/2022 saylı qərardadı ilə təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və onun tələbi aydınlaşdırılmışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı “Cavabdeh icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vahid Məmmədovun hərəkətlərini qanunsuz hesab edilərək əmək haqqından tutmaların məbləğini 70 faiz miqdarında müəyyən edilməsi barədə qərarın ləğv edilməsi”ni məhkəmədən xahiş etmişdir. Beləliklə iddia ərizəsindən məlum olur ki, iddiaçı Quba rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi ilə bağlı cavabdehin hərəkətlərindən narazıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə bağlı məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Vahid Məmmədovun hərəkətlərini qanunsuz hesab edilərək əmək haqqından tutmaların məbləğini 70 faiz miqdarında müəyyən edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar