Məhkəmə qərarları › İş №2-1(118)-2379/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2379/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2379/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı “Azərbaycan Respublikası MN-nin Baş klinik hospitalının hərəkət və hərəkətsizliyi, ona əlilliyin təyin olunması vəzifəsinin AR MN-nin Baş klinik hospitalının və AR ƏƏSMN-nin DTSEVRX-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı “Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş klinik hospitalının hərəkət və hərəkətsizliyi, ona əlilliyin təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş klinik hospitalının və Azərbaycan Respublikası ƏƏSMN-nin DTSEVRX-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 1,7,16,24-26,29,38,57,71-ci maddələrinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır, hər kəsin hüquq və azadlıqları, sosial təminat, müraciət etmək hüququ vardır, lakin onlar konstitusiyada təsbit edilmiş hüquqlardan istifadə edə bilmir. Belə ki, onun 2011-ci ildən Müdafiə nazirliyinin milli ordu sıralarında hərbi qulluqçusudur, hazırda da N saylı hərbi hissədə xidmət göstərir, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar dəfələrlə hərbi qospitallarda müayinə və müalicələr almış, lakin aldığı müalicələr nəticəsində sağalmamışdır. 2020-ci ilin axırından dəfələrlə etdiyi müraciətlərə baxmayaraq onu qospitala müalicəyə buraxmayıblar, məzuniyyət götürüb qospitala gedib özünü qeydyiyyata salmış və sonradan müayinə və müalicə üçün 19 may 2021-ci il tarixindən 19 iyun 2021 ci il tarixindən hərbi qospitalda müalicə olunaraq kafi vəziyətində ordan buraxılmış, lakin travmatoloqiya şöbəsindən yer olmadığına görə bir aydan sonra əməliyyata gəlməsini yazıblar. Qospitldakı müalicələr və müayinələrlə tam narazılığımız var, qoyulmuş diaqnoza görə aldığı xəstəliklərin hamısı hərbi xidmət dövründə olmuşdur, həm də hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbihəkim komissiyası tərəfindən o hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır, halbuki dəfələrlə həkimlər bildiriblər ki, xəstəliklərinə görə hərbi xidmətə yararsızdır,hansı səbəblərə görə belə yazılması aydındır.Mən anamın qan xəstəliyi ilə əlaqədar da əlilliyin təyin edilməsi üçün müraciət edəndə də eyni vəziyyəti görmüş, müvafiq təşkilatlara müraciətdən sonra və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Belə ki, elektron məhkəməsi vasitəsi ilə İddiaçı eyni predmet və eyni tələb ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməsi və Bakı İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(112)-11771/2021 nömrəli qərardadı ilə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi müəyyən edilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilməmişdir. Göstərilən tələb üzrə Bakı İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(112)- 11771/2021 nömrəli işi hal-hazırda Sumqayıt İnzibati Məhkəməsinə daxil olmamışdır. İddiaçı eyni tələb ilə ayrıca ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda iddiaçının məhkəməyə yenidən eyni iddianı qaldırmaq hüququ yaranmamış olur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.Həmin Qərarın 8.4-cü bəndində qeyd edilmişdir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş klinik hospitalının hərəkət və hərəkətsizliyi, ona əlilliyin təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş klinik hospitalının və AR ƏƏSMN-nin DTSEVRX-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı “Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş klinik hospitalının hərəkət və hərəkətsizliyi, ona əlilliyin təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş klinik hospitalının və Azərbaycan Respublikası ƏƏSMN-nin DTSEVRX-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar