Məhkəmə qərarları › İş №2-1(118)-2340/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2340/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2340/2023 09.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, Üçüncü şəxslər X3 və X4 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə X3 və X4, həmçinin X4 qızı xx.xx.2018-ci il təvəllüdlü X2 iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 30, mənzil 6-dan pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 08 may 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, izahatında bildirmişdir ki, mənzildə oğlu və anası ilə birlikdə yaşayır, üçüncü şəxsləri tanımır. Onlar evə sonradan qeydiyyata düşmüşdür. Evi 1993-cü ildə başqa şəxsdən almışdır. İddiaçı 09 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X7 və X8 iştirak etmiş, X8 izahatında bildirmişlər ki, sənədlərində bina təzə 9 yazılmışdır. İddiaçılarda köhnə 9. Evi alanda qeydiyyatda heç kim yox idi. Daha sonra iddiaçılar onları məhkəməyə vermişdir. Evlər fərqlidir. Üçüncü şəxs məhkəmə suallarına cavabında bildirmişdir ki, Asan Xidmətə və Mənzil İstismar Sahəsinə müraciət edəndə arayışda ünvanda qeydiyyatda olan şəxslər özləri görünür. Arayış və çıxarış təqdim edilmişdir. Evi 2022-ci il ilin yayında alıblar. Əvvəl 16-cı mkr-da yaşamışdırlar. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iş üzrə iddiaçı X3 və X4, həmçinin X4 qızı xx.xx.2018-ci il təvəllüdlü X2 iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 6-dan pasport qeydiyyatından çıxarılmalarını istəyir. İş materiallarına əlavə edilmiş reyestr nömrəsi **********92-05101-093014, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı arayışda və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı X12 tərəfindən verilmiş 04 may 2023-cü il tarixli 354 saylı Arayışda ünvan 1 ünvanında , X7, X8, X6 mənzildə qeydiyyatda olan və hüququ olmayan şəxslər qismində qeyd edilmişdir. Habelə üçüncü şəxs tərəfindən təqdim edilmiş reyestr nömrəsi **********92-05101- 093038, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil X4 xüsusi mülkiyyətindədir. Asan-Sumqayıt (2) tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, ******* saylı Arayışda ünvan 3 ünvanda qeydiyyatda olan şəxslər qismində X6, X7 və X10 göstərilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı X12 tərəfindən verilmiş 08 may 2023-cü il tarixli 308 saylı X1 və onun ailə üzvləri ünvan 1 ünvanında yaşayan qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. İddiaçı onun mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını istəyir. Lakin iş materiallarından və üçüncü şəxsin təqdim etdiyi sənədlərdən görünür ki, üçüncü şəxsin adına mülkiyyət sənədi mövcuddur, eyni zamanda iddiaçı ilə üçüncü şəxslər fərqli mənzillərdə yaşasalarda qeydiyyat ünvanları eyni görsənir. Bu isə mənzillərə ünvan verilən zaman və ya qeydiyyat aparılan zaman qeyri müəyyənliyə yol verildiyini göstərir. Ona görədə məhkəmə hesab edir ki, iddiaçı digər hüquq müdafiə vasitələri seçməli, fərqli mənzillərə eyni ünvan verilməsi ilə bağlı məsələsinin dəqiqləşdirilməsi, texniki səflik olduğu halda müvafiq düzəliş edilməsi və ya yeni fərqli ünvan verilməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət etməlidir. Oxşar tələblərlə üçüncü şəxlərdə çıxış edə bilər. Bu hallarda iddiaçı və üçüncü şəxslərin hüquqi marağı üst-üstə düşmüş olacaq. Həmin şəxslərin birgə tələblər irəli sürməsidə istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar