Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2341/2023 11.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.2006-xx.xx.2008-ci illərə görə hesablanıb ödənilməmiş 3220 manat pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006-xx.xx.2008-ci illərə görə hesablanıb ödənilməmiş 3220 manat pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973- xx.xx.1974-cü illərdə 35 nömrəli Texniki Peşə məktəbində təhsil almışdır. Təyinatla Sumqayıt qəhərində fəaliyyət göstərən M.Əzizbəyov adına X7 zavodunda işə göndərilmişdir. Həmin zavodda xx.xx.1974-cü ildən xx.xx.2012-ci illərə qədər işləmişdir. May 1975-may 1977-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.2012-xx.xx.2021-ci illərdə “Azərkimya” İB-nin Təmir-Tikinti İdarəsində işləmişdir. Ümumi iş stajı 48 ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Siyaının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrəyə əsasən xlor, kaustik soda istehsalı sahəsində 38 il işləmişdir. Zərərli istehsal şəraitində işlədiyindən 52 yaşını tamam olan tarixdə, yəni xx.xx.2008-ci ildə ona əmək pensiyası təyin edilmişdir. Halbuki, ona 50 yaşdan əmək pensiyası təyin edilməli idi. O, bu məqsədlə cavabdeh Filiala müraciət etmişdir və cavabdeh xx.xx.2023cü il tarixli məktubla artıq xx.xx.2006-xx.xx.2008-ci illərə görə pensiyanın ödənildiyini bildirmişdir. O, cavabdehin imtinası ilə razılaşmır.xx.xx.2006-xx.xx.2008-ci illərə görə (24 ay üçün) ona 3532.88 manat hesablanmışdır. O, isə həmin məbləğdən cəmi 312.88 manatını almışdır. Qalıq 3220.00 manatı almamışdır. O, 08 dekabr 2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının Bank bildirişi təsdiq edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023-cii il tarixli. 3-17-1 2-C-l3450 2023 savlı məktubla ün\anladığı ödəniş cədvəlində xx.xx.2006-ci illərə görə ona iyul 2008-ci ildə 3532.88 manat pensiya hesablandığını, aylıq pensiya məbləğinin 185.81 manat olduğu, keçmiş dövr üçün fərqin 3347.07 manat təşkil etdiyi göstərilir. Cavabdehin xx.xx.2006xx.xx.2008-ci illərə görə təqdim etdiyi ödəniş sənədləri bir-birini təkzib edir. Beləki, pensiya ödəyicisi kimi çıxış edən AВВ-nin Sumqavıt filialının xx.xx.2022-ci il tarixli Bank arayışında 144036 №-li uçot vərəqəsinə görə hesablanmış 3552.88 manat pensiyanın 2008-ci ilin iyulunda 312.88 manatının ödənildi) qevd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş pensiya ödənişi cədvəlinə görə aylıq pensiya məbləği 185.81 manat, ödənilmiş məbləğ 3532.88 manat kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən idiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının müraciətinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C-13459/2023 nömrəli məktubda ona 2008ci il üzrə ödənilmiş pensiya və keçmiş dövr fərq məbləğləri göstərilmişdir. X1 X2 əldə olunan məlumata əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müraciəti əsasında xx.xx.2008-ci il tarixli qərarla (50 yaşdan) təyin edilmişdir. Eyni zamanda iddiaçının adına açılmış 144036 №-li uçot vərəqinə xx.xx.2008-ci il tarixə, yəni 50 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əks olunmuşdur. X1 X6 Sistemindən əldə olunan məlumata əsasən iddiaçının kart hesabına 2008-ci il iyul ayı üzrə aylıq pensiya məbləği 185,81 manat və keçmiş dövr fərq məbləği 3347,07 manat olmaqla ümumilikdə 3532,88 manat pensiya məbləği köçürülmüşdür. İddiaçı iddia ərizəsində əsaslandığı Azərbaycan Respublikası Beynəlxalq Bankının Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kart hesabından çıxarışdan görünür ki, iddiaçının kartına iyul ayı üzrə köçürülmüş məbləğ 3532,88 manat, kartdan naqdlaşdırılmış məbləğ 3220,00 manat, yekunda kartda qalan məbləğ 312,88 manatdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Beynəlxalq Bankının Sumqayıt Filialı tərəfindən verilən arayışa əsasən qeyd etdiyi 2008-ci ilin iyul ayı ərzində 312,88 manat aylıq pensiya ödənişi məbləği deyil, iddiaçının 3220,00 manatı naqdlaşdırdıqdan sonra balansında qalan məbləğdir. Qeyd olunan kart hesabından çıxarışa əsasən sonrakı aylar üzrə iddiaçının kartına köçürülmüş məbləğlərlə cavabdeh orqan tərəfindən iddiaçıya təqdim olunmuş pensiya ödəniş cədvəlində qeyd olunan məbləğlər uyğunluq təşkil edir. İş materiallarında olan : - -Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2134/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. - -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, 2- 1(118)-2134/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətdə qeyd etdiyi dövr ərzində ona əmək pensiyası məktuba əlavə edilmiş cədvəldə göstərilən qaydada ödənilmişdir. - İş materiallarına əlavə edilmiş cədvəldən görünür ki, İddiaçı 2008-ci ilin iyul-dekabr ayları üzrə pensiya ödənişləri edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı işi üzrə inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin predmetini iddiaçıya güzəştəli şərtlərlə təyin edilmiş əmək pensiyasının 24 aylqı dövrü üçün ödənilməmiç pensiyanın ödənilməsi təşkil edir. Bununla bağlı cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından, o cümlədən Azərbaycan Respublikası Beynəlxalq Bankının Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kart hesabından çıxarışdan görünür ki, iddiaçının kartına iyul ayı üzrə köçürülmüş məbləğ 3532,88 manat, kartdan naqdlaşdırılmış məbləğ 3220,00 manat, yekunda kartda qalan məbləğ 312,88 manatdır. İddiaçının iddia etdiyi kimi həmin məbləği almamasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və əksinə cavabdehin təqdim etdiyi sənədlərlə mübahisələndirilən məbləğin iddiaçnın hesabına ödənildiyi və onun tərəfindən nağdlaşdırıldığı öz təsdiqini tapır. Beləliklə, isin faktiki hallarından və is üzrə icraat materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçıya cavabdeh tərəfindən ötən dövr üzrə 3532,88 manat fərq məbləği ödənilmişdir. Beləliklə, isin faktiki hallarından və is üzrə icraat materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçıya cavabdeh tərəfindən ötən dövr üzrə 3532,88 manat fərq məbləği ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.2006-xx.xx.2008-ci illərə görə hesablanıb ödənilməmiş 3220 manat pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2341/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2341/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver