Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-238/2022 11.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1 (Bakı şəhəri 10 saylı Vəkil Bürosunda vəkil işləyən, ünvan 1 ünvanında yaşayan), Üçüncü şəxslərin nümayəndəsi Vəkil2 (fərdi qaydada fəaliyyət göstərən vəkil, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 3, mənzil 38-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı Quba Bələdiyyəsinin alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 1200 kv m və ya 0,12 ha torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba Bələdiyyəsinin 30.09.2016-cı il tarixli 11/06 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba Bələdiyyəsinin alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 1200 kv m və ya 0,12 ha torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba Bələdiyyəsinin 30.09.2016-cı il tarixli 11/06 nömrəli qərarı hər iki 0,12 ha torpaq sahəsinə hissədə İddiaçı hüquqlarını pozduğu üçün qanunsuz hesab edilməklə ləğv edilməsi və Quba Bələdiyyəsinin 30.09.2016cı il tarixli 11/06 nömrəli qərarı əsasında verilmiş 17.07.2018-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba şəhəri ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair **********40 reyester nömrəli, ********** qeydiyyat nömrəli və Quba şəhəri ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair **********41 reyester nömrəli, ********** nömrəli çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 1200 kv m və ya 0,12 ha torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin toıpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba Bələdiyyəsinin 30.09.2016-cı il tarixli 11/06 nömrəli qərarının hər iki 0,12 ha torpaq sahəsinə aid hissədə X5 hüquqlarını pozduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 04.11.2021-ci il tarixli qərardadı ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, X17, X18, X20 və X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə etdi və izah etdi ki, İddiaçı 27.03.2006-cı il tarixli ərizəsi əsasında Quba bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba Bələdiyyəsinin 30.03.2006-cı il tarixli 10/02 saylı qərarı ilə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv m, kənd təsərrüfatı məqəsdi ilə 700 kv m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Quba Bələdiyyəsinin 30.03.2006-cı il tarixli iclasının 3 saylı protokolundan çıxarış və torpaq sahəsinin yerqurluşu planından çıxarış ona təqdim edilmişdir. İddiaçı torpaq sahəsinin dəyərini Quba Bələdiyyəsinin hesabına ödəmişdir. İddiçaının mülkiyyətinə verilmiş torpaq sahəsi 0,17 ha sahəsi olduğu halda, iddiaçının torpaq sahəsinə bitişik olan sahibsiz 0,07 ha torpaq sahəsini də öz ərazisinə qatıb çəpərləmiş və ümumilikdə 0,24 ha torpaq sahəsindən 15 il ərzində istifadə etmişdir. Həmin torpaq sahəsi 15 ildir ki mübahisəsiz olaraq iddiaçının sahibliyindədir və həmin torpaq sahəsinə mübahisəli olması və ya başqa şəxslərə məxsus olması barədə iddiaçıya heç bir müraciət daxil olmamışdır. 05.04.2021-ci il tarixdə Quba şəhərində olarkən torpaq sahəsinə gedib baxmiş və torpaq sahəsinin qanunsuz olaraq tanımadığı şəxslər tərəfindən zəbt edildiyini, torpaq sahəsinin ortasından daş çəpər çəkildiyini və həmin ərazidə intensiv şəkildə qanunsuz olaraq tikinti aparılmasının şahidi olmuşdur. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək torpaq sahəsinin qanunsuz olaraq tanımadığı şəxslər tərəfindən zəbt edildiyini və torpaq sahəsində qanunsuz olaraq tikinti aparılmasını bildirmişdir. Müraciəti əsasında Quba RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Gülmalıyev Məhəmməd tərəfindən araşdırma aparılmış və 15.04.2021-ci il tarixdə HK-1-1491 saylı material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı məxsus 0,24 ha torpaq sahəsi 17.09.2020-ci il tarixdə hərraca çıxarılaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında X16 X13 Ərazi Torpaq müsabiqə və hərrac komissyasında təşkil edilmiş hərracda X14, X9, X19 və X1. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi 17.09.2020-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi kimi hərracın qalibi kimi X10 3000 manata satılmış və SERİYA AM № 011848 saylı şəhadətnamə verilmişdir. Bundan başqa 17.09.2020-ci il tarixdə iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi Quba bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi kimi hərracın qalibi X19 3000 manata satılmış və SERİYA AM № 011849 saylı şəhadətnamə verilmişdir. Bundan başqa iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi 17.09.2020-ci il tarixdə hərraca çıxarılaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında X16 X13 Ərazi Torpaq müsabiqə və hərrac komissyası tərəfindən 17.09.2020-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi qismində 3000 manata X2 və SERİYA AM № 011850 saylı şəhadətnamə verilmişdir. Bundan başqa iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi 17.09.2020-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi kimi hərracın qalibi kimi X9 3000 manata satılmış və SERİYA AM № 011851 saylı şəhadətnamə verilmişdir. Quba Regional '‘Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiqlənmiş 24.09.2020-ci il tarixli, 4ə-2140 reyster nömrəli alqı-satqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən X9, 24.09.2020-ci il tarixli, 4ə-2141 reyster nömrəli alqısatqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən X14, 25.09.2020-ci il tarixli, 4ə- 2144 reyster nömrəli alqı-satqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən X19 və 25.09.2020-ci il tarixli. 4ə-2145 reyster nömrəli alqı-satqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən X1. Həmin alqı-satqı müqavilələri əsasında göstərilən şəxslrəə daşınmaz əmlakın dövlət reysterindən çıxarışlar və plan və ölçü sənədləri verilmişdir. Bundan sonra İddiaçı Bakı şəhəri Nərimanov rayon məhkəməsinə cavabdehlər X10 və qeyrilərinə qarşı şəhadətnamələrin ləğvi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reysterindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tiklilərin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, hal-hazırda həmin mülki iş hakim Vüqar Quliyevin icraatındadır. Həmin mülki işin araşdırılması zamanı Nərimanov rayon məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilmiş, sorğu məktubuna cavab olaraq mübahisəli torpaq sahəsinə dair verilmiş çıxarışların əldə edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Quba Bələdiyyəsinin 30.09.2016-cı il tarixli iclas protokolunun 11/06 nömrəli qərarından çıxarışdan məlum olmuşdur ki, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 1200 kv m və ya 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə qərar qəbul edilmiş, bundan başqa Quba Bələdiyyəsi tərəfindən iddiaçının hüquqları kobud surətdə pozularaq, saxta sənədlər əsasında iddiaçıya məxsus torpaq sahələrinin öz mülkiyyətinə keçirilməsi və həmin torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması üçün şıxarış alınması məqsədi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ə“azi İdarəsinə müraciət edilmişdir. Halbuki, Quba bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba Bələdiyyəsinin 30.03.2006-cı il tarixli, 10/02 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə keçməsinə əsas olmuş sənədlər saxta olmuş, bu səbəbdən həmin torpaq sahələrinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 0,12 ha torpaq sahəsinə dair **********40 reyester nömrəli və 0,12 ha torpaq sahəsinə dair **********41 reyester nömrəli çıxarışlar verilə bilməz və ayrı-ayrı vətəndaşlara satıla bilməz və hər hansı alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Bununla bağlı iddiaçının nümayəndəsi Vəkil1 iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxslərin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədi və izah etdi ki, mübahisəli torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada üçüncü şəxslər tərəfindən əldə edilmişdir. Belə ki, Quba bələdiyyəsi qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli torpaq sahələi üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra bütün rprosedur qaydalara riayət edərək torpaq sahələrini hərrac vasitəs ilə üçüncü şəxslərə satmışdır. Həmin vcaxtdan torpaq sahələri onların qanuni istifadəsində və sahibliyindədir. Bununla yanaşı iddiaçı X3 təqdim etdiyi qərar kserosurət olmaqla ona hazırki iddianı qadlırmaq üçün hər hansı əsas vermir. Cavabdeh Quba bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: -Quba rayonu Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 03 saylı iclas protokolunun 10/02 nömrəli qərarının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 27 mart 2006-cı il tarixli 58 saylı ərizəsi nəzərə alınaraq haqqı ödənilməklə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000, kənd təsərrüfatı məqsədi ilə 700 kv m torpaq sahəsinin ayrılması qərar alınmışdır. - Quba bələdiyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı ayrılmış 1700 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. - **********40 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Quba bələdiyyəsinin mülkiyyətində Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi barəsində tərtib edilmişdir. - ƏMDK-nin 13 saylı Xaçmaz Ərazi Şöbəsinin 05.07.2018-ci il tarxili rəyindən görünür ki, Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz etmir. -Quba rayon İHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin 15.05.2018-ci il tarixli rəyindən görünür ki, Quba bələdiyyəsinin mülkiyyətinə aid olan fəri yaşayış evinin tikintisi üçün satılması nəzərdə tutulmuş 1200 kv.m və ya 0.12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün tikinti işlərinin aparılması məqsədi ilə satılmasına etiraz etmir. - Quba bələdiyyəsinin 30.09.2016-cı il tarixli iclas protokolunun 11/06 nömrəli qərarından görünür ki, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 1200 kv m və ya 0.12 ha torpaq sahəsinin satılmasına etiraz etmir. - **********31 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.06 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 13.10.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd 4ə - 2145,25.09.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X7 mülkiyyətində olan Quba şəhərində yerləşən 0.06 ha torpaq sahəsi barəsində tərtib edilmişdir. - **********32 reystr nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.06 ha torpaq sahəsi X15 xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 13.10.2020-ci il tarixli AA №544977 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd 4ə-2144 saylı 25.09.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X15 mülkiyyətində olan Quba şəhərində yerləşən 0.06 ha torpaq sahəsi barəsində tərtib edilmişdir. -**********33 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.06 ha torpaq sahəsi X8 xüsusi mülkiyyətindədir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 13.10.2020-ci il tarixli AA № 544978 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd 4ə -2140,24.09.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X8 mülkiyyətində olan Quba şəhərində yerləşən 0.06 ha torpaq sahəsi barəsində tərtib edilmişdir. -**********34 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.06 ha torpaq sahəsi X11 xüsusi mülkiyyətindədir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 13.10.2020-ci il tarixli AA № 544979 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd 4ə-2141 reyestr saylı 24.09.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X11 mülkiyyətində olan Quba şəhərində yerləşən 0.06 ha torpaq sahəsi barəsində tərtib edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən verilmiş 23.11.2021-ci il tarixli 09/3-190 saylı cavab məktubundan görünür ki, Quba rayonu Quba bələdiyyəsinin 30.03.2006-cı il tarixli 10/02 saylı və 30.09.2016-cı il tarixli 11/06 saylı qərarları X4 aşkar olunmamışdır. -Məhkəmənin sorğusuna əsasən Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən verilmiş 23.11.2021-ci il tarixli 07/s-58 saylı cavab məktubundan görünür ki, Quba bələdiyyəsinin 30.09.2016-cı il tarixli 11 nömrəli iclas protokolunun qərarları surəti əlavə məhkəməyə göndərilmişdir. Quba bələdiyyəsinin 30.03.2006-cı il tarixli 10/02 saylı qərarı regional ədliyyə idarələri yaranmamışdan əvvəl qəbul edildiyindən Xaçmaz Regional Ədliyyə İdarəsində bu barədə məlumat yoxdur. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 25.11.2021-ci il tarixli **********11 saylı məktubdan görünür ki, Quba bələdiyyəsinin mülkiyyətində olmuş **********40 reyestr nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsi Quba Regional “ASAN xidmət” notariat kontoru 25.09.2020-ci il tarixli, 4Ə-2144, 4Ə-2145 reyestr nömrəli alqı-satqı müqavilələrinə və ЗМ-6' reyestr nömrəli bölgü sxeminə əsasən X7 (0.06 ha) və Hacıyev Sabir i oğlunun adına (0.06 ha), **********41 reyestr nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsi Quba Regional “ASAN xidmət” notariat kontorunun 24.09.2020-ci il tarixli, 4Ə-2141, 4Ə-21- reyestr nömrəli alqı-satqı müqavilələrinə və ЗМ-682 reyestr nömrəli bölgü sxeminə əsasən X12 (0.06 ha) və X8 (0.06 ha) adına özgəninkiləşdirildiyi bildirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Göstərilən Məcəllənin 56-cı maddəsinin 2-ci və 6-cı bəndlərinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Məcəllənin 59-cu maddəsinin 1-ci bəndində göstərilir ki, yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 7.3.2-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsası kimi yalnız Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 03 saylı protokolundan 10/02 saylı qərarının notariat qaydasında təsdiq edilmiş surətini təqdim etmişdir. İddiaçı həmin torpaq sahəsinin dəyərini ödədiyini bildirsə də, bunu təsdiq edən ödəniş qəbzini və qərarın əslini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıda olan sənəddən başqa onun istinad etdiyi həmin qərar bələdiyyənin arxiv sənədlərində, Quba rayon Dövlət Arxivi, Ədliyyə Nazirliyi X4 aşkar edilməmiş və ümumiyyətlə, həmin qərar barəsində hər hansı məlumat qeydə alınmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının qeyd olunan torpaq sahəsinin hüquqi cəhətdən yüklü olması və buna görə bələdiyyənin mülkiyyət hüququnun qeydə alına bilməməsi və sonradan başqa şəxslərə sata bilməməsi barədə dəlillərini əsassız hesab edir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu –təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaqdırılması və tiuinti layihələrinə uyğun olaraq boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Göstərilən Əsasnamənin tələblərindən göründüyü kimi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin ayrılması üçün əsas şərtlərdən biri torpaq sahəsinin başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməməsi, digəri isə torpaq sahəsini əldə etmək istəyən şəxsin müvafiq müraciəti etmiş olmasıdır. Məhkəmə araşdırması zamanı isə müəyyən edildi ki, mübahisəli torpaq sahələrinin üçüncü şəxslərə satılana kimi başqa hüquqi və ya fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş və hüquqi cəhətdən yüklü olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilən Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə İddiaçı mübahisəli qərar barədə Nərimanov rayon Məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı məlumat alması və bundan dərhal sonra hazırki iddianı qaldırdığını nəzərə alaraq hesab edir ki, iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı Quba Bələdiyyəsinin alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 1200 kv m torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba Bələdiyyəsinin 30.09.2016-cı il tarixli 11/06 nömrəli qərarının ləğv edilməsi barədə barədə iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-238/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-238/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver