Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-238/2023 15.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil Bürosunun vəkili) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonunun Çuxuryurd Bələdiyyəsinin 18 aprel 2006-cı il tarixli 07 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1023H, Kod 41017018 nömərli şəhadətnamə ilə ona verilmiş 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X9 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin 18 aprel 2006-cı il tarixli 07 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1023H, Kod 41017018 nömərli şəhadətnamə ilə ona verilmiş 12 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 18 aprel 2006-cı il tarixli 07 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əlavə olunmuş cizgidə göstərilən sərhəd daxilində 0,12 ha torpaq sahəsi iddiaçıya ayrılmış və bu barədə ona “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1023H Kod 41017018 nömrəli şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi onun sahibliyində və istİfadəsindədir. Həmin torpaq sahəsinə dair hüquqlarımın dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh ona 30 mart 2022-ci il tarixdə məktub göndərərk bildirmişdir ki, yuxarıda qeyd olunan şəhadətnamə ilə verilmiş torpaq sahəsi ilə digər şəxslərin adlarına işlənmiş torpaq sahəsinin planı və ölçü sənədləri kəsişir. Hal hazırda həmin ərazidə fiziki sərhədlər və mərz nişanı mövcud deyil. Halbuki, torpaq sahəsi ona yerildiyi gündən bu günə qədər həmin torpaq sahəsinə dair onun üçüncü bir şəxslə həmin torpaq sahəsinə dair heç bir mübahisəsi, problemi olmamış, heç bir şəxs tərəfindən onun torpaq sahəsinə dair hər hansı bir iddia olmamışdır. Bundan başqa hesab edir ki, onun adına qeyd olunan şəhadətnamədə qeyd olunan torpaq sahəsinin digər şəxslərin adlarına işlənmiş torpaq sahəsi ilə kəsişməsi halı ərizənin icrasından imtina edilməsi üçün səbəb ola bilməz və ona verilmiş torpağa mülkiyyət hüququna dair JN-0018, Kod 30308028 nömrəli Dövlət Aktının mötəbərliyini şübhə altına ala bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənfəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, araşdırma zamanı iddiaçının təqdim etdiyi JN-1023H, kod 41017018 nömrəli şəhadətnamənin xəritədə başqa şəxslərin adına işlənmiş torpaq sahəsinin plan və ölçü sənədləri ilə kəsişdiyi, torpaq sahəsinin mübahisəli olduğu müəyyən edilmişdir. İş materiallarında olan : -Torpağın mülkiyyətə verilməsinə dair JN-1023H, Kod 41017018 nömrəli Şəhadətnamədən görünür ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 18 aprel 2006-cı il tarixli 07 saylı qərarı ilə İddiaçı 0.12 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X9 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 07 aprel 2022 –ci il tarixli cavab məktubundan görünür ki, X2 adına verilmiş AN 514552, X5 adına verilmiş AN 514552 nömrəli plan və ölçü sənədlərinin təsdiq olunmuş surətini məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Şamaxı rayon Məlhəm bələdiyyəsi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, Çuxuryurd bələdiyyəsi 2015 - ci ildən Məlhəm bələdiyyəsinə birləşərək yeni Məlhəm bələdiyyəsi yaradılmışdır. Ləğv edilmiş Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi tərəfindən Məlhəm bələdiyyəsinə təhvil verilmiş iclas sorğuda qeyd edilən 18 aprel 2006-cı il tarixli 7 saylı iclas potokolu aşkar edilməmişdir. Lakin 18 aprel 2006-c il tarixli 06 saylı və eləcə də 30 aprel 2006-cı il tarixli 07 saylı iclas protokollarında vətəndaşlar X8 və X3 torpaq sahələrinin satılması və eləcə də ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Həmçinin bildirilir ki, bələdiyyənin mövcud olan “Yerlİ (bələdiyyə) Vergİ və X1 Sistemində vətəndaşlar X8 və X7 torpaq vergisi ödəyİcisi kimi qeydiyyatda yoxdurlar. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən iş üzrə tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, iş materiallarında Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı Oktay qızının adına JN-1023H kod 41017018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin elektron baza məlumatlarında yerləşmə mövqeyi ilə naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi arasında uyğunsuzluq vardır. İddiaçı Oktay qızının nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinə elektron baza məlumatlarında X2 adına A№514552 nömrəli plan ölçü sənədi ilə 0.12 ha, X6 adına A№514551 nömrəli plan ölçü sənədi ilə 0.12 ha torpaq sahəsi qeydə alınmışdır.İddiaçı Oktay qızının nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi 2250 kv metrdir ki, bunun da 837 kv m hissəsi X2 A№514552 nömrəli plan ölçü sənədinə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 724 kv m hissəsi isə X6 A№514551 nömrəli plan və ölçü sənədinə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci, 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 9.1.2-ci və 9.1.3-cü maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır; -15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı bələdiyyə qərarı əsasında əldə etdiyi 0.12 ha torpaq sahəsinə mülkiyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etdikdə məlum olmuşdur ki, onun əldə etdiyi torpaq sahəsinin koordinatları başqa şəxslərə verilmiş Torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlarla üst-üstə düşür. Bundan başqa mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının naturada göstədiyi yerlə sənədlə olan yer arasında uyğunsuzluq mövcuddur. Bununla bağlı məhkəmə hesab edir ki, hazırda texniki cəhətdən yüklü olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün olmadığından iddiaçı X8 və X3 torpaq sahələrinin ayrılmasına dair bələdiyyə qərarlarını və ya onlara verilmiş Torpaq sahəsinin plan və ölçü sənədlərini mübahisələndirməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh propekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-238/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-238/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver