Məhkəmə qərarları › İş №2-1(118)-2357/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2357/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2357/2022 03.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hüquqi xidmət haqqı olaraq ödədiyi 300 manat məbləğin cavabdehdən tutulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia qaldıraraq “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hüquqi xidmət haqqı olaraq ödədiyi 300 manat məbləğin cavabdehdən tutulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaçı tərəfinzdən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba tərəflərindən cavab verildiyini, lakin həmin məktubun ona çatmaması səbəbindən poçtdan geri qaytarıldığını bildirdi və həmin məktubu iddiaçının nümayəndəsinə təqdim etdi. Eyni zamanda iddiaçının irəli sürdüyü tələbin cavabdeh tərəfindən təmin edilərək həll edildiyini bildirərək, məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X5 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hüquqi xidmət haqqı olaraq ödədiyi 300 manat məbləğin cavabdehdən tutulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar