Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-235/2021 23.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X8rşı “Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli qərarına əsasən onun Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində qeyri-yaşayış binasının 2004-cü ildən faktiki sahibidir. Belə ki, Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli qərarı əsasında iddiaçıya Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi də nəzərə alınmaqla Sumqayıt şəhər X1 xx xxxxxx 2004-cü il tarixli 5 saylı protokoluna əsasən mağaza-tikinti quraşdırılması məqsədi ilə 24 kv.km torpaq sahəsi ayrılmışdır. İddiaçı da həmin qərara uyğun olaraq ona ayrılan torpaq sahəsində tikili inşa etmişdir. Həmin tikili hazırkı günədək qeyri-iaşə obyetki kimi fəaliyyət göstərir. Onun həmin torpaq sahəsi ilə əlaqədar bütün hüquq müəyyənedici sənədləri mövcuddur. Həmin sənədlər əsasında Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X14 müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 ünvanlanan məktubda ekspertiza nəticəsində ona məxsus qeyri-yaşayış sahəsində 6,1 kv.m kənarlaşma olduğu qeyd edilmiş və bu səbəbdən mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd olunan qeyri yaşayış sahəsinin ölçüsünün artıq olmasına səbəb isə qeyri yaşayış binasının üzlənməsi zamanı kənara çıxmalar səbəbindən olmuşdur. Həmin qeyri-yaşayış binası 2004-cü ildən etibarən iddiaçının faktiki istifadəsindədir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 imtina məktubunu əsassız hesab edir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Sumqayıt şəhəri,34-cü məhəllə,20 yanvar küçəsində yerləşən qeyri-yaşayış sahəsinə 24 kv.m.hissəsində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən hallar onlar təəfindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 şəhəri, 34-cü məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi barədə xx xxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X14 müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 bildirilmişdir ki, təqdim edilmiş sənədlər ekspertiza edilən zaman bir sıra çatışmazlıqlar aşkar edilmişdir: Belə ki, 0.0024 ha torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsinin xx xxxxxx 2004- cü il tarixli, 106 nömrəli protokolundan çıxarışla ayrılmasına baxmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə müqaviləsinin müraciətə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən əraziyə müayinə baxışı keçirilən zaman müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının faktiki tikinti sahəsi təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə uyğun deyil. Belə ki, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsində və istismara icazə sənədində tikilinin tikintialtı sahəsi 24.0 kv.m qeyd olunsa da, faktiki tikilinin tikinti sahəsinin 30.1 kv.m olduğu, 6.1 kv.m kənarlaşmanın olduğu müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 xx xxxx 2020-ci il tarixli **********32 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8rşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019-cu il tarixli, 144 nömrəli torpaq icarə müqaviləsi, “xxxx” MMC-nin Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində İddiaçı məxsus kommersiya obyektinin tikinti-quraşdırma layihəsi – Eskiz layihəsi, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə aid inşaat pasportu, xx.xx.2020-ci il tarixli, Ö/003586 nömrəli X16, xx.xx.2020-ci il tarixli, 11 nömrəli tikinti obyektinin istismarına icazə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X12 imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki,Sumqayıt Şəhər Bələdiyyəsinin 106 saylı xx xxxxxx 2004-cü il tarixli qərarı ilə İddiaçı Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində mağaza tikintisi üçün 24 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair X7 ilə Sumqayıt Bələdiyyəsi arasında 144 saylı xx xxxxxx 2019-cu il tarixli xx.xx.2020ci ildən xx.xx.2024-cü ilədək qüvvədə olan “Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən mağazaya “İnşaat Pasportu verilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ”Azərdövlətlayihə” Dövlət Baş Lahiyyə institutu tərəfindən birmərtəbəli binanın instrumental müayinəsi aparılmışdır. Tikiləcək mağaza ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin,sifarçinin,lahiyəçinin və podratçının nümayəndələrinin imzaları ilə təstiq edilmiş xx xxxxxx 2020-ci il tarixli 003586 saylı X16 verilmişdir. Mağazanın inşası başa çatdırıldıqdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 11 saylı İcazəsinə əsasən 24.0 kv.m ümumi sahəsi olan mağazanın istismarına icazə verilmişdir.Qeyd olunan mağazanın üzərində yaranmış mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə İddiaçı DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş,lakin inşa edilmiş mağazanın ümumi sahəsinin 24 kv.m deyil 30 kv.m olması səbəbindən iddiaçının mağaza üzərində yaranmış hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh təşkilatın imtina üçün gətirdiyi arqument-icazə sənədində tikinti altı sahə 24 kv.m olduğu tədqirdə faktiki tikilinin tikinti sahəsinin 30.1 kv olduğu, yəni 6.1 kv.m kənarlaşmanın olmasından ibarətdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, qeyd olunan arqument İddiaçı əldə etdiyi əmlaka mülkiyyət hüququnun qeyd alınması üçün maneə hesab edilə bilməz. Belə ki, cavabdeh təşkilat mübahisə predmeti olan qeyri yaşayış obyektinin 24 kv.m deyil 30,1 kv. m torpaq sahəsində yerləşdiyi bildirsədə, istismara qəbul aktında həmin tikilinin 24 kv.m torpaq sahəsində yerləşməsi və ümumi sahəsinin 24 kv.m təşkil etməsi bildirilmişdir. Nəzərə alınmalıdır ki, DƏDRX-nin mütəxəssisləri tərəfindən qeyri yaşayış sahəsinin ölçüləri müəyyənləşdirilərkən həmin qeyri-yaşayış binasının sahəsi binanın daxildən deyil divarın xaricindən ölçülmüşdür. Sumqayıt şəhərində yenidənqurma işlərinin aparılması zamanı qeyri yaşayış binasının üz örtüyü xüsusi materialla üzlənmiş və həmin materialın binanın üz tərəfinə vurulması zamanı qeyri-yaşayış binasının çöl tərəfdən sahəsinin 24 kv.m artıq olması təbiidir. Bundan başqa oda nəzərə alınmalıdır ki, qeyd olunan qeyri yaşayış binasının ətrafında yerləşən torpaq sahəsi ilə bağlı X4 Məmmədova qarşı heç bir tələbi yoxdur. Mübahisə predmeti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi bələdiyyənin özgəninkiləşdirilə bilməyən torpaq sahələrinə aiddir və həmin ərazidə yerləşən torpaq sahələri bələdiyyələr tərəfindən mülkiyyətə deyil icarəyə verilə bilər. Hesab olunur ki, DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin iddia etdiyi kimi İddiaçı tərəfindən 6,1 kv.m torpaq sahənin zəbt etməsi müəyyən olunarsa həmin artıq hissə ilə bağlı əlavə icarə müqaviləsinin bağlanmasının və ya həmin sahənin boşaldılmasının tələb etmək hüququnu Sumqayıt Bələdiyyəsi özündə saxlayır. Digər tərəfdən nəzərə alınmalıdır ki, qeydiyyata alınması tələb edilən 24 kv.m qeyriyaşayış sahəsidir və cavabdeh təşkilat tərəfindən iddia edilən əlavə tikilmiş hissənin qeydiyyata alınması iddia tələbinin predmeti deyil. Mövcud praktikaya əsasən Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən verilən daşınmaz əmlakın texniki pasportunda şəxsin 1) qanuni və 2) faktiki sahibliyində olan sahələrin ölçüləri göstərilir və həmin daşınmaz əmlaka şəxsin qanuni sahibliyində olan sahəyə dair mülkiyyət hüququna dair çıxarış verilir. Belə olduğu tədqirdə həmin qaydanın cavabdeh təşkilat tərəfindən İddiaçı qanuni sahibliyində olan qeyri yaşayış binasına münasibətdə tətbiq etməməsi inzibati orqan hesab edilən DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən “İnzibati İcraat haqqında” Qanunun bərabərlik və etimadın hüququnun qorunması prinsipinə əməl olunmamasına dəlalət edir. Belə ki, qeyd olunan Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə əsasən DƏDRX daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Əşya üzərində hüquqların əmələ gəlməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən Qanunvericiliyin yol verdiyi əsasları üzrə əmlakın əldə edilməsi mülki hüquqların əmələ gəlməsinin əsaslarından birini təşkil edir. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə İddiaçı qanuni əsaslarla əldə etdiyi qanuni sahibliyində olan qeyri yaşayış sahəsini qeydiyyata almaqdan imtina edir. Göründüyü kimi, cavabdeh təşkilat qanunla ona verilmiş hüquqdan sui istifadə edir. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli qərarına əsasən İddiaçı icarəsinə verilmiş Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 24 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-235/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-235/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver