Məhkəmə qərarları › İş №2-1(118)-234/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-234/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-234/2025 02.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: minik avtomobilinə tibbi göstərişin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 avqust 2022-ci il tarixli, xxxxxxx0002 nömrəli qərarından görünür ki, İddiaçı 6 noyabr 2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması (10 noyabr 2020-ci il), sağ ayağın yumuşaq toxuma defekti yarasına, daban sümüyünün subtotal defekti, daban, kubabənzər və aşıq sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Baldır və ayaq sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi (10 noyabr 2020-ci il), yara debridmant Q.A.İlizarov üsulu ilə bilokal osteosintezi, qamış sümüyünün osteomiyası, aşıq sümüyünün qəlpələrinin xaric edilməsi, hər iki topuğun rezeksiyası (15 dekabr 2020-ci il), sağ aşağı ətrafın 3.0 sm qısalığı, qəbul edilmiş hərbi nümunəvi ayaqqabıdan istifadə edilməsi mümkün olmayan sağ ayağın postravmatik deformasiyası, yara debridmanı, Q.A.İlizarov aparatının remontajı, daban nahiyyəsindəki yaranın nekrektomiyası (7 yanvar 2021-ci il), ayağın və daban nahiyyəsinin yumuşaq toxuma defektinin ayaqcıqlı fleblə plastikası (19 yanvar 2021-ci il), Q.A.İlizarov aparatının demontajı, qamış sümüyünün distal hissəsinin osteotomiyası, pəncənin arxaya sürüşdürülməsi Q.A.İİizarov aparatının osteosintezi (3 mart 2021-ci il), Q.A.İİizarov aparatının demontaji (22 iyul 2021-ci il) c/ə sonrakı sağ aşıq-baldır oynağının artrodezi. Sağ aşıq baldır oynağının artrodeni-ankilozu. Sağ ayağın hipertrofik çapıqları” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.

2. İddiaçı məxsus 2 oktyabr 2015-ci il tarixli, SX seriyalı, ******* nömrəli “Hərbi bilet”.

3. 5 oktyabr 2021-ci il tarixli, 20904 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının dekabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0329003AAM74 nömrəli, 6 noyabr 2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması (10 noyabr 2020-ci il), sağ ayağın yumuşaq toxuma defekti yarasına, daban sümüyünün subtotal defekti, daban, kubabənzər və aşıq sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Baldır və ayaq sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi (10 noyabr 2020-ci il), yara debridmant Q.A.İlizarov üsulu ilə bilokal osteosintezi, qamış sümüyünün osteomiyası, aşıq sümüyünün qəlpələrinin xaric edilməsi, hər iki topuğun rezeksiyası (15 dekabr 2020-ci il), sağ aşağı ətrafın 3.0 sm qısalığı, qəbul edilmiş hərbi nümunəvi ayaqqabıdan istifadə edilməsi mümkün olmayan sağ ayağın postravmatik deformasiyası, yara debridmanı, Q.A.İlizarov aparatının remontajı, daban nahiyyəsindəki yaranın nekrektomiyası (7 yanvar 2021-ci il), ayağın və daban nahiyyəsinin yumuşaq toxuma defektinin ayaqcıqlı fleblə plastikası (19 yanvar 2021-ci il), Q.A.İlizarov aparatının demontajı, qamış sümüyünün distal hissəsinin osteotomiyası, pəncənin arxaya sürüşdürülməsi Q.A.İİizarov aparatının osteosintezi (3 mart 2021-ci il), Q.A.İİizarov aparatının demontaji (22 iyul 2021-ci il) c/ə sonrakı sağ aşıq-baldır oynağının artrodezi. Sağ aşıq baldır oynağının artrodeni-ankilozu. Sağ ayağın hipertrofik çapıqları. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sağ aşağı ətrafından yaralanması olduğunu, dabanının zədələndiyini, dizini tam aça bilmədiyini, qısalıq olduğunu bildirmişdir. Baxış zamanı sağ dabanda geniş çapıqlar, sağ baldırın arxa səthində boylama istiqamətdə təxminən 25-30 sm ölçüdə əməliyyat çapığı izlənmiş, sağ aşıq baldır oynağının ankilozu qeyd edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtlən və qaydası”na müvafiq olaraq minik avtomobilinə tibbi göstərişə əsas verməmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

5. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi ilə müraciət edərək, cavabdeh tərəfindən barəsində minik avtomobilinə tibbi göstərişin təyini barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 avqust 1997-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. 2-ci Qarabağ müharibəsi dövründə hərbi əməliyyatlar zamanı yaralanmışdır. Həmin zaman mina partlayışı nəticəsində “sağ ayağın yumuşaq toxuma defekli yarasına, daban sümüyünün subtotal defekti, daban, kuba bənzər və aşıq sümüklərinin açıq çoxqəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Baldır və ayaq sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi, yara debridmanı Q.A.İlizarov üsulu ilə bilokal osteosintezi, qamış sümüyünün osteomiyası, aşıq sümüyünün qəlpələrinin xaric edilməsi, hər iki topuğun rezeksiyası, sağ aşağı ətrafın 3.0 sm qısalığı, qəbul edilmiş hərbi nümunəvi ayaqqabıdan istifadə edilməsi mümkün olmayan sağ ayağın posttravmatik deformasiyası, yara debridmanı, Q.A.İlizarov aparatının remontajı, daban nahiyyəsindəki yaranın nekrektomiyası, ayağın və daban nahiyyəsinin yumuşaq toxuma defektinin ayaqcıqlı fleblə plastikası, Q.A.İlizarov aparatının demontajı, qamış sümüyünün distal hissəsinin osteotomiyası, pəncənin arxaya sürüşdürülməsi Q.A.İlizarov aparatının osteosintezi, Q.A.İlizarov aparatının demontajı c/ə sonrakı sağ aşıq-baldır oynağının artrodezi. Sağ aşıq baldır oynağının artrodeni-ankilozu. Sağ ayağın hipertrofik çapıqları” diaqnozu cavabdeh tərəfindən müəyyən edilmişdir. Diaqnoza əsasən cavabdeh orqan tərəfindən iddiaçıya müddətsiz 3-cü dərəcə əlillik müəyyən edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarına əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstərişin verilməsi barədə müraciətlər ünvanlamışdır. Lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və iddiaçıya dair diaqnoz və onun ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi bildirilmişdir.

7. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 saylı qərarının “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1,4, 3.1.3, 5.5-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.3, 34.1-ci maddələrinə istinad edilmişdir.

8. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

9. Məhkəmənin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-3372/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” iddiasına dair mübahisə ilə bağlı iddiaçının müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmənin 2 aprel 2024-cü il tarixli, 2-1(118)-650/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır.

11. Məhkəmənin 23 iyun 2025-ci il tarixli, 2-1(118)-234/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi cavabdeh orqanın ekspertləri və Respublika Psixiatriya Xəstəxanasından ekspert cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsə tapşırılmışdır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

13. Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, Xaçmaz rayon sakini 16 avqust 1997-ci il təvəllüdlü iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0329003AAM74 nömrəli 6 noyabr 2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. İddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sağ aşağı ətrafından yaralanması olduğunu, dabanının zədələndiyini, dizini tam aça bilmədiyini, qısalıq olduğunu bildirmişdir. Baxış zamanı sağ dabanda geniş çapıqlar, sağ baldırın arxa səthində boylama istiqamətində təxminən 25-30 sm ölçüdə əməliyyat çapığı izlənmiş, sağ aşıq baldır oynağının ankilozu qeyd edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na müvafiq olaraq minik avtomobilinə tibbi göstərişə əsas verməmişdir.

14. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na istinad olunmuşdur. c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

18. Belə ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

19. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

24. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Ümumi müddəalar 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. (-) 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

2. Əlilliyi olan şəxsə reabilitasiya vasitələrinin verilməsi 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X2 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. (-)

3. Əlilliyi olan şəxslərin minik avtomobili və təkərli oturacaqla (mühərrikli və mexaniki) təmin edilməsi

3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əksgöstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri (-)

6. digər reabilitasiya vasitələri 6.1. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1) ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2) ağciyər çatışmazlığı, İİ dərəcəli; 3) bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9) aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oynağının ankilozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları; 12) onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 13) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 14) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 15) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 16) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

26. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə tərəflərin izahatını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.

28. İddia tələbinin əsaslarına görə, iddiaçıya müvafiq diaqnoz ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, həmin diaqnoz qanunvericiliyin tələblərinə uyğun olaraq əlillər üçün nəzərdə tutulmuş minik avtomobillə təmin edilməsi üçün əsas verdiyinə baxmayaraq, cavabdeh tərəfindən onun müraciətin icrasından imtina edilmişdir.

29. Cavabdeh tərəfin mövqeyi olaraq isə bildirilir ki, iddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sağ aşağı ətrafından yaralanması olduğunu, dabanının zədələndiyini, dizini tam aça bilmədiyini, qısalıq olduğunu bildirmişdir. Baxış zamanı sağ dabanda geniş çapıqlar, sağ baldırın arxa səthində boylama istiqamətində təxminən 25-30 sm ölçüdə əməliyyat çapığı izlənmiş, sağ aşıq baldır oynağının ankilozu qeyd edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na müvafiq olaraq minik avtomobilinə tibbi göstərişə əsas verməmişdir.

30. İş materialında olan sənədlərlə və məhkəmə araşdırması zamanı əldə edilmiş məlumatlar ilə müəyyən edilir ki, iddiaçıya 6 noyabr 2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması (10 noyabr 2020-ci il), sağ ayağın yumuşaq toxuma defekti yarasına, daban sümüyünün subtotal defekti, daban, kubabənzər və aşıq sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Baldır və ayaq sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi (10 noyabr 2020-ci il), yara debridmant Q.A.İlizarov üsulu ilə bilokal osteosintezi, qamış sümüyünün osteomiyası, aşıq sümüyünün qəlpələrinin xaric edilməsi, hər iki topuğun rezeksiyası (15 dekabr 2020-ci il), sağ aşağı ətrafın 3.0 sm qısalığı, qəbul edilmiş hərbi nümunəvi ayaqqabıdan istifadə edilməsi mümkün olmayan sağ ayağın postravmatik deformasiyası, yara debridmanı, Q.A.İlizarov aparatının remontajı, daban nahiyyəsindəki yaranın nekrektomiyası (7 yanvar 2021-ci il), ayağın və daban nahiyyəsinin yumuşaq toxuma defektinin ayaqcıqlı fleblə plastikası (19 yanvar 2021-ci il), Q.A.İlizarov aparatının demontajı, qamış sümüyünün distal hissəsinin osteotomiyası, pəncənin arxaya sürüşdürülməsi Q.A.İİizarov aparatının osteosintezi (3 mart 2021-ci il), Q.A.İİizarov aparatının demontaji (22 iyul 2021-ci il) c/ə sonrakı sağ aşıqbaldır oynağının artrodezi. Sağ aşıq baldır oynağının artrodeni-ankilozu. Sağ ayağın hipertrofik çapıqları” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmiş, iddiaçı əlilliyinə görə minik avtomobillə təmin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir.

31. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində araşdırmanı aparmış, iddiaçıda mövcud olan xəstəliklərin minik avtomobillə təmin edilməsi üçün əsas veribverməməsinin müəyyən edilməsi məqsədilə, cavabdeh orqanın təkrar əyani müayinəsinin keçirilməsini, həmçinin məhkəmə-tibbi ekspertizası təyin etmiş, nəticədə həm keçirilmiş əyani müayinə ilə qəbul edilmiş cavabdehin qərarı (§4), həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 20 may 2024cü il tarixli, T 307/2024 və 1 sentyabr 2025-ci il tarixli, T 645/2025 nömrəli ekspert rəyləri ilə iddiaçının üçüncü dərəcəli əlilliyinə əsas verən diaqnozun onun hazırkı real xəstəlik vəziyyətinin əks etdirdiyini müəyyən etmişdir.

32. Belə ki, yuxarıda qeyd edilən maddi hüquq normalarında minik avtomobilinin verilməsi üçün tibbi göstərişlərin konkret dairəsi müəyyən edilmişdir.

33. Məhkəmə iddiaçının xəstəliyi ilə əlaqədar iş materiallarında mövcud olan sənədləri, həmçinin təqdim edilmiş ekspert rəyini tədqiq edərək hesab edir ki, iddiaçıda mövcud olan sağ dabanda geniş çapıqlar, sağ baldırın arxa səthində boylama istiqamətdə təxminən 25- 30 sm ölçüdə əməliyyat çapığı, sağ aşıq-baldır oynağının ankilozu diaqnozu və diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reablitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na müvafiq olaraq minik avtomobilinə tibbi göstərişə əsas verməmişdir.

34. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

36. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar