Məhkəmə qərarları › İş №2-1(118)-2388/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2388/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2388/2021 08.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X11 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X14, X13, X8, X3, Abbasquliyeva ilhamə Əvəz qızı, X2, X4, X5 Sumqayıt şəhəri, 11-ci mikrorayon, 21 saylı evin 56-cı mənzilinə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “X14, X13, X8, X3, Abbasquliyeva ilhamə Əvəz qızı, X2, X4, X5 Sumqayıt şəhəri, 11-ci mikrorayon, 21 saylı evin 56-cı mənzilinə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 21 saylı evin 56-cı mənzili 20 aprel 2012-cü il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili AN - i № 141200 4480 saylı 17 aprel 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 4300 (qırx üç min manat) manata X1 almışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu gündən 2 (iki) ay müddətində qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Cavabdehlər X14, X13, X8, X3, Abbasquliyeva ilhamə Əvəz qızı, X2, X4, X7 bu günə qədər iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmırlar. Cavabdehlər müqavilə bağlandığı gündən özlərinə məxsus əşyaları götürərək mənzildən çıxmışlar. Onların harada yaşaması barədə iddiaçının məlumatı yoxdur və onun mənzilində qeydiyyatda qalmaqları bir sıra problemlər yaradır. Onların iddiaçının mənzilində qeydiyyatda qalmaqları mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı iddia ilə iddiaçı mənzilinə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsini istəyir. Bu cür iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görədə məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, bu cür iddialara yalnız mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Lakin iddiaçının inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə öhdəlik qoyulmasını tələb etmək hüququ istisna edilmir. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə ümumi məhkəməyə müraciət edə bilər. Eyni zamanda üçüncü şəxslərin istifadə hüququnun olmadığı, həmin mənzildə yaşamadıqları və inzibati orqanın müvafiq imtinası olduğu halda, həmin şəxslərin qeydiyyatdan çıxarılmasını inzibati orqanın üzərinə öhdəlik kimi qoyulmasını inzibati məhkəmə icraatı qaydasında tələb etmək hüququ istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar