Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-235/2020 30.01.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, X3 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştrakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli (70 saylı protokol) qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli (70 saylı protokol) qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 70 saylı protokol qərarına əsasən Sumqayıt şəhər Nəsimi parkı ərazisində məişət xidməti və istrahət məqsədi ilə 72 m 2 torpaq sahəsinə dair onunla 3 ay müddətinə icarə müqaviləsi bağlanmışdır. Müvafiq icra hakimiyyətinin razılığına əsasən həmin torpaq sahəsində o restoran tikdirmiş və ətrafın yaşıllaşdırma işlərini həyata keçirməklə 17 ilə yaxın həmin obyektə sahiblik etmişdir. Həmin qeyri yaşayış sahəsini işlətdiyinə görə vergilər orqanına vaxtı vaxtında vergilərini ödəmişdir. Lakin bələdiyəyə icarə haqqını ödəmək istəyərkən ona bildirmişdirlər ki, qeyd olunan torpaq sahəsi artıq bələdiyyənin balansında deyil. Ona görədə o, icarə müqaviləsi üzrə nəzərdə tutulmuş haqqı Sumqayıt Bələdiyyəsinə ödəmirdi. xx xxxx 2016-cı il tarixdə Sumqayıt şəhər icra hakimiyyətininn əməkdaşları tərəfindən onun sahiblik etdiyi qeyri-yaşayış sahəsi hec bir səbəb göstərilmədən sökülmüşdür. Hal hazırda onun Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiya tələbi ilə bağlı məhkəmə mübahisəsi var. 2018-ci ilin ortalarında Sumqayıt Bələdiyyəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi ondan ibarət olmuşdur ki, Sumqayıt Bələdiyyəsiniun xx xxxx 2003-cü il tarixli 70 saylı protokolu əsasında Sumqayıt şəhər Nəsimi park ərazisində məişət xidməti üçün ona ayrılmış 72 m 2 torpaq sahəsinə daxil olmasına və tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən yaradıllan maneələr dayandırılsın. Həmin məhkəmə prosesinin gedişatında ona bəlli olmuşdur ki, Sumqayıt bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 70 saylı qərarı Sumqayıt bələdiyyəsinin xx xxx 2009-cu il tarixli 06 saylı qərarı ilə ləğv edilmişdir. Hesab edir ki, Sumqayıt Bələdiyyəsininn xx xxx 2009-cu il tarixli qərarı əsassızdır. Belə ki, qeyd olunan qərar qəbul edilərkən onun iştrakı təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmayan torpaq sahəsidir. Belə ki, Sumqayıt şəhər «İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx xxx 2009-cu il tarixli, 284 saylı təqdimatla Sumqayıt Bələdiyyəsinə müraciət edilmiş, "Nəsimi" adına istirahət parkı ərazisindəki torpaqların parkın qanunvericiliklə müəyyən olunmuş statusu nəzərə alınaraq dövlət mülkiyyətində saxlanıldığı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər “İcra Hakimiyyətinə ünvanladığı xx xxxxxx 2009-cu il tarixli, 17–9/19 saylı məktubunda da "Nəsimi" adına istirahət parkı ərazisindəki torpaqların dövlət mülkiyyətində olmasının vurğulandığı bildirilərək, İddiaçı "Nəsimi" adına istirahət parkı ərazisində əhaliyə məişət xidməti və istiarahət məqsədilə 72 kvadrat metr torpaq sahəsinin ayrılması barədə Sumqayıt Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli, 70 saylə iclasının qərarının ləğv olunması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. Göstərilənləri o cümlədən, "Nəsimi" adına istirahət parkının statusunun dövlət parkı kimi müəyyən olunduğunu və parkın ərazisindəki torpaqların dövlət mülkiyyətində saxlanıldığını nəzərə alaraq Sumqayıt Bələdiyyəsi xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarı ilə özünün İddiaçı "Nəsimi" adına istirahət parkı ərazisində əhaliyə məişət xidməti və istiarahət məqsədilə 72 kvadrat metr torpaq sahəsinin ayrılması barədə xx xxxx 2003-cü il tarixli, 70 saylı iclas qərarını ləğv etmişdir. Bu səbəbdən iddiaçıının bələdiyyənin öz mülkiyyətində olmayan torpaq sahəsinə dair verdiyi qərarı ləğv etmək hüququnu mübahisələndirməsini tamamilə əsassız və hüquqazidd hesab edir. X2 xx xxxx 2003-cü il tarixli, 70 saylı qərarı ilə İddiaçı torpaq sahəsi ayrılsa da, onunla torpaq sahəsinə dair hər hansı icarə müqaviləsi bağlanılmamış və İddiaçı tərəfindən torpaq sahəsindən istifadə etdiyinə görə bələdiyyəyə hər hansı ödəniş edilməmişdir. Halbuki, qanunvericiliyə görə bələdiyyə torpaqları sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bir qayda olaraq icarə hüququ əsasında verilə bilər. Belə olan halda İddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından və o, torpaq sahəsindən müvafiq torpaq icarə müqaviləsi bağlamadan və torpaqdan istifadəyə görə bələdiyyəyə hər hansı ödəniş etmədən istifadə etdiyindən onun haİ-hazırki iddia tələbləri ilə çıxış etməsinin hüquqi əsasları mövcud deyildir. Eyni zamanda İddiaçı iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini də ötürmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. İddiaçının çıxarılmış bələdiyyə qərarından vaxtında məlumatı olmuşdur. Hətta hesab etsək ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarı çıxarılarkən məlumatlandırılmamışdır, onun, ən azından 2018-ci ilin sentyabr ayından mübahisələndirilən bələdiyyə qərarından məlumatı olmuşdur. Belə ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə daxil olmasına və tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin dayandırılması və aradan qaldırılması tələbinə dair" iddia ərizəsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2–1(85)– 1589/2018 saylı inzibati iş üzrə çıxarılmış xx xxxxxxxx 2018-ci il tarixli qərardadda X1 Rafiq Gəray oğluna ”Nəsimi" adına istirahət parkı ərazisində əhaliyə məişət xidməti və istiarahət məqsədilə 72 kvadrat metr torpaq sahəsinin ayrılması barədə xx xxxx 2003-cü il tarixli, 70 saylı iclas qərarının ləğv edildiyi qeyd olunmuş, həmin qərarın ləğv edilməsi barədə Sumqayıt Bələdiyyəsinin xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarı iş materiallarına əlavə edilmiş və İddiaçı həmin qərardan məlumatı olmuşdur. X5 xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarına görə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə daxil olmasına və tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin dayandırılması və aradan qaldırılması tələbinə dair" iddia tələbi məhkəmə tərəfindən mümkün sayılmamışdır. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarı barədə iddiaçının ən azından 2018-ci ilin sentyabr ayından məlumatı olduğu halda, İddiaçı Sumqayıt Bələdiyyəsinin xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarını məhkəmə qaydasında yalnız 2019-cu ilin oktyabr ayında mubahisləndirmişdir, Hesab edir ki, bununla da iddiaçı tərəfindən inzibati prosessual qanunvericilikdə müəyyən olunmuş müvafiq iddia müddətini ötürülmüşdür. Ona görədə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə 3-cü şəxsin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda iddiaçı prosessual müddəti ötürdüyü üçün də iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarı çıxarılarkən məlumatlandırılmamışdır, onun, ən azından 2018-ci ilin sentyabr ayından mübahisələndirilən bələdiyyə qərarından məlumatı olmuşdur. Belə ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə daxil olmasına və tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin dayandırılması və aradan qaldırılması tələbinə dair" iddia ərizəsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2–1(85)–1589/2018 saylı inzibati iş üzrə çıxarılmış xx xxxxxxxx 2018-ci il tarixli qərardadda X1 Rafiq Gəray oğluna ”Nəsimi" adına istirahət parkı ərazisində əhaliyə məişət xidməti və istiarahət məqsədilə 72 kvadrat metr torpaq sahəsinin ayrılması barədə xx xxxx 2003-cü il tarixli, 70 saylı iclas qərarının ləğv edildiyi qeyd olunmuş, həmin qərarın ləğv edilməsi barədə Sumqayıt Bələdiyyəsinin xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarı iş materiallarına əlavə edilmiş və İddiaçı həmin qərardan məlumtı olmuşdur. Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarı barədə iddiaçının ən azından 2018-ci ilin sentyabr ayından məlumatı olduğu halda, İddiaçı Sumqayıt Bələdiyyəsinin xx xxx 2009-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarını məhkəmə qaydasında yalnız 2019-cu ilin oktyabr ayında mübahisləndirmişdir. Belə olan halda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi İddiaçı Sumqayıt Bələdiyyəsinin xx.xx.2009-cü il tarixli 70 saylı qərarından 2018-ci ilin 17 sentyabr tarixindən məlumatlı olmuşdur və həmin müddətdən 1 il 3 ay keçdikdən sonra iddia tələbi ilə qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə və Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli (70 saylı protokol) qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-235/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-235/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver