Məhkəmə qərarları › İş №2-1(118)-2391/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2391/2025

26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2391/2025 26.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 1976-1977-ci illərdə Dəvəçi sovxozlararası tikinti sahəsində, 1977-1979-cu illərdə hərbi xidmətdə, 1980- 1986-cı illərdə Dəvəçi Üzümçülük sovxozunda seçki yolu ilə azad komsomol komitə katibi vəzifəsində, 1986-1989-cu illərdə Dəvəçi Rayon Aqrar Sənaye Birliyində, 1989-1995-ci illərdə Dəvəçi rayon 2 №li üzüm emalı zavodunda, 1995-1999-cu illərdə Dəvəçi rayonu Gəndab üzüm istehsalı, emalı və istehlakı kooperativində və 1999-2004-cü illərdə Dəvəçi rayonu 15 №li İxtisaslaşdırılmış təmir tikinti sahəsində işlədiyi illərinin onun sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 1976- 1977-ci illərdə Dəvəçi sovxozlararası tikinti sahəsində, 1977-1979-cu illərdə hərbi xidmətdə, 1980-1986-cı illərdə Dəvəçi Üzümçülük sovxozunda seçki yolu ilə azad komsomol komitə katibi vəzifəsində, 1986- 1989-cu illərdə Dəvəçi Rayon Aqrar Sənaye Birliyində, 1989-1995-ci illərdə Dəvəçi rayon 2 №li üzüm emalı zavodunda, 1995-1999-cu illərdə Dəvəçi rayonu Gəndab üzüm istehsalı, emalı və istehlakı kooperativində və 1999- 2004-cü illərdə Dəvəçi rayonu 15 №li İxtisaslaşdırılmış təmir tikinti sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, 1976-1977-ci illərdə Dəvəçi sovxozlararası tikinti sahəsində, 1977-1979-cu illərdə hərbi xidmətdə, 1980-1986-cı illərdə Dəvəçi Üzümçülük sovxozunda azad komsomol komitə katibi vəzifəsində, 1986-1989-cu illərdə Dəvəçi Rayon Aqrar Sənaye Birliyində, 1989-1995-ci illərdə Dəvəçi rayon 2 №li üzüm emalı zavodunda, 1995- 1999-cu illərdə Dəvəçi rayonu Gəndab üzüm istehsalı, emalı və istehlakı kooperativində və 1999-2004-cü illərdə Dəvəçi rayonu 15 №li İxtisaslaşdırılmış təmir tikinti sahəsində işlədiyim illərin sosial sığorta stajı kimi hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixində qeydiyyatdan keçmiş məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktub göndərilmişdir. Məktubda göstərilən imtinaya səbəb kimi qeyd olunan hallar tamamilə əsassız və formal mülahizədir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə hüquqi marağı yaşa görə pensiya hüququnu reallaşdırmağa yönəlmişdir. Belə ki, iddiaçının işlədiyi illər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə mən, qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olacağam ki, bu da pensiya təyin edilməsi üçün kifayət edir. Sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən, pensiya kapitalının fərdi hesabın yığım hissəsi xx.xx.2006-cı il tarixdən tətbiq edilməyə başlanıldığından və onun 1976-1977-ci illərdə Dəvəçi sovxozlararası tikinti sahəsində, 1977-1979-cu illərdə hərbi xidmətdə, 1980-1986-cı illərdə Dəvəçi Üzümçülük sovxozunda azad komsomol komitə katibi vəzifəsində, 1986-1989-cu illərdə Dəvəçi Rayon Aqrar Sənaye Birliyində, 1989-1995-ci illərdə Dəvəçi rayon 2 №li üzüm emalı zavodunda, 1995-1999-cu illərdə Dəvəçi rayonu Gəndab üzüm istehsalı, emalı və istehlakı kooperativində və 1999-2004-cü illərdə Dəvəçi rayonu 15 №li İxtisaslaşdırılmış təmir tikinti sahəsində işləməyi əmək kitabçası ilə öz təsdiqini tapdığından həmin illər sosial sığorta stajıma daxil edilməlidir.Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Mərkəzi Filiala əriza ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya sığorta stajı qanunvericiliklə tələb edilən 25 ildən az olduğundan, həmçinin 01.01,2006-cı il tarixdən 01,07.2018-ci il tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-0-184444/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/2-0-233762/2024 nömrəli imtina məktubları).Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur.....İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun cəmi sığorta stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 15 il 3 ay 2 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeybə ahnmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 11 ii 10 ay 24 gün sığorta stajına uyğun olaraq 11991 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cii ii tarixədək 3299,51 manat olmaqla, ümumilikdə 15290,51 manat (2024-cü il tarixə indeksləşdiriltniş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır ve əməl; pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir.Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 01.01,2006-cı il tarixdən 01,07.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaiarb’na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1977- ci il tarixədək (səlahiyyətli şəxsin imzası və işdən azad olma qeydində əmrin tarixi olmadığından), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1989-cu tarixdən xx.xx.1995-ci il tarixədək (səlahiyyətli şəxsin imzası olmadığından), xx.xx.1995-ci tarixdən xx.xx.1998-ci il tarixədək (səlahiyyətli şəxsin imzası və işə daxil olma əmri olmadığın) və xx.xx.1999-cu iı tarixdən xx.xx.2004-cü il tarixədək (işdən azadolma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmayıb. Əlavə olaraq iddiaçıya sözügedən dövrlər üzrə əməkhaqqı almağını təsdiq edən sənədləri (əməkhaqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxıl edilməsinə baxıla bilməsi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilimir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqdə və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, "xxxx" MMC-ilə qüvvədə olan əmək müqaviləniz olduğu üçün sizə yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün hesab olunmur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-0-184444/2024 nömrəli məktubun surəti, cavabdehin etiraz ərizəsi, iddiaçıya aid Əmək kitabçasının surəti, H3 ******* nömrəli hərbi biletin surəti, iddiaçının pensiya işinin surəti, Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun sosial sığorta stajının tamam olması və pensiya yaşına çatdığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavabdehin xx.xx.2024-cü il tarixli 3-17- 1/2-0-184444/2024 nömrəli məktubu ilə müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Şabran şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması şəxsə yaşa görə əmək pensiyası hüququ vermiş olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı aid əmək kitabçasında 1986-1989-cu illərdə Dəvəçi Rayon Aqrar Sənaye Birliyində, 1989-1995-ci illərdə Dəvəçi rayon 2 №li üzüm emalı zavodunda, 1995-1999-cu illərdə Dəvəçi rayonu Gəndab üzüm istehsalı, emalı və istehlakı kooperativində və 1999-2004-cü illərdə Dəvəçi rayonu 15 №li İxtisaslaşdırılmış təmir tikinti sahəsində işləməsi ilə bağlı qeydlər vardır.Məhkəmə tərəfindən Dövlət arxivinə sorğular göndərilmiş sözügedən müəssisələrin mövcudluğu və iddaçının həmin müəssisədə işləməsi ilə bağlı məlumatlar aşkar etməmişdir.Həmçinin, iddiaçıya məxsus əmək kitabçasında qeyd edilmiş xx.xx.1989-cu tarixdən xx.xx.1995-ci il tarixədək səlahiyyətli şəxsin imzası olmadığı, xx.xx.1995-ci tarixdən xx.xx.1998-ci il tarixədək səlahiyyətli şəxsin imzası və işə daxil olma əmri olmadığı və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək işdən azadolma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi də məqsədəmüvafiq olmamışdır. Göründüyü kimi, iddiaçının müvafiq müəssisələrdə işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisələrdə işlədiyi illəri iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 1976-1977-ci illərdə Dəvəçi sovxozlararası tikinti sahəsində, 1977-1979-cu illərdə hərbi xidmətdə, 1980- 1986-cı illərdə Dəvəçi Üzümçülük sovxozunda seçki yolu ilə azad komsomol komitə katibi vəzifəsində, 1986-1989-cu illərdə Dəvəçi Rayon Aqrar Sənaye Birliyində, 1989-1995-ci illərdə Dəvəçi rayon 2 №li üzüm emalı zavodunda, 1995-1999-cu illərdə Dəvəçi rayonu Gəndab üzüm istehsalı, emalı və istehlakı kooperativində və 1999-2004-cü illərdə Dəvəçi rayonu 15 №li İxtisaslaşdırılmış təmir tikinti sahəsində işlədiyi illərinin onun sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar