Məhkəmə qərarları › İş №2-1(118)-2368/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2368/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2368/2022 02.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba rayonu İcra Hakimiyyətinə qarşı “Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yaşayış evinin tikintisinə başlamaq niyyətinə dair məlumatlandırılma qaydasında xx.xx.2021-ci il tarixli sifarişli məktubunun cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba rayonu İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yaşayış evinin tikintisinə başlamaq niyyətinə dair məlumatlandırılma qaydasında xx.xx.2021-ci il tarixli sifarişli məktubunun cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan ********* saylı qəbzdən görünür ki, İddiaçı müraciəti cavabdeh orqana 12 aprel 2021-ci il tarixdə sifarişli poçtla çatdırılmışdır. İddiaçı daha sonra təkrarən Quba rayonu İcra Hakimiyyətinə müraciət edərək, məlumatalandırılma icraatı qaydasında xx.xx.2021-ci il tarixli ərizəsinin yazılı cavablandırılmasına göstəriş verilməsini xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi məktubdan görünür ki, onun sonuncu müraciəti (xx.xx.2021-ci il tarixli ərizəsinin yazılı cavablandırılmasına dair) cavabdeh Quba rayon İcra Hakimiyyəti Başçısının Aparatının 15 sentyabr 2022-ci il tarixli məktubu ilə cavablandırılmışdır. İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba rayonu İcra Hakimiyyətinə qarşı “Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yaşayış evinin tikintisinə başlamaq niyyətinə dair məlumatlandırılma qaydasında xx.xx.2021-ci il tarixli sifarişli məktubunun cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar