Məhkəmə qərarları › İş №2-1(118)-2370/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2370/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2370/2022 10.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı “Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq ona restrukturizasiya tətbiq edilməsi üçün cavabdehlərin üzərinə öhdəliyin qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq ona restrukturizasiya tətbiq edilməsi üçün cavabdehlərin üzərinə öhdəliyin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 19 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin Xətai filialından “Şəxsi İstehlak” məqsədi ilə, 7700 (yeddi min yeddi yüz) ÜSD məbləğində kreditə pul götürmüşdür. Ödəniş barədə qrafik üzrə 3 və ya 4 ay ödəniş etmişdir. ABŞ dollarının bahalaşması ailə büdcəsinə əhəmiyyətli dərəcədə təsir etdiyi üçün banka olan borcunu ödəyə bilməmişdir. İddiaçı dəfələrlə bank rəhbərliyinin qəbulunda olmuş, uzunmüddətli ödəniş qrafiki açaraq ödəniş etməyini bildirsə də heç bir güzəşt əldə edə bilməmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra iddiaçı dəfələrlə "xxxx" ASC-yə müraciət edərək Fərmanına müvafiq olaraq ona restrukturizasiya tətbiq edilməsini xahiş etmişdir. Bankdan bildirilmişdir ki, özləri çağıracaqdır. Lakin bank tərəfindən iddiaçıya heç bir çağırış, bildiriş göndərilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə “ləğv prosesi”də olan "xxxx" ASC-nin sənədləri Əmanətlərin Sığortalanması Fondunda olduğu üçün Fondun icraçı direktoruna ərizə ilə müraciət etmişdir. Müraciətinə 18 fevral 2022-ci il tarixdə **********530 nömrəli məktubla cavab verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Həmçinin bildirir ki, sözügedən qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığını bildirilmişdir. İddiaçı sonda yuxarı instansiya kimi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi bankına müraciət etmişdir. Mərkəzi Bankda 15 may 2022-ci il tarixdə öz növbəsində tələbindən imtina edərək iddiaçıya köməklik göstərməmişdir. İddiaçı hesab edir ki, hüquqları pozulmuşdur. Odur ki, məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı iddiaya münasibətində bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının xx.xx.2019-cu İİ tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilələr üzrə xx.xx.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir (portaldan çıxarış məktuba əlavə edilir). Göründüyü kimi, iddiaçıya münasibətdə Palata Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabddeh LPO Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vəsatətində qeyd etmişdir ki, sözügedən iş inzibati iş deyildir və inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2- ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bildirik ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq kredit borclarının restruktruzasiya edilməsi LPO Cavabdeh3 ASC-nin səlahiyyətindədir. Buna görə də Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu sözügedən iş üzrə cavabdeh qismində çıxış edə bilməz. Eyni zamanda, ləğv prosesində olan Cavabdeh3 ASC kommersiya hüquqi şəxsidir və inzibati orqan hesab olunmur. Belə olduğu halda hazırki işə rayon-şəhər məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd edilənlərə əsasən inzibati mübahisələrin məhkəmə aidiyyat qaydalarına əməl etməklə işin səlahiyyətli məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq ona restrukturizasiya tətbiq edilməsini istəyir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı etirazında qeyd etmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. ........ ...... İddiaçıya münasibətdə Palata Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Eyni zamanda cavabddeh LPO Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vəsatət vermiş, vəsatətində mübahisənin mülki mübahisə olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 ASC inzibati orqan olmadığına və iddiaçı ilə bank arasında olan münasibətlər mülki münasibətlər olduğuna görə bu münasibətlərlə bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar