Məhkəmə qərarları › İş №2-1(118)-236/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-236/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-236/2021 29.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarı ilə Xaçmaz şəhəri, V.Xəlilov küçəsindəki 45 kv m torpaq sahəsi və üzərindəki iki mərtəbəli qeyri-yaşayış obyektinə (gözəllik salonu) mülkiyyət sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarı ilə Xaçmaz şəhəri, V.Xəlilov küçəsindəki 45 kv m torpaq sahəsi və üzərindəki iki mərtəbəli qeyri-yaşayış obyektinə ( gözəllik salonu ) mülkiyyət sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 14 saylı qərarə ilə ona fərdi kommersiya obyekti tikmək üçün Xaçmaz şəhəri, V.Xəlilov küçəsindəki torpaq sahəsindən 45 kv m torpaq sahəsinin satılması qərara alınmışdır. Bələdiyyənin hesabına xx xxxxxx 2005-ci il tarixli 289 saylı kassa mədaxil orderinin qəbzi ilə köhnə manatla 1 milyon manat pul köçürülmüşdür. Torpaqların alqısatqısına dair müvafiq akt tərtib olunmuş və ləğv olunmuş DT və XK-nin Xaçmaz rayon şöbəsində xx.xx.2005-ci il tarixdə 3024 sayla qeydə alınmışdır. Xaçmaz RİHB-nın xx.xx.2010-cu il tarixli 249 saylı sərəncamı ilə aldığı 45 kv m torpaq sahəsində ikimərtəbəli fərdi gözəllik salonunun tikintisinə icazə verilmişdir. O, həmin vaxtdan tikintini tikməyə başlamışdır. Torpaq sahəsi ona satılarkən torpaq sahəsinin sxemi, yəni Baş plandan sxematik çıxarış tərtib edilmiş və rayonun Baş memarı tərəfindən təsdiq edilmişdir. Rayonun Baş memarı Ş.Aslanovun, Xaçmaz şəhər İƏV-də nümayəndə B.Osmanovun, Şimal Regional DYNİ-nin rəisi F.Ələkpərov, Enenrji İstismarı İdarəsinin nümayəndəsi M.Rəsulovun, Gigiyena və Epidemiologiya Məkəzinin baş həkimi B.Haqverdiyevin , Su və Kanalizasiya İdarəsinin rəisi T.Sultanovun və iddiaçının iştirakı ilə müvafiq komissiya yerində baxış keçirmiş, fərdi iki mərtəbəli gözəllik salonunun tikintisinə icazə verilməsi məqsədi ilə müvafiq hesab edilmişdir. Göründüyü kimi dövləti təmsil edən müvafiq qurumlar tərəfindən bütün lazımi sənədlər verilmiş, bu da torpaq sahəsinin tam qanuni əsaslarla almağına əyani sübutdur. Qanuni əsaslarla aldığı torpaq sahəsində iki mərtəbəli qeyri-yaşayış obyektini inşa etdikdən sonra hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına aldırmaq onun hüququdur. Torpaq sahəsi qanuni əsaslarla dəyəri ödənilməklə tərəfindən satın alınmış, komissiya yerində baxış keçirərək ikimərtəbəli gözəllik salonunun tikintisinə icazə verilmiş və o, həmin aldığı torpaqda qeyri-yaşayış binasını tikmişdir. Torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarının Dövlət Arxivinə verilməməsi onun təqsiri deyildir. Torpaq sahəsi satılmamışdan əvvəl ləğv olunmuş DT və XK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2005-ci il tarixli 13113 saylı rəyi alınmışdır. Hazırda bələdiyyə sənədlərinin qüvvədə olub-olmaması barədə arayışın verilməsinin mümkünsüzlüyü onun əmalka olan hüququnun qeydiyyata alımasına imtina üçün əsas ola bilməz. Bununla bağlı iddiaçı iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər tam deyildir. Belə ki, ərizədə qeyd olunan qeyriyaşayış binasına dair rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. 2013-cü il yanvarın 1-dək inşa edilmiş çoxmənzilli binalara, qeyri- yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə ərizəyə əlavə olunmuş Xaçmaz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 177 saylı məktubundan göründüyü kimi Xaçmaz bələdiyyəsinin 26. dekabr 2005-ci il tarixli 14 saylı qərarının qüvvədə olması qeyri-müəyyəndir. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : - Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarından görünür ki, İddiaçı Xaçmaz şəhəri, V.Xəlilov küçəsindən torpaq sahəsi ərazisindən 45 kv m torpaq sahəsinin satılmasına icazə verilmişdir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xaçmaz bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarına əsasən İddiaçı torpaq sahəsi satılmış, torpaq sahəsinin müqabilində Xaçmaz Bələdiyyəsinin hesabına bir milyon manat haqq ödəmişdir. - Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 249 saylı sərəncamının çıxarışından görünür ki, Xaçmaz şəhəri, Nəsimi küçəsi 6 saylı evdə yaşayan İddiaçı Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı qərarı ilə Xaçmaz şəhəri, V.Xəlilov küçəsində aldığı 45 kv m torpaq sahəsində 2 mərtəbəli fərdi gözəllik salonunun tikintisinə icazə verilmişdir. - Rayonun Baş memarı Ş.Aslanovun, Xaçmaz şəhər İƏV-də nümayəndə B.Osmanovun, Şimal Regional DYNİ-nin rəisi F.Ələkpərov, Enerji İstismarı İdarəsinin nümayəndəsi M.Rəsulovun, Gigiyena və Epidemiologiya Məkəzinin baş həkimi B.Haqverdiyevin , Su və Kanalizasiya İdarəsinin rəisi T.Sultanovun və iddiaçının iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, komissiya yerində baxış keçirmiş, komissiya üzvlərinin müsbət rəyindən sonra kommunikasiyaların mühafizə zolaqlarını gözləmək və tikinti-norma və qaydalara əməl etməklə, fərdi 2 mərtəbəli gözəllik salonunun tikintisinə icazə verilməsini məqsədəmüvafiq hesab etmişdir. -DTXK-nin Xaçmaz rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli rəyindən görünür ki, İddiaçı Həsən-Sabir qızına fərdi kommersiya obyekti tikmək məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz bələdiyyəsinin şəhərdaxili torpaqlarına aiddir və alqısatqı predmetidir. - Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 177 saylı arayışdan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərdə Xaçmaz Bələdiyyəsinin protokoluna əsasən verilmiş qərarı dəqiqləşdirmək üçün Xaçmaz Rayon Dövlət Arxiv İdarəsində ona verilmiş fərdi kommersiya obyekti tikmək məqsədilə 45 kv.m torpaq sahəsinin qərarı barədə məlumat olmadığı üçün həmin sənədin qüvvədə olub-olmaması barədə arayış verilməsi mümkünsüzdür. - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 225 saylı arxiv arayışından görünür ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı protokolunda İddiaçı fərdi kommersiya obyekti tikmək üçün torpaq sahəsi satılması barədə qərar aşkar edilməmişdir. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********36 saylı imtina məktubundan görünür ki, iddiaçının qeyd olunan qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər tam deyildir, habelə ərizədə qeyd olunan qeyriyaşayış binasına dair rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Ərizəyə əlavə olunmuş Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 177 saylı məktubundan göründüyü kimi Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı qərarının qüvvədə olması qeyri-müəyyəndir, ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Xaçmaz rayon icra Hakimiyyəti Başçısının 1531 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki,Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan obyektin istismara qəbul edilməsi barədə akt verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Xaçmaz bələdiyyəsinin 440 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Xaçmaz şəhər sakini İddiaçı Sabir qızına Xaçmaz bələdiyyəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarı ilə Xaçmaz şəhər V.Xəlilov küçəsində 45 kv m torpaq sahəsi sahibkarlıq məqsədi ilə ayrılmışdır. Lakin Xaçmaz rayon Arxiv İdarəsində İddiaçı Sabir qızının adına arxiv çıxarışının olmadığına görə Xaçmaz bələdiyyəsi tərəfindən sənədin qüvvədə olması barədə arayış verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahayını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur ...8.0.9 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair:…8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 8.0.10-ci maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyaı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 saylı əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzırindı hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 43-cü bəndində isə göstərilir ki, dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edilməsi tələb olunur. Beləliklə, qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçının əldə etdiyi qeyri-yaşayış sahəsinin istismara qəbul aktı mövcud deyildir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçıya torpaq sahəsinin ayrılmasını təsdiq edən bələdiyy qərarının arxivdə saxlanılan nüsxəsi aşkar edilmədiyindən bələdiyyə həmin qərarın qüvvədə olub-olmaması barədə arayışı verməkdən imtina etmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh inzibati orqanın mülkiyyət sənədlərinin verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar