Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-239/2021 24.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qa qarşı “Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı Sərəncamının ləğv edilməsi tələbinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qa qarşı “Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı Sərəncamının ləğv edilməsi tələbinə” iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 69 saylı sərəncam və sərəncam əsasında bağlanmış icarə müqaviləsi ilə iddiaçının icarəsinə "Sirə" adlı qış otlaq sahələrindən 100 ha torpaq sahəsi icarəyə verilmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə "icarə müqaviləsi qüvvədən düşmüş" hesab edilmişdir. Sorğuya cavab olaraq sərəncamın surəti iddaçıya verilməmiş, Ş-03-1590 saylı, xx xxxxxx 2016-cı il tarixli məktubla torpaqların otlaq sahəsi kimi istifadəsinə imkan verən qanuni əsasların ləğv olunması səbəbindən icarə müqaviləsinin qüvvədən düşdüyü bildirilmiş, əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə 14890,42 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edildiyi göstərilmişdir. X9 Məhkəməsinin 2-1(85)-1934/2017 saylı iş üzrə xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə iddiaçının, X7, X3, X4, X5, X1, X11, X2, X8 və X6 Şamaxı rayon İcra Hakimiyyətinə qarşı "Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarların ləğv edilməsi tələbinə dair" iddiaları rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-47/2018 saylı iş üzrə xx xxxxxx 2018ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, "Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aramızda bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarların ləğv edilməsi tələbinə dair" iddiaları mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Barəsində şikayət verilən məhkəmə aktı onunla əsaslandırılmışdır ki, iddiaçılar "Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarların ləğv edilməsi" tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsində müxtəlif, biri-birinə aid olmayan torpaq sahələri ilə tələblər irəli sürmüşlər. Cavabdehlə aralarında bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarlar veriləndən dərhal sonra iddianın obyekti olan torpaq sahələri hər hansı bir ödənc verilmədən məhkəmə baxışı zamanı üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MMC-nin istifadəsinə verilmiş, iş üzrə iddiaçı olan icarəçilərin istifadəsindən götürülmüşdür. Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı sərəncamı qanunsuzdur. Belə ki, sərəncam əsasında bağlanmış icarə müqaviləsi icarədar tərəfindən birtərəfli qaydada ləğv edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsi müqavilə münasibətlərində tərəflərin hüquq bərabərliyini tanıyır və tərəflərin müqaviləni birtərəfli qayda pozmaq hüququnu tanımır. Bundan başqa Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 69 saylı sərəncamı və onun əsasında bağlanmış icarə müqaviləsi torpağın təyinatının dəyişdirilməsinə görə müqavilənin ləğvini nəzərdə tutmamışdır. Bundan başqa cavabdeh torpağın təyinatının dəyişdirilməsi barədə onu xəbərdar etməmiş, icarə müqaviləsinin predmetinin yeni təyinatına uyğun olaraq torpaq icarə müqaviləsinin bağlanmasını ona təklif etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə iddiaçı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevrai tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionların 2014-2018-cı illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq torpaq sahələrindən daha səmərəli istifadə oıunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibatı ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirələrək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2016-cı ıl tarixli 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 42 nömrəli qərarına uyğun olaraq həyata keçirilmişdir. Hazırda həmin sahə “xxxx” MMC-nin icarəsindədir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmənin ötən iclaslarında iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs “xxxx” MMC məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəndələrinin iştrakını təmin etməmişdirlər.Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları məhkəməyə təqdim edilmişdir. Onlar iddia tələbinin predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyəti baxımından əsaslı deyil. Məhkəməmə araşdırması zamanı müəyyən olundu ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 69 saylı sərəncam və sərəncam əsasında bağlanmış icarə müqaviləsi ilə iddiaçının icarəsinə "Sirə" adlı qış otlaq sahələrindən 100 ha torpaq sahəsi icarəyə verilmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 138 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci İllərdə sosial-iqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər heyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890,42 hektar qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş, buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv edilmişdir. Nəticədə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının mübahisələndirilən xx.xx.2016cı il tarixli, 138 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2016-cı il tarixli 516s saylı və xx xxxx 2000-ci il tarixli 42 saylı Sərəncamları əsas götürərək Şamaxı rayon Padar massivində yerləşən qış otlaq sahələrindən ümumilikdə 14890,42 hektar olmaqla 1 nömrəlidən 348,0 hektar, 2 nömrəlidən 695,0 hektar, 3 nömrəliden 254,0 hektar, 4 nömrəliden 1421,42 hektar, 5 nömrəlidən 787,0 hektar, 9 nömrəlidən 1625,0 hektar, 10 nömrəlidən 1873,0 hektar, 12 nömrəlidən 1120,0 hektar, 13 nömrəlidən 897.0 hektar, 16 nömrəlidən 223,0 hektar, 18 nömrəlidən 185,0 hektar, 19 nömrəlidən 1799,0 hektar, 20 nömrəlidən 799,0 hektar, 21 nömrəlidən 531,0 hektar, 22 nömrəlidən 1078,0 hektar və 23 nömrəlidən 1255,0 hektar torpaq sahəsinə aid icarə müqavilələri və həmin müqavilələrə aid rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə olan bütün icarə müqavilələrinə xitam verilmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli, **********42 reyestr nömrəli çıxarışdan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hal-hazırda üçüncü şəxs “xxxx” MMC-nin icarəsindədir. İddiaçı hazırda Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı Sərəncamından narazı olmaqla Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı Sərəncamının ona aid olan hissədə ləğv edilməsininməhkəmədən xahiş edir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarının 1.2-ci bəndinə əsasən torpaqların katerqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Qaydaların 1.12-ci bəndində əsasən kənd təsərrüfatı yerlərinin (uqodiyaların) daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi ilə yaranan dövriyyəyə (əkin 1 dövriyyəsi, çoxillik əkmələr və s.) qanunla ayrı qayda və hüquqi rejim müəyyənləşdirilmədiyi halda, torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, müvafiq yerli icra hakimiyyəti orqanının və mənafeyinə toxunulan bələdiyyələrin və digər təşkilatların rəylərinə əsasən, habelə mənafeyinə toxunulduqda qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Həmin Qaydaların 1.13-cü bəndində əsasən qış otlaqlarından əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün görüləcək işlərin iqtisadi əsaslandırılması, habelə həmin torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi bu Qaydaların 1.12-ci bəndi ilə müəyyən edilən qaydada təmin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibatı icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısı xx xxxxxx 2016-cı il tarixli 138 saylı sərəncamı qəbul edərkən inzibati icraat haqqında hüquq normalarının tələbləri pozulmamışdır. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3 və 73.3.1 maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin məcəllənin 74-cü maddəsi diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü tənzimləyərək müəyyən edirki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırki işdə də cavabdeh inzibati orqan ona verilmiş diskresion səlahiyyətlərə uyğun olaraq qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qa qarşı “Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı Sərəncamının ləğv edilməsi tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-239/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-239/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver