Məhkəmə qərarları › İş №2-1(118)-2356/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2356/2025

26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2356/2025 26.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 və ailə üzvlərinə məxsus JN 0458 dövlət aktına əsasən xx.xx.2004-cü il tarixli 4-Ə-424 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə satın aldığı 0.21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək X2 və ailə üzvlərinə məxsus JN 0458 dövlət aktına əsasən xx.xx.2004-cü il tarixli 4-Ə-424 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə satın aldığ 0.21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayon Qəçrəş kəndində yaşayan Salahovlar ailəsi onlara məxsus olan 0,21 ha torpaq sahəsini, ailə üzvlərinin hamısının razılığı ilə 18 avqust 2004-ci il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq 3 milyon manata iddiaçıya satmışlar.. Həmən alqı-satqı müqaviləsi Quba şəhəri Dövlət Notariat kontorunda 4- 2/424 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd edir ki, torpağa mülkiyyət hüququna dair JN-0458, KOD № si 30317018 olan Dövlət aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998- cu il tarixli 16 saylı qərarı ilə Salahovlar ailəsinə verilmiş və tərtib edilmiş mülkiyyətə verilmiş torpaq sahəsinin plan və cizgiləri tam dəqiqliyi ilə koordinatlara alınmışdır. Bu torpaq sahəsinin yerləşdiyi ərazinin qayiməsi (sertifikatı) müvafiq qaydada tərtib edilmişdir. Yuxarıda qeyd etdiyi kimi, mülkiyyətə verilmiş bu torpaq sahəsi mülkiyyətçilər tərəfindən rəsmi alqı-satqı müqaviləsi əsasında satılmışdır. Həmən torpaq sahəsi tərəfindən daş hasara alınmış və orada tikinti aparılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması üçün müraciət edilmiş, xx.xx.2004-cü il tarixli 4Ə-424 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-0458 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Kompleks yerquruluşu (islahat (DWG) xəritəsində göstərilən torpaq sahəsinin cizgisinə əsasən digər şəxslərin adlarına dövlət reyestrindən çıxarışlar verilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 460 nömrəli cizginin üzərinə düşür. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 0458 KOD 30317018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 16 saylı qərarı ilə X2 və onun ailə üzvlərinə 0.66 ha torpaq sahəsi verilmişdir. 18 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Quba rayon Qəçrəş kəndində yaşayan Salahovlar ailəsi onlara məxsus olan 0,21 ha torpaq sahəsini ailə üzvlərinin hamısının razılığı ilə iddiaçıya satmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-66/2017 saylı qətnaməsi ilə X1 İddiaçı qarşı özbaşına tikililərin sökülməsi və torpağın özgəsinin sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə sorğusun cavab olaraq Azərbycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Quba rayon dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə 4Ə-424 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusun cavab olaraq cavabdehin 08 iyul 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin daxilində faktiki olaraq yarımçıq tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.2180 ha təşkil edir. JN-0458 kod 30317018 saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmışdır və həmin nömrə (458) DBF siyahısında X3 və ailə üzvlərinin adında qeyd olunmuşdur. Lakin sözügedən Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. JN-0458 kod 30317018 saylı Dövlət Aktıda göstərilən torpaq sahəsinin cizgiləri daxilində **********65, **********64, **********92 və **********13 reyestr nömrəli çıxarışlar tərtib olunmuşdur. Həmin çıxarışlara əsasən torpaq sahələrinin kimə məxsus olması aşağıda qeyd olunmuşdur. **********65 reyestr nömrəli çıxarışa əsasən X9 mülkiyyətində olan 0.3888 ha torpaq sahəsi **********64 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan 0.07 ha torpaq sahəsi **********92 reyestr nömrəli çıxarışa əsasən X10 mülkiyyətində olan 0.16 ha torpaq sahəsi **********13 reyestr nömrəli çıxarışa əsasən X8 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Həmin torpaq sahəsi (iddia olunan) baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X6b uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə imtinasında qeyd etmişdir ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması üçün müraciət edilmiş, xx.xx.2004-cü il tarixli 4Ə-424 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-0458 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Kompleks yerquruluşu (islahat (DWG) xəritəsində göstərilən torpaq sahəsinin cizgisinə əsasən digər şəxslərin adlarına dövlət reyestrindən çıxarışlar verilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 460 nömrəli cizginin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.2180 ha təşkil edir. JN-0458 kod 30317018 saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmışdır və həmin nömrə (458) DBF siyahısında X3 və ailə üzvlərinin adında qeyd olunmuşdur. Məhkəmə sorğusu ilə cavabdeh tərəfindən təqdim edilmiş Quba rayon Qəçrəş kəndi ərazisində yerləşən mübahisə predmeti olan torpaq sahəsinin yerquruluşu planından görünür ki, iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi JN- 0458 kod 30317018 saylı Dövlət Aktıda qeyd edilən torpaq sahəsinin koordinatlarından 127 metr aralı məsafədə yerləşir. JN-0458 kod 30317018 saylı Dövlət Aktıda göstərilən torpaq sahəsinin cizgiləri daxilində isə **********65, **********64, **********92 və **********13 reyestr nömrəli çıxarışlar tərtib olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi JN-0458 kod 30317018 saylı Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin cizgilərindən kənarda yerləşir. Qeyd edilən hal Quba rayon Məhkəməsinin 2(027)-66/2017 saylı xx.xx.2017-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-364/2018 saylı qətnamələrində də öz əksini tapmışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Belə ki, JN-0458 kod 30317018 saylı Dövlət Aktıda göstərilən torpaq sahəsinin cizgiləri daxilində **********65, **********64, **********92 və **********13 reyestr nömrəli çıxarışlar tərtib olunmuş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi isə JN- 0458 kod 30317018 saylı Dövlət Aktıda göstərilən torpaq sahəsinin cizgiləri daxilində deyil, 127 metr aralıda yerləşir. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar