Məhkəmə qərarları › İş №2-1(118)-240/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-240/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-240/2020 28.01.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, X1 katibliyi ilə İddiaçı Əlİddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Şabran şəhəri, Q.Qasımov keçəsində yerləşən 13 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1968-ci ildən ailə üzvləri ilə birlikdə Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən, yaşayış sahəsi 26.0 kv.m. olan 2 otaqdan ibarət 13 saylı mənzildə yaşayır. Həmin mənzil ona 1968-ci ildə 22 saylı Tikinti İdarəsi tərəfindən verilmişdir. Qeyd olunan mənzilə dair onda heç bir sənəd yoxdur. 50 ildən çoxdur ki, həmin mənzilə faktiki mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız sahiblik edir. O mülkiyyətçi kimi qeydə alınmaq, həmin mənzilə dair mülkiyyyət sənədi almaq istəyir. Lakin mənzilə dair onda heç bir sənəd olmadığından bunu edə bilmir. Ona görə də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək xahiş etmişdir ki, onu mülkiyyətçi kimi qeydə alaraq Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən 13 saylı mənzilə dair ona mülkiyyət sənədi versin. Ərizəyə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X6 tərəfindən Verilən xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.05 ha torpaq sahəsinin sənələşdirmə işlərinin aparılması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi üçün fərdi yaşayış evinə aid olan hüquqmüəyyənedici sənədlər toplusu, eyni zamanda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olnacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Ona görədə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət əmlakında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edilir. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə araşdırması DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********66 nömrəli məktubla iddia tələbin etiraz etmiş və etirazını iddiaçının müraciətindən imtina dəlilləri ilə əsaslandırmışdır. Belə ki, İddiaçı Şabran şəhəri, Q. Qasımov küçəsi, 13 saylı evə və onun yerləşdiyi 0.05 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət etmişdir. iddiaçının müraciətinə 15 07.2019–cu il tarixli **********05 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən fərdi yaşayış evi və həmin evın yerləşdiyi 0.05 ha torpaq sahəsinin sənədləşdirmə işlərinin aparılması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi üçün fərdi yaşayış evinə aid olan hüquqmüəyyənedici sənədlər toplusu, eyni zamanda fərdi yaşayş evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyesıri haqqında“ Azərbaycan Respublikası Qanununun 8–ci maddəsi ilə muəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq məhkəmədən xahiş edir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2rşı verilmiş iddia ərizəsi təmin edilməsin. Məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Şabran rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 91 və 92 nömrəli ailə tərkibi haqqında arayışlar, Şabran rayon dövlət arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışı. Şabran rayon İcra Hakimiyyəti aparatı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 542 nömrəli məktubu, Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********05 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********66 nömrəli etirazı, Şabran rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-704/2014 saylı Qətnaməsinin surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-459/2019 saylı Qərardadın surəti. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır.İşin araşdırılan hallarına baxdıqda iddiaçı tərəfindən hüquqmüəyyənedici heç bir lazimi sənəd təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon Mənzil İstismar sahəsinin xx.xx.2019-cu il tarixli 92 saylı arayışından görünür ki,Şabran şəhəri,Q.Qasımov küçəsi 13 saylı mənzildə İddiaçı daimi yaşamaq hüququnu təstiq edən orderi yoxdur. İş materiallarına əlavə edilmiş Şabran rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 63 saylı arxiv arayışından görünür ki,İddiaçı Y.Qaqarin qəsəbəsində xidməti evin verilməsi barədə qərar mövcud deyil. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-459/2019 saylı Qərardadın surətindən görünür ki, Şabran rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-704/2014 saylı Qətnaməsi ləğv edilmiş və İddiaçı tövsiyyə olunmuşdur ki, ilkin olaraq o,Şabran rayon İcra Hakimiyyətinə yaşayış sahəsinə orderin verilməsi üçün, daha sonra “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”qanunda nəzərdə tutulan sənədlər təqdim edilməklə daşınmaz əmlakın dövlət reyester xidmətinə müraciət etməli,həmin qurumun hər hansıı qərarından və ya hərəkətindən narazı qaldığı tədqirdə isə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin hüquqi statusunu müəyyən edən sənəd mövcud deyil. Bu səbəbdən də, cavabdehin imtina dəlilini əsaslı hesab edən məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Göründüyü kimi, İddiaçı mübahisə edilən mənzilə dair hər hansı bir hüququnu müəyyən edən sənədi məhkəməyə tədqim etməmişdir. Eyni zamanda oda nəzərə alınmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadında məsələnin həlli yolu istiqamətində İddiaçı ona verilən tövsiyyədən yararlanmamışdır. Bu isə onu deməyə əsas verir ki,mənzilə dair Şabran rayon İcra hakimiyyəti tərəfindən order verilmədən DƏDRX-nin 5 saylı X4 müraciət edilməsi əsassızdır. Hesab olunur ki, yuxarıda qeyd olunan halları riayət olunduqdan sonra mənzilin özəlləşdirilməsiilə bağlı DƏDRX-nin 5 saylı ərazi idarəsinə müraciət olunmalı və qeyd olunan mənzil dövlət qeydiyyatından keçməlidir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuna uyğun olduğundan iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Şabran şəhəri, Q.Qasımov keçəsində yerləşən 13 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar