Məhkəmə qərarları › İş №2-1(118)-2372/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2372/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2372/2021 22.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “Cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti və AR Maliyyə Nazirliyindən 07 noyabr 2017-ci il tarixli 01 №-li hərrac protokoluna və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinə görə, açıq hərracın qalibi olmuş İddiaçı tərəfindən dövlət büdcəsinə əlavə ödənilmiş 4125 manat (dörd min yüz iyirmi beş) pul vəsaitinin alınaraq ona geri qaytarılması” barədə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia qaldıraraq “Cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti və AR Maliyyə Nazirliyindən 07 noyabr 2017-ci il tarixli 01 №-li hərrac protokoluna və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinə görə, açıq hərracın qalibi olmuş İddiaçı tərəfindən dövlət büdcəsinə əlavə ödənilmiş 4125 manat (dörd min yüz iyirmi beş) pul vəsaitinin alınaraq ona geri qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ƏMDK-nin yanında İXMİM-nin balansında olan ünvan 1 ünvanında yerləşən sahəsi 126.2 kv.m və ünvan 2 yerləşən sahəsi 34.2 kv.m olan “Aygün” tikiş atelyesi ƏMDK-nin 23.10.2016-cı il tarixli 117 № -li Sərəncamı və Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan vermişdir. Həmin dövlət əmlakı axırıncı dəfə 07 noyabr 2017-ci il tarixində açıq hərraca çıxarılmış və iddiaçı həmin hərracın qalibi olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında 07 noyabr 2017-ci il tarixli 01 № li hərrac protokoluna əsasən, alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə əsasən əmlakın dəyərinin 100 % -i hərrac protokolunda qeyd olunduğu kimi 27500 (iyirmi yeddi min beş yüz) manat pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Bunun əsasında da AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı adına 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li və 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Hərracın nəticələrindən narazı qalan X1 iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, məhkəmədən 07 noyabr 2017-ci il tarixli hərracın nəticəsi olaraq İddiaçı adına verilmiş 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li və 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li Çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qət etməsini xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin hakimi X2 07 dekabr 2018-ci il tarixli 2(006)-8831/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh kimi ƏMDK və iddiaçı ayrı-ayrılıqda apelyasiya şikayəti vermişdir. Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(105)-2818/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmişdir. Qətnaməyə görə “Aygün” tikiş atelyesinin özəlləşməsinə dair keçirilmiş hərracın nəticələri əmək kollektivinin üzvlərinə güzəştli satış üçün nəzərdə tutulmuş müəsisənin ilkin (start) qiymətinin 15%-nin özəlləşdirilməsi hissəsində etibarsız hesab edilmiş, hərracın nəticəsində verilmiş 126.2 və 34.2 kv.m qeyri-yaşayış sahələrinə dair 18.01.2018-ci il tarixli çıxarışlar da həmin güzəştli 15% hissəsində etibarsız hesab edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2020-ci il tarixli 2(102)- 541/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. 07 noyabr 2017-ci il tarixli 01 №-li hərracın protokoluna və alqı-satqı müqaviləsinə əsasən əmlakın dəyərinin 100 % -i hərrac protokolunda qeyd olunduğu kimi 27500 (iyirmi yeddi min beş yüz) manat pul vəsaiti hərracın qalibi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Ancaq iş üzrə yuxarıda göstərilən məhkəmə aktlarına görə “Aygün” tikiş atelyesinin özəlləşməsinə dair keçirilmiş hərracın nəticələri əmək kollektivinin üzvlərinə güzəştli satış üçün nəzərdə tutulmuş müəssisənin ilkin (start) qiymətinin 15%-nin özəlləşdirilməsi hissəsində etibarsız hesab edilmiş, hərracın nəticəsində verilmiş 126.2 və 34.2 kv.m. qeyri-yaşayış sahələrinə dair 18.01.2018-ci il tarixli çıxarışlar da həmin güzəştli 15% hissəsində etibarsız hesab edilmişdir. Qeyd edilməlidir ki, iş üzrə açıq hərracın qalibi İddiaçı ilə bağlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş 07 noyabr 2017-ci il tarixli 01 № li hərrac protokolu və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin digər tərəfi dövlət olmuş, qanunvericiliyin tələblərinə əsasən həmin əqddən əldə olunan vəsaitin 75 faizi dövlət büdcəsinə köçürülmüşdür. Nəzərə alınmalıdır ki, AR Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eyniylə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirir. Bu baxımdan konkret əqd üzrə hüquq münasibətlərində dövlət səlahiyyətlərini hansı orqanın həyata keçirilməsindən asılı olmayaraq , etibarsız əqd üzrə dövlət büdcəsinə ödənilmiş vəsait həmin pulu ödəmiş şəxsə qaytarılmalıdır. AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısmı digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. AR Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracm etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Bundan başqa AR Mülki Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdehin məsuliyyətsizliyi üzündən mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən sahəsi 126.2 kv.m və ünvan 2 yerləşən sahəsi 34.2 kv.m olan “Aygün” tikiş atelyesinin özəlləşdirilməsi üçün dövlət büdcəsinə 15% əlavə pul vəsaiti ödənilmişdir. Yəni ədədin faizinə görə 27500 100% X 15% X = 4125 manat əlavə pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Bu pul vəsaitinin iddiaçıya geri ödənilməsi ilə bağlı bağlı cavabdehlər və Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə 14 oktyabr 2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 noyabr 2021-ci il tarixli **********23№ -li və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 3 noyabr 2021-ci il tarixli MİHO/1.1-2-2021-5921 saylı məktublarından göründüyü kimi, cavabdehlər heç bir əsas olmadan dövlət büdcəsinə ödənilmiş əlavə 4125 manat pul vəsaitini geri qaytarmaq istəmir. Bununla da cavabdehlər iddiaçının pul vəsaitini heç bir qanuni əsas olmadan, qeyri-qanuni saxlamaqla ciddi qanun pozuntusuna yol vermiş olur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, hazırkı işdə iddiaçının hər iki cavabdeh orqana müraciəti mövcuddur. Lakin mübahisə mahiyyəti üzrə inzibati məhkəmə araşdırmasının predmetini təşkil etmir. Qərardadın təsviri hissəsindən görünür ki, hərracın nəticələrindən narazı qalan X1 iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 07 noyabr 2017-ci il tarixli hərracın nəticəsi olaraq İddiaçı adına verilmiş 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li və 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li Çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qət etməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(006)-8831/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh kimi ƏMDK və iddiaçı ayrı-ayrılıqda apelyasiya şikayəti vermişdir. Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(105)-2818/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmişdir. Qətnaməyə görə “Aygün” tikiş atelyesinin özəlləşməsinə dair keçirilmiş hərracın nəticələri əmək kollektivinin üzvlərinə güzəştli satış üçün nəzərdə tutulmuş müəsisənin ilkin (start) qiymətinin 15%-nin özəlləşdirilməsi hissəsində etibarsız hesab edilmiş, hərracın nəticəsində verilmiş 126.2 və 34.2 kv.m qeyriyaşayış sahələrinə dair 18.01.2018-ci il tarixli çıxarışlar da həmin güzəştli 15% hissəsində etibarsız hesab edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2020-ci il tarixli 2(102)- 541/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti və AR Maliyyə Nazirliyindən 07 noyabr 2017-ci il tarixli 01 №-li hərrac protokoluna və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinə görə, açıq hərracın qalibi olmuş İddiaçı tərəfindən dövlət büdcəsinə əlavə ödənilmiş 4125 manat (dörd min yüz iyirmi beş) pul vəsaitinin alınaraq ona geri qaytarılmasını istəyir. Göründüyü kimi yaranmış mübahisə mülki xarakterlidir, mübahisəyə müvafiq ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati icraatla bağlı qanunvericilik şəxslərlə inzibati orqanlar və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı münasibətləri tənzimləsə də, inzibati orqanlar təkcə inzibati icraatla bağlı qanunvericiliyə əsasən inzibati qaydada deyil, həm də mülki subyekt kimi hərəkət edə bilərlər. İnzibati orqanlar mülki qaydada mülki hüququn bütün digər subyektləri kimi fəaliyyət göstərir və həmin subyektlərə şamil olunan hüquqi qaydalar inzibati orqanlarada şamil olunur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin yaranması cavabdeh inzibati orqanın hakimiyyət səlahiyyətlərini həyata keçirməsi ilə bağlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquqi müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar