Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2355/2021 16.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Şamaxı rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X1 X2rşı “İddiaçı mənzil hüquqları pozulduğuna görə cavabdehlərin üzərinə iddiaçıya əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni bir otaqlı mənzil verilməsi, və yaxud hazırki mənzildən çıxarılaraq yeni 3 otaqlı, sahəsi 78 kv.metr olan mənzil verilməsini və yaxud əlavə olaraq real bazar qiyməti nəzərə alınmaqla minimum 25000 (iyirmi beş min) manat pul ödənilməsi öhdəliyinin qoyulması na” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şamaxı rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X1 X2rşı “İddiaçı mənzil hüquqları pozulduğuna görə cavabdehlərin üzərinə iddiaçıya əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni bir otaqlı mənzil verilməsi, və yaxud hazırki mənzildən çıxarılaraq yeni 3 otaqlı, sahəsi 78 kv.metr olan mənzil verilməsini və yaxud əlavə olaraq real bazar qiyməti nəzərə alınmaqla minimum 25000 (iyirmi beş min) manat pul ödənilməsi öhdəliyinin qoyulmasına “ dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birgə X8 yaşayış sahəsi 78 kv.metr olan yataqxanasında yaşamışdır. 05 fevral 2019-cu ildə Şamaxıda baş verən güclü zəlzələ nəticəsində onları qəzalı vəziyyətə düşmüş yaşadığı yataqxanadan çıxarıb, rayonda tikilən binadakı sahəsi əvvəlkindən xeyli az yaşayış sahəsinə malik olan (66,22 kv. metrlik) evlə təmin etmişdirlər. İddiaçı bundan narazılıq edib aidiyyəti Dövlət Orqanlarına çoxsaylı şikayətlər yazıb bildirmişdir ki, yeni evi darısqaldır və faktiki olaraq sahəsi 12 kv.metr az olan mənzilə köçürülmüşdürlər. İddiaçı əlavə məlumat verir ki, Şamaxı İcra Hakimiyyətinin bəzi əməkdaşları (o cümlədən başçının müavini Elxan İbrahimov) və FHN işçiləri (Həsən adlı şəxs və başqaları) onu və digərlərini aldatmış, qanunsuzluğa, rüşvətxorluğa yol verərək bir sıra maxinasiyalar törədib sənədləri saxtalaşdıraraq sözügedən yataqxanada yaşamayan şəxsləri həmin yeni tikilmiş binada mənzillə təmin etmişlər. Bir ildən çoxdur ki, dövlət orqanlarına müraciətlər etsə də məsul şəxslər müraciətlərini bir-birinin üstünə ötürür və nəticədə şikayətinə baxan yoxdur. Bu ərizəyə daxil etdiyi X8 rəhbərliyi tərəfindən iddiaçıya verilmiş 27 saylı, 25 sentyabr 2021-ci il tarixli Arayışın əsilindən görünür ki, həmin Liseyin balansında olan iddiaçının yaşadığı xidməti binanın 11 nömrəli mənzilinin ölçüsü 78 kv.metrdir. Çoxsaylı müraciətləri əsasında Şamaxı rayon İcra Hakimiyyətindən iddiaçıya göndərilmiş Ş- 03-1868 saylı, 05 oktyabr 2021-ci il tarixli cavab məktubunda yazılmışdır ki, 05 fevral 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi siyahı əsasında nazirliyin əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanmışdır. Sonda püşkatma əsasında iddiaçıya Şamaxı şəhərində M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 9 saylı mənzilinin püşkatma yolu ilə verilməsi yazılmışdır. Müraciətlərinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən də ona 37/Q-00469 saylı, 04 mart 2021-ci il tarixli cavab göndərilmişdir. Bu cavabda da yuxarıda qeyd etdiyi eyni məlumatlar təkrarlanaraq ünvan 1 ünvanında Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş, elektrik enerjisi, su və qazla təchiz olunmuş 110 mənzilli binada 2 otaqlı, 66,22 kv.metr sahəsi olan mənzil verildiyi yazılmışdır. Bundan əlavə, mənzillərin bölüşdürülməsi prosesinin X9 rəhbərliyinin təsdiq etdiyi siyahılar əsasında Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi və buna görə də müvafiq icra hakimiyyətinə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanladığı eyni müraciəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X1 X3 göndərilmiş və oradan iddiaçıya ünvanlanmış 37/Q-03351 saylı, 10 sentyabr 2021-ci il tarixdə göndərilmiş məktubda yazılmışdır ki, bununla bağlı iddiaçıya 30 avqust 2021-ci il tarixli, 37/Q-03177 saylı cavab məktubunun verildiyi bildirilmişdir. Həmin cavab məktubunun surəti də ona qoşma edilmişdir. Qeyd olunan cavab məktubunda da mənzillərin bölüşdürülməsi prosesinin X9 rəhbərliyinin təsdiq etdiyi siyahılar əsasında Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi yazılmışdır. Beləliklə, müraciətlərinə əsasən verilmiş cavablarda mənzil hüquqlarının pozulmasına dair törədilmiş qanunsuzluq əməlini aidiyyəti orqanlar bir-birinin üstünə atmışlar. Mənzil hüquqlarının pozulması odur ki, iddiaçı ailəiikcə 78 kv metr olan mənzildə yaşadığı halda, püşkatma vasitəsi ilə aparılmış bölgüdə onu aldadaraq bundan 12 kv.metr az sahəsi olan 66,22 kv.metr olan evlə təmin edilmişdir. Halbuki, həmin bölgü vaxtı Dövlət Orqanları israrla bildirmişdirlər ki, hər bir kəsə verilən yeni mənzillərin sahəsi əvvəl yaşadığı mənzillərin sahəsindən guya çoxdur. İddiaçı bunun yalan olduğunu bildiyinə görə onlar üçün pşkatmanı 2 otaqlı deyil, 3 otaqlı mənzillər üçün aparılmasını tələb etmişdir. Lakin rüşvətxorluğa və korrupsiyaya qurşanmış İcra Orqanları digər şəxslərdə olduğu kimi iddiaçının da tələbinə məhəl qoymamışdır. İş üzrə təqdim etdiyi sənədlərdən görünür ki, yaşadığı mənzilə dair qanunsuz sənədlər və siyahılar qeyd etdiyi Dövlət Orqanları tərəfindən düzgün tərtib olunmamış və nəticədə iddiaçı ailəlikcə daha az yaşayış sahəsinə malik (12 kv. metr az olan) mənzillə təmin olunmuşdur. Odur ki, hüquqları pozulmuşdur. Bu problemin həlli üçün ona əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni bir-otaqlı mənzil verilməsinə, və yaxud bu hazırki mənzildən çıxarılaraq yeni 3 otaqlı sahəsi 78 kv.metr olan mənzil verilməsinə və yaxud əlavə olaraq real bazar qiyməti nəzərə alınmaqla minimum 25000 (iyirmi beş min) manat pul ödəilməsinə razıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi iddiaçı müxtəlif inzibati orqanları cavabdeh göstərərək, bir neçə tələbdən birinin təmin edilməsini məhkəmədən xahiş edir ki, bu cür iddialara baxılması isə inzibati məhkəmə icraatında nəzərdə tutulmamışdır. İnzibati məhkəmə icraatı qaydasında iddia qaldırılan zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində göstərilən iddia növlərinə uyğun formada iddialar qaldırıla bilər. İddia ərizəsindən görsənir ki, iddiaçı əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni bir otaqlı mənzil verilməsi, və yaxud hazırki mənzildən çıxarılaraq yeni 3 otaqlı, sahəsi 78 kv.metr olan mənzil verilməsini və yaxud əlavə olaraq real bazar qiyməti nəzərə alınmaqla minimum 25000 (iyirmi beş min) manat pul ödənilməsini tələb edir. Göründüyü kimi iddiaçı bu üç tələbdən birinin təmin edilməsini istəyir. Eyni zamanda bu təələblərin hansı orqan tərəfindən həyata keçirilməsidə iddiaçı üçün əhəmiyyət kəsb etmir. İddiaçı bu üç tələbdən birinin təmin olunmasına nail olmaq niyyətindədir. İş materiallarından görsənir ki, iddiaçının müxtəlif orqanlara çoxsaylı şikayəti nəticəsində ona müvafiq cavablar verilmişdir. Öhdəlyin icrası ilə bağlı iddialarda iddia müddəti tətbiq edilmədiyi üçün, cavabdeh inzibati orqanın konkret tələb üzrə imtinasının mövcud olduğu halda, həmin orqanı cavabdeh göstərərək iddia qaldırılması istisna edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı iddianın uğurluluq ehtimalı baxımından ilk növbədə konkret tələbini müəyyən etməli, eyni zmanda həmin tələbə cavab verməli olan orqanı düzgün müəyyən etməlidir. Bu tələblə cavabdeh inzibati orqana müraciət edildiyi təqdirdə, inzibati orqan imtina edərsə vəya hərəkətsizlik edərsə, müvafiq inzibati məhkəməyə müraciət edilə bilər. Eyni zmanda iddiaçıya izah edisin ki, öhdəliyin icrası ilə kompensasiya tələbi fərqli iddialar olduğuna görə, inzibati orqana müraciət edən zaman və ya məhkəmədə iddia qaldırılan zaman bu halın nəzərə alınması düzgün iddia seçilməsi baxımından əhəmiyyətli ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2355/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2355/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver