Məhkəmə qərarları › İş №2-1(118)-235/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-235/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-235/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə vergi borcunun uçotunda yol verilmiş nöqsanların aradan qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “Qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “Faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumlikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan fazilərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “Artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən günədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyirnə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək məcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə vergi borcunun uçotunda yol verilmiş nöqsanların aradan qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “Qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “Faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumlikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan fazilərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “Artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən gnədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyirnə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək məcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Hazırda iddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddiadan imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrinni ona aydın olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əssən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə vergi borcunun uçotunda yol verilmiş nöqsanların aradan qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “Qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “Faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumlikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan fazilərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “Artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən günədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyirnə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək məcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar