Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-236/2022 30.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə DTXK-nin Qusar rayon şöbəsi tərəfindən onun və ailə üzvlərinin adına verilmiş JN-292 KOD 30126018 saylı dövlət aktı ilə mülkiyyətinə verilmiş və həmin dövlət aktının 292Z saylı torpaq mülkündə yerləşən 9921,46 kv m sahəyə malik torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə DTXK-nin Qusar rayon şöbəsi tərəfindən onun və ailə üzvlərinin adına verilmiş JN- 292 KOD 30126018 saylı dövlət aktı ilə mülkiyyətinə verilmiş və həmin dövlət aktının 292Z saylı torpaq mülkündə yerləşən 9921,46 kv m sahəyə malik torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə DTXK-nin Qusar rayon şöbəsi tərəfindən onun və ailə üzvlərinin adına verilmiş JN-292 KOD 30126018 saylı dövlət aktı ilə mülkiyyətinə verilmiş və həmin dövlət aktının 292Z saylı torpaq mülkündə yerləşən 9921,46 kv m sahəyə malik torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-236/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-236/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver