Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2368/2023 07.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD 30106028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinin 0.0465 ha hissəsinə X6 adına əsassız aparılmış 06 may 2016-cı il tarixli, **********21 reyestr nömrəli qeydiyyatın 0.0465 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD 30106028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən X6 adına əsassız olaraq aparılmış 06 may 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil tələbini dəqiqləşdirərək, “Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD 30106028 saylı “Torpağn mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinin 0.0465 ha hissəsinə X6 adına əsassız aparılmış 06 may 2016-cı il tarixli, **********21 reyestr nömrəli qeydiyyatın 0.0465 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2(118)-2368/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə Qusar rayonunun Bədirqala kəndindən 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin 0,09 ha həyətyanı torpaq sahəsinə onların mülkiyyət hüquqları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-258A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilir. İddiaçı həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinə üçüncü şəxs X5 atası X6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olduğunu bildirərək, həmin torpaq sahəsinə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Məsələni araşdırdıqdan sonra məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-258A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair JN-258A KOD 30106028 saylı şəhadətnaməyə əsasən həmin torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərində olmasına baxmayaraq, Qusar rayonu sabiq Bədirqala Bələdiyyəsinin 16 yanvar 2004-cü il tarixli 02/1 nömrəli qərarına əsasən həmin torpaq sahəsi qanunsuz olaraq X4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə X6 adına 06 may 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli çıxarış verilmişdir. Hal-hazırda X9 vəfat etmişdir və həmin torpaq sahəsini onun oğlu, iş üzrə üçüncü şəxs X8 idarə edir. Sonradan Qusar rayonu Bədirqala Bələdiyyəsi iş üzrə cavabdeh Qusar rayonu Balaqıısar Bələdiyyəsinə birləşdirməklə ləğv edilmişdir. İddiaçı və onun ailə üzvlərinin adlarına olan JM-258A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə qüvvədə ola-ola həmin torpağın Qusar rayonu sabiq Bədirqala Bələdiyyəsinin 16 yanvar 2004-cü il tarixli 02/1 nömrəli qərarına əsasən X3 və həmin torpaq sahəsinə X6 adına 06 may 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli çıxarışın verilməsi qanunsuzdur. Onlar Qusar rayonu sabiq Bədirqala Bələdiyyəsinin 16 yanvar 2004-cü il tarixli 02/1 nömrəli qərarının ləğv edilməsi üçün Qusar rayonu Balaqusar Bələdiyyəsinə müraciət etmişik. Qusar rayonu Balaqusar Bələdiyyəsinin 15 fevral 2023-cü il tarixli, 03 saylı qərarına əsasən X7 0,12 ha torpaq sahəsinin satılması barədə olan Qusar rayonu sabiq Bədirqala Bələdiyyəsinin 16 yanvar 2004-cü il tarixli 02/1 nömrəli qərarı ləğv edilmişdir. O, həmçinin həmin torpaq barəsində daşınmaz əmlakın dövlət reyestrində X6 adına əsassız olaraq aparılmış 06 may 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli qeydin ləğv edilməsi üçün cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişik. Lakin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi X6 adına əsassız olaraq aparılmış 06 may 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli qeydiyyatı ləğv etməkdən imtina etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsi ilə təmsil edilməmişdir, üçüncü şəxs də məhkəməs iştirak etməmişdir,cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: - JN-258A, KOD 30106028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10/4 nömrəli, 12 avqust 1999-cu il tarixli qərarı əsasında Qusar rayonu, Bədirqala kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mlükiyyətinə ayrılmışdır. - RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu, Bədirqala kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Qusar rayonu Balaqusar bələdiyyəsinin 03 saylı, 15 fevral 2023-cü il tarixli iclas protkolundan görünür ki, Qusar rayonunun Bədirqala kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin X1 dair Qusar rayonu Bədirqala bələdiyyəsinin 16 yanvar 2004-cü il tarixli, 02/1 nömrəli qərarı ləğv edilmişdir. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, “JN-258A, KOD 30106028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında İddiaçı ayrılmış Qusar rayonu, Bədirqala kəndində yerləşən 0.09 ha həyətyanı məqsədli torpaq sahəsi digər qonşu torpaq sahələri ilə hər tərəfdən metal tor hasarı ilə hasara alınmışdır və faktiki hasar daxilində 0.17 ha təşkil edir, hal-hazırda torpaq sahəsində fındıq ağacları mövcuddur, torpaq sahəsi torpaqların elektron kadastr uçotu məlumat bazasında öz əksni tapmışdır, kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”na aid olmaqla yararlılıq dərəcəsi kənd təsərrüfatına yararsız torpaq sahələrinə aiddir; İddiaçı ayrılmış 0.09 ha torpaq sahəsinin 0.0465 ha hissəsinə X6 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cəmi 0.12 ha olmaqla **********21 reyestr nömrəli çıxarış verilmişdir. - Cavabdeh inzibati orqanın İddiaçı ünvanladığı 18 avqust 2022-ci il tarixli məktubdan görünür ki, X6 adına tərtib edilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın ləğv edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1. subyektiv hüququnun olub-olmamasını; 2. cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3. qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ vardır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi uzun müddətdir ki, faktiki olaraq istifadə edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq həmin orqanın hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi həmin orqana aiddir. Belə olduğu tədqirdə cavabdeh inzibati orqanın hazırkı iddia tələbinə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqanın 18 avqust 2022-ci məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Qeyd olunan hallar isə üçüncü şəxsin nümayəndəsinin iddiaçının iddianın mümkünsüz hesab edilməsi ilə bağlı dəlillərinin əsassız olduğunu göstərir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Mübahisənin məhkəmə aidiyyatına münasibətdə məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarış bələdiyyə qərarı əsasında verilsə də bələdiyyə qərarı bələdiyyə tərəfindən ləğv edilmişdir. İddiaçı bundan sonra cavabdeh inzibati orqana həmin çıxarışın ləğvi ilə bağlı müraciət etsə də, inzibati orqan çıxarışın məhkəmə qaydasında ləğv edilməli olmasını əsas gətirərək onun ləğvindən imtina etmişdir. Hazırki halda mübahisə mülki hüquq münasibətindən deyil, cavabdeh inzibati orqanın inzibati aktın qəbulu ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi ilə, yəni bələdiyyə qərarı əsasında verilmiş çıxarışın ləğvi ilə bağlıdır ki, buda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10/4 nömrəli, 12 avqust 1999-cu il tarixli qərarı əsasında Qusar rayonu, Bədirqala kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. Daha sonra bunun əsasında İddiaçı və onun ailə üzvlərinin adına JN-258A, KOD 30106028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Mübahisəli torpaq sahəsinin 0.0465 ha hissəsinin üstüstə düşdüyü, ümumilikdə 0.12 ha torpaq sahəsi Qusar rayonu Balaqusar bələdiyyəsinin 02/1 nömrəli, 16 yanvar 2004-cü il tarixli qərarı əsasında X2. Qeyd olunan qərar əsasında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmış torpaq sahəsinin 0.0465 ha hissəsinin üst-üstə düşdüyü, ümumilikdə 0.12 ha torpaq sahəsinə dair X6 mülkiyyət hüququ RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış ilə rəsmiləşdirilmişdir. İddiaçının müraciəti əsasında Qusar rayonu Balaqusar bələdiyyəsinin 03 saylı, 15 fevral 2023-cü il tarixli iclas protkolu ilə Qusar rayonunun Bədirqala kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin X1 dair Qusar rayonu Bədirqala bələdiyyəsinin 16 yanvar 2004-cü il tarixli, 02/1 nömrəli qərarı ləğv edilmişdir. Beləliklə hazırki işdə mübahisə predmeti olan RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın verilməsinə əsas olan bələdiyyə qərarı yuxarıda adı qeyd olunan protokol əsasında bələdiyyə tərəfindən ləğv edilmişdir. Bu səbəbdən iddiaçı RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 09 avqust 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən çıxarışın ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş bələdiyyə qərarı Qusar rayonu BalaQusar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 03 saylı qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Lakin hazırki işdə cavabdeh inzibati orqan reyestrdə aparılmış qeydin düzgün olmadığını bilə-bilə həmin qeydin ləğvindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində qeydiyyatın əsasını bələdiyyə qərarı təşkil etmişdir ki, həmin qərar isə Qusar rayonu Bədirqala bələdiyyəsinin protokolu ilə etibarsız hesab edilmişdir. Bələdiyyə qərarı etibarsız hesab edildiyindən və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından həmin qeydiyyatın hər hansı bir hüquqi qüvvəsi qalmamışdır. Beləliklə sözügedən RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış bələdiyyə qərarına münasibətdə formal qeydiyyat xarakteri daşımışdır. Artıq çıxarışın verilməsinə əsas olan sənədin hər hansı bir hüquqi qüvvəsi olmadığından, etibarsız hesab edildiyindən onun əsasında verilmiş çıxarışda ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD 30106028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinin 0.0465 ha hissəsinə X6 adına əsassız aparılmış 06 may 2016-cı il tarixli, **********21 reyestr nömrəli qeyd, torpaq sahəsinin 0.0465 ha hissəsinə münasibətdə ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD 30106028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinin 0.0465 ha hissəsinə X6 adına əsassız aparılmış 06 may 2016-cı il tarixli, **********21 reyestr nömrəli qeyd, torpaq sahəsinin 0.0465 ha hissəsinə münasibətdə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva