Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2343/2024 21.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı “Abşeron rayonu Qobu Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı ilə prespektiv inkişaf fondunun torpaq sahəsindən fərdi ev tikintisi məqsədilə ona satılmış 0,08 hektar torpaq sahələrinə aid torpaqayırma sənədlərinin, yerquruluşu plan və təsvirlərinin təqdim olunması, torpaq sahəsinin naturada göstərməsi, sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəd qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı “Abşeron rayonu Qobu Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı ilə prespektiv inkişaf fondunun torpaq sahəsindən fərdi ev tikintisi məqsədilə ona satılmış 0,08 hektar torpaq sahələrinə aid torpaqayırma sənədlərinin, yerquruluşu plan və təsvirlərinin təqdim olunması,torpaq sahəsinin naturada göstərməsi, sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəd qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Qobu Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli 12 saylı qərarları ilə Qobu Bələdiyyəsi tərəfindən prespektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə ona 0,08 ha torpaq sahəsi ayrılaraq satılmışdır. Onlar torpağın nəzərdə tutulmuş satış qiyməti olan 1200 manat məbləğində pulu həmin bələdiyyənin bankdakı xüsusi hesabına “Texnikabank” açıq səhmdar cəmiyyətinin Abşeron rayon fılialındakı hesabına ödəmiş, bu barədə qəbzlər də vardır. Qobu Bələdiyyəsinin qərarından göstərildiyi kimi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsindən xahiş edilmişdir ki, satılan torpağın dəyəri ödənildikdən sonra torpağın satışına dair 3 nüsxədən ibarət Akt tərtib etsin və onu qeydiyyata aldırsın. Torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənədlərin hazırlanıb verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin edilsin.Lakin, fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsinin alqısatqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin buna etirazı olmamasına dair rəy və digər sənədlər olmasına və dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu günə kimi torpaq sahəsi ona göstərilməmiş, yeri dəqiqləşdirilməmiş, koordinatları müəyyən olunmamış, bu torpaq sahəsi ona istifadəsinə verilməmiş, sənədləşmə işləri başa çatdırılmamışdır.Aidiyyəti qurumlardan müvafiq sənədlər, o cümlədən daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ala bilməmiş, şifahi müraciətlərinə bələdiyyə müsbət cavab verməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ona Abşeron rayonu Qobu Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı ilə ona torpaq sahəsinin ayrılmasını bildirir və həmin torpaq sahəsinin yerinin naturada tanıdılmasını cavabdehdən tələb edir. Məhkəmə mövcüd mübahisəyə hüquqi qiymət verilməsi üçün, həm dövlət arxivinə, həm də bələdiyyəyə sorğular göndərərək, Abşeron rayonu Qobu Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı və əsas olmuş hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi istənilmişdir. Lakin, Abşeron rayon Dövlət arxivinin T342/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan məlum olmuşdur ki, iddiaçının adına Abşeron rayonu Qobu Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı ilə torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənədin olması aşkar olunmamışdır. Belə olan halda mövcud olmayan bələdiyyə qərarı əsasında ona ayrılmış torpaq sahəsinin naturada iddiaçıya tanıdılmasının tələb edilməsi yolverilməzdir və iddiaçının buna subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı “Abşeron rayonu Qobu Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı ilə prespektiv inkişaf fondunun torpaq sahəsindən fərdi ev tikintisi məqsədilə ona satılmış 0,08 hektar torpaq sahələrinə aid torpaqayırma sənədlərinin, yerquruluşu plan və təsvirlərinin təqdim olunması,torpaq sahəsinin naturada göstərməsi, sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəd qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2343/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2343/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver