Məhkəmə qərarları › İş №2-1(118)-2338/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2338/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2338/2024 10.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “Xaçmaz rayonu, Xaçmaz Bələdiyyəsi tərəfindən X3 Xaçmaz şəhərinin 21-ci ərazisindən fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılması barədə Xaçmaz Bələdiyyəsinin 3011.2007-ci il tarixli qərarının, habelə sahəsinin planı və ölçüsünün (kadastr sənədi) ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “Xaçmaz rayonu, Xaçmaz Bələdiyyəsi tərəfindən X3 Xaçmaz şəhərinin 21-ci ərazisindən fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılması barədə Xaçmaz Bələdiyyəsinin 3011.2007ci il tarixli qərarının, habelə sahəsinin planı və ölçüsünün (kadastr sənədi) ləğv edilməsi” tələbinədair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsinə hüququ hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli, seriya RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsini 1992-ci ildə almışdır.Torpaq sahəsində hazırda yaşayış evi tikir. X1 adlı şəxs torpaq sahəsinə gedən yolu bağlayaraq bildirmişdir ki, həmin bağladığı torpaq sahəsi Xaçmaz Bələdiyyəsi tərəfindən ona satılmışdır. Sonradan müəyyən çətinliklər olsa da, yol açılmışdır,lakin həmin şəxsin əlində torpaq sahəsinin alınmasına dair müvafiq bələdiyyə sənədləri mövcuddur.Bununla əlaqədar Xaçmaz Regional Ədliyyə İdarəsinə müraciət ünvanladıqdan sonra X2 adma işlənmiş sənədlərin ksero surətlərini əldə etmişdir. Sənədlərə əlavə edilmiş ərazinin sxemindən də göründüyü kimi həmin şəxsə satılmış torpaq sahəsi həqiqətən də, birbaşa yolun içərisindən ayrılmışdır.X3 torpaq sahəsi yolun içərisindən ayrıldığına görə torpaq sahəsinin ayrılmasına səbəb olmuş müvafiq bələdiyyə qərarının ləğv olunması üçün Xaçmaz Bələdiyyəsinə xx.xx.2023-cü il tarixdə rəsmi müraciət etmiş, müraciətimə cavab olaraq bələdiyyənin xx.xx.2023-cü il tarixli, 876 saylı cavabında göstərilir ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsi məhkəmə tərəfindən araşdırma aparmadan təmin edilməsi mümkün ola bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasınd aiştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Mübahisələndirilən qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Belə ki, iddiaçının ərizəsində etiraf etdiyi kimi, həmin qərarın mövcudluğundan Xaçmaz Regional Ədliyyə İdarəsinə müraciət ünvanladıqdan sonra məlumatlı olmuşdur. Regional Ədliyyə İdarəsinin sözügedən məktubundan görünür ki, iddiaçıya müvafiq qərarın mübahisələndirilməsinin məhkəmə qaydasında həll oluna biləcəyi vurğulanmışdır və həmin məktub iddiaçıya 2019-cu ildə təqdim olunmuşdur. İddiaçı həmin qərarı 5 il keçdikdən sonra məhkəmədə mübahisələndirməyə çalışmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi İddiaçı mübahisə etdiyi qərardan məlumatlı olmuşdur və şikayət etmə müddəti ötürüldüyündən sonra iddia tələbi ilə qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “Xaçmaz rayonu, Xaçmaz Bələdiyyəsi tərəfindən X3 Xaçmaz şəhərinin 21-ci ərazisindən fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılması barədə Xaçmaz Bələdiyyəsinin 3011.2007ci il tarixli qərarının, habelə sahəsinin planı və ölçüsünün (kadastr sənədi) ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar