Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-234/2021 19.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Quba rayonu, 1-ci Nügədi kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ona Quba rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2011-ci il tarixli 288 №li sərəncamı ilə icarəyə verilmiş 0,20 ha torpaq sahəsində inşa etdiyi tikililər üzərində icarə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2011-ci il tarixli 288 №li sərəncamı ilə icarəyə verilmiş 0,20 ha torpaq sahəsində inşa etdiyi tikililərə faktiki ölçüləri ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Quba rayon İcra Hakimiyyəti Başçısının 07.12.2011-ci il tarixli 288 saylı sərəncamı ilə icarəyə verilmiş 0.20 ha torpaq sahəsi və üzərində inşa edilmiş tikililər üzərində icarə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Quba rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2011-ci il tarixli 288 saylı sərəncamına əsasən 07 dekabr 2011-ci il tarixdə Quba rayon İcra Hakimiyyəti ilə 0,20 ha torpağa dair 50 il müddətinə icarə müqaviləsi bağlamışdır. Qeyd olunan icarə müqaviləsi 21 dekabr 2011-ci ildə DTXK-nın Quba şöbəsində qeydiyyata alınmışdır. O, icarə müqaviləsi bağladıqdan sonra Quba rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müraciət edərək tikintinin layihə smeta sənədini almışdır. Həmçinin tikintinin razılaşdırılması ilə əlaqədar 28 noyabr 2011-ci il tarixdə komissiya ona Quba rayonu Qaraçay kəndi ərazisində icarəsində olan 0,20 ha torpaq sahəsində kommersiya obyektinə - yəni ət bazarının tikintisinə icazə verilməsi məqsədəuyğun hesab edildiyini bildirmiş və bu barədə rəy tərtib edilib ona təqdim olunmuşdur. O, bütün rəsmiləşdirmə işlərini əldə etdikdən sonra Layihə smeta sənədinə uyğun olaraq tikinti işləri aparıb hal-hazırda icarəsində olan torpaqda fəaliyyət göstərir. O, həmin tikililərə dair mülkiyyətini təsdiq edən çıxarışın alınması üçün 16.06.2020-ci il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. Lakin oma imtina bildirişi verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, qeyriyaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında tərtibetmə tarixi qeyd edilməmişdir və komissiya sədri tərəfindən təsdiqlənməmişdir. Quba RİHB-nın 07.12.2001-ci il tarixli sərəncamı ilə ət bazarının tikintisi məqsədilə icarəyə ayrılmış 0.20 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (kollu örüş) torpaq sahəsidir. Quba RİHB-nın memarlıq və tikinti işləri şöbəsi tərəfindən təstiq edilmiş sxemlərdə ayrılmış torpaq sahəsinin ölçüləri sənəd üzrə olan ölçülərindən fərqlidir. Quba RİH-i və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təstiq edilmiş sxemdə torpaq sahəsinin yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti fərqlidir. Torpaq sahəsindən 3 metr ara məsafədən 200 mm diametrli qaz xətti keçir və həmin daşınmaz əmlak xəttin qoruma zolağına düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 07.07.2020-ci il tarixli, **********10 nömrəli məktubla imtina olunmuşdur. İş materiallarında olan : - Quba Rayon İcra Hakimiyyəti başçısının 07.12.2011-ci il tarixli 288 saylı sərəncamından görünür ki, iddiaçının ət bazarının tikintisi üçün torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədəki ərizəsi, torpaq sahəsinin ayrılması barədə DT və XK-nin Quba rayon şöbəsinin rəyini nəzərə alaraq Nügədi-qazmalar kəndi ərazisindən dövlət fonduna aid olan torpaqlardan 0.20 ha sahə icarə qaydasında ət bazarı tikintisi məqsədilə İddiaçı ayrılmış və tikintiyə icazə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Yanğın Nəzarət Xidmətinin 13.01.2012-ci il tarixli YTNƏŞ-039 saylı rəyindən görünür ki, tikintisi nəzərdə tutulmuş sahədə obyektin nümayəndəsinin iştirakı ilə aparılmş müayinə və ölçmələrə əsasən, Quba rayonu, Qaraçay kəndi ərazisində ət bazarının tikintisinin layihələndirilməsi üçün ayrılması nəzərdə tutulmuş 0.20 ha torpaq sahəsi, qüvvədə olan normativ aktlarının tələblərinə cavab verərək ayrılması nəzərdə tutulmuş torpaq sahəsindən artıq sahə mənimsənilməməli və öz təyinatına görə istifadə olunmalı, bina və qurğularla yanğına qarşı ara məsafə gözlənilməsi şərti ilə razılaşdırılmışdır. - Quba RİHB aparatının memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş 18.01.2011ci il tarixli 01 saylı məktubundan görünür ki, Quba RİHB-nin 07.12.2011-ci il tarixli 288 saylı sərəncamına əsasən İddiaçı Quba rayonunun Nügədi Qazmalar kəndi ərazisində ət bazarı obyektinin tikintisi başa çatdırmışdır.Tikintisi başa çatdırılmış ət baarı obyektinin istismara verilməsi üçün komissiya akt tərtib etmişdir. - Quba Rayon İcra Hakimiyyəti Memarlıq Tikinti Şöbəsinin Eskiz-Layihəsindən görünür ki, ət bazarı obyektinin inşa edilməsi ilə bağlı tərtib edilmişdir. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 07.07.2020-ci il tarixli **********10 saylı məktubdan görünür ki, qeyri-yaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında tərtibetmə tarixi qeyd edilməmişdir və komissiya sədri tərəfindən təsdiqlənməmişdir. Quba RİHB-nin 07.12.2001-ci il tarixli sərəncamı ilə ət bazarının tikintisi məqsədilə icarəyə ayrılmış 0.20 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (kollu örüş) torpaq sahəsidir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisini iştirakı ilə keçirilmiş ekspert rəyindən görünür ki, Quba RİHB-nin 07.12.2011-ci il tarixli 288 №li sərəncamı ilə İddiaçı icarəyə verilmiş 0.20 ha torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə görə torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür : kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin məqsədil təyinatına və hüquqi rejiminə əsasən kənd təsərrüfatı təyinatlı kateqoriyasına aiddir, iddiaçının həmin torpaq sahəsi üzərində kommerisya obyektləri olan ət bazarıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 56-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisəli daşınmaz əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas yaranmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə ekspertizanın keçirilməsinə sərf edilmiş 50 (əlli) manat pul vəsaiti və mütəxəssis rəyinin verilməsi üçün sərf edilmiş 311 manat iddiaçıdan tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X1, KOD 210005,VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında olan AZ23AllB********************8 saylı hesaba ödənilməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərcləri və 311 (üç yüz on bir) manat tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında olan AZ23AllB********************8 saylı hesabına ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-234/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-234/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver