Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-238/2020 28.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı qızının nümayəndəsi X2, Cavabdeh DƏDRX 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8rşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində hüququn bərpa edilməsinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8rşı iddia qaldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində hüququn bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhərinin "Yaşma" bölgəsindəki, Yaşma bağlar massivində yerləşən "Çinar" bağçılq cəmiyyətinə aid olan 476 saylı bağın sahibidir. Həmin torpaq sahəsi bağçılığa aid olan normativ hüquqi sənədlərə malikdir. "Çinar" X10 3 saylı Protokolundan xx xxxxxx 1989-cu il tarixli "ÇİXARİŞ"-la bağ №-476 qardaşı X13 verilmişdir. Həmin "ÇİXARİŞ"-a Sumqayıt şəhərinin "Yaşma"bölgəsindəki "Çinar" Bağçılq Yoldaşlığına təhkim edilmiş torpaq sahəsinə aid 1:2000 miqyasında yerquruluşu xəritəsində 474 saylı bağ sahəsinin Özəlləşdirməyə təqdim olunan Litr-A №-474 saylı sahə sxematik planından çıxarış əlavə edilmişdir. 03.10. 2019-ci il tarixində ona məxsus torpaq sahəsini Faiq Abdullayev (tel; ***-***- **-**) adlı şəxs tərəfindən dələduzluq yolu ilə, qəflətən, heç bir xəbərdarlıq edilmədən zəbt edilmiş və tikinti işlərinə başlamışdır. Bildirmişdir ki,həmin torpaq sahəsini Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində (hakim,xanım Vəfa Əzizovanın sədirliyi ilə) X7 Abdullayev Faiqə verdiyi ETİBARNAMƏ-si əsasında Məhkəmədə nümayəndə qismində iddia qaldirılmış, mübahisələndirilmiş və onun iddiası təmin edilmişdir. Daha maraqlısı isə cavabdeh tərəf kimi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər 2 saylı Ərazi İdarəsi olmuşdur. X6 Şikayətinin verilməməsi daha da təəccüb doğurur. Bu fakt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər 2 saylı Ərazi İdarəsinin rəisi Cavid Kərimov tərəfindən təsdiq edilmişdir. Buna baxmayaraq, Faiq Abdullayev dələduzluq əməlini davam etdirərək, 2 saylı Polis Bölməsinə saxta sənədlər təqdim etməklə işini davam etdirmişdir. Belə ki, təqdim etdiyi sənədlərin kserokopiyalarından məlum olmuşdur ki, 476 saylı bağ sahəsi "Çinar" Bağçılq Yoldaşlığ Cəmiyyəti tərəfindən təqdim edilmiş saxta sənədlər əsasında X7 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər 2 saylı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli ÇİXARİŞ-la özəlləşdirilmişdir. "Çinar" Bağçılq Yoldaşlığ Cəmiyyətinin sədri X3 vəzifə səlahiyyətlərindən suiistifadə edərək,"Çinar" Bağçılq Yoldaşlığ Cəmiyyətinin keçmiş sədri X5 vəfatı faktından istifadə edərək, keçmiş tarixə sənədlər və xəritələr tərtib etməklə kobud saxtakarlıqlara yol vermişdir. Belə ki, dəfələrlə müraciət etməyinə baxmayaraq, ona məxsus bağ sahələrinin sənədlərinin mövcudluğunu bildiyi halda, sifariş əsasında şəxsi maddi maraqlarını təmin etmək məqsədi ilə saxta sənədlər tərtib etmişdir. Etibarnamənin kserokopyasından məlum olmuşdur ki, X14 tərəfindən "Çinar" bağçılq cəmiyyətinə aid olan 339 saylı bağla əlaqəli səlahiyyətlər A.Faiqə etibar edilmişdir. O da məlum olmuşdur ki, Abdullayev Faiqin 476 saylı bağçılığa aid heç bir etibarnamə verilməmişdir. Məlum olmuşdur ki, bir qrup səlahiyyətli vəzifəli şəxslər əlbir olaraq Faiq Abdullayevin qanunsuz hərəkətlərə meyillilik əməllərindən bəhrələnərək ələ keçirmək istədikləri bağ sahələrini onun adına sənədləşdirməklə həyata keçirirlər. Tərtib etdirdikləri bağçılığa aid saxta xəritələrlə bağ sahiblərini aldadırlar. Səlahiyyətli vəzifəli şəxslər qanunsuz yollarla istənilən bağ sahəsinə aid alt-sənədlər tərtib edərək bağ sahələrini ələ keçirirlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materialllarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iştirak etmişdir. İddiaçı tərəfə hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. X9 qeyd etmişdir ki, ona məxsus bağ sahələri vardır. Bağ sahələri onun adına, arvadının adına, qardaşının və digər qohumlarının adınadır. Həmin bağ sahələrinə hazırda müvafiq çıxarışlar alınmamışdır. Bağ sahələrindən bəzilərinə digər şəxslərin adına qanunsuz olaraq çıxarışlar verilmişdir. Həmin çıxarışların ləğv edilməsini və torpaq sahəsi üzərində hüququn bərpa edilməsini istəyir. X4 hüquqi yardım edilmiş və izah edilmişdir ki, bağ sahələri kimin adınadırsa mülkiyyətçidə həmin şəxs hesab olunur. İddianıda həmin şəxslər qaldıra bilər. Qohumluq dərəcələrindən asılı olaraq onun həmin şəxsləri məhkəmədə təmsil etmək hüququ vardır. Bağ sahəsinə aid olan sənədlər kimin adınadırsa, həmin şəxs torpaq sahəsinə aid digər şəxsin adına verilmiş mülkiyyət sənədini mübahisələndirə bilər. İddiaçı qızı X2 arvadı olduğuna görə həmin şəxsi məhkəmədə təmsil etmək hüququ vardır. Bağ sahibinin ilk növbədə hüquqlarını dövlət qeydiyyatını müvafiq qurumdan tələb etməsi daha məqsədəmüvafiqdir. Məhkəmədə X7 mülkiyyət sənədi mübahisələndirilsədə, həmin torpaq sahəsinin İddiaçı qızına məxsus olmasına aid sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsidə bildirmişdir ki, İddiaçı qızına məxsus bağ sahəsi X7 adına yox, digər şəxsin adına rəsmiləşdirilmişdir. Beləliklə İddiaçı qızınin X7 mülkiyyət sənədini mübahisələndirməsi üçün subyektiv hüququn olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı tərəfə izah edilsin ki, bağ sahəsinin sənədləri kimin adınadırsa həmin şəxs onun bağ sahəsinə verilmiş sənədləri mübahisələndirilə bilər. Lakin qeyri-müəyyən məhkəmə iddialarının olmaması üçün, ilkin bağ sənədləri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün müvafiq dövlət orqanına müraciət edilməsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-238/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-238/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver