Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-240/2021 15.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi ilə, İddiaçı (Xaçmaz rayon İHB Ləcət kənd İƏD üzrə nümayəndəsinin müavini işləyən, Xaçmaz rayonu Yalama kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (Cavabdeh Hüquq şöbəsinin müdiri vəzifəsində işləyən, Xaçmaz şəhəri, Əbilov küçəsi, ev 3-də yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçının xx.xx.2020-ci il tarixdən Xaçmaz RİHB-nın Yalama İƏD nümayəndəsi vəzifəsindən Ləcət kənd İƏD üzrə nümayəndə müavini vəzifəsinə keçirilməsi barədə Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 45 saylı əmrinin ləğv edilməsi və Xaçmaz rayon Yalama İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.2020-ci il tarixdən Xaçmaz rayon Yalama kənd İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsindən Ləcət kənd İnizbati Ərazi Dairəsi üzrə nümayəndəsi müavini vəzifəsinə keçirilməsi barədə Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 45 saylı əmrinin ləğv edilməsi və Xaçmaz rayon Yalama İnzibati Ərazi Dairəsi nümayəndəsi vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, 1988-ci ildən Xaçmaz rayon Yalama kənd XDS İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən 1998-ci ilədək Cavabdeh Başçısının Yalama İnzibati Ərazi Vagidliyində nümayəndəsi vəzifəsində işləmişdir. xx.xx.2013-cü il tarixdə yenidən həmin vəzifəyə təyin edilmiş və xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə heç vaxt intizam tənbehlərinə məruz qalmamışdır. 2020-ci ildə Covid-19 virusunun yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin qaydalarına riayət olunması ilə bağlı aparılmış tədbirlər çərçivəsində o, daimi sakinlər arasında maarifləndirmə xəbərdarlıq işləri aparmış, bununla bağlı rayon icra hakimiyyətinə gündəlik məlumatlar vermişdir. O, tək qadındır, 2-ci qrup əlillilk dərəcəsi olan bacısı ilə yaşayıb ona qulluq edir. xx.xx.2020-ci il tarixdə həftənin bazar günü, onunla qonşuluqda yaşayan Elmira Ağayeva və Nahidə Babayeva məlumat vermişlər ki, kənd qəbristanlığı yaxınlığında 10-15 nəfər toplaşmışlar. Ona məlum olduğuna görə həmin şəxslər vəhabi təriqətinə mənsub olan şəxslər olmuşlar və dini toplantı keçirmişlər. İddiaçı tək qadındır, qeyri-iş günündə başqa heç bir tədbir görə bilmədiyindən dərhal Cavabdeh Başçısının l müavininə, köməkçisinə, şöbə və sahə müdirlərinə, sahə inspektoruna və DTXnın yerli bölməsinə məlumat vermişdir. Lakin 1 gündən sonra başçının l müavini onu çağırıb kənddə toy edən şəxslər barəəd məlumat verməməsi və karantin qaydalarının pozulması ilə bağlı ona iradını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Xaçmaz rayon Polis şöbəsi X13 ilə birgə Yalamada əməliyyat keçirmiş və nəticədə karantin qaydalarını pozaraq „toy məclisinə toplanmışlar” adı ilə 12-13 nəfər şəxs saxlanmaqla cərimə edilmişdir. Halbuki, həmin yığıncaq vəhabi təriqətinə qulluq edən şəxslərin dini yığıncağı olmuş, toy mərasimi olmamışdır. Əməliyyat yerində hər hansı toy atributları, bər-bəzək, musiqi, əyləncə, rəqs, bəy-gəlin, video-fotograf və s.aşkar edilmənişdir. İddiaçı ona məlum olanları izah etməyə çalışsa da, ondan könüllü olaraq işdən çıxması barədə ərizə verməsi tələb edilmişdir. O, imtina etmişdir, buna baxmayaraq xx.xx.2020-ci il tarixdə axşam saatlarında isə ona işdən azad olunduğu bildirilmişdir. Əmr ona təqdim edildikdən 1 ay müddətində müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. İzahatının sonunda iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Xaçmaz rayonunda xx xxxx 2020-ci il tarixdən sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsinə baxmayaraq xx xxxx 2020-ci il tarixdə Yalama kəndində karantin rejiminin tələbləri pozularaq toy mərasimi keçirilmişdir. Toy mərasiminin iştirakçıları Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilmişlər. Yalama kənd İƏD üzrə nümayəndə İddiaçı ona tapşırılmış vəzifələri lazımi şəkildə yerinə yetirilməmiş, keçirilən toy mərasimi barədə Cavabdehnə vaxtında məlumat verməmiş, tədbirinin qarşısının alınması üçün kazımi tədbirlər görməmişdir. Bununla bağlı, o, tutduğu vəzifədən azad olunaraq Ləcət kənd İƏD-i üzrə nümayəndə müavini vəzifəsinə keçirilmişdir. Cavabdehin nümayəndəsi mübahisələndirilən əmri tamamilə əsaslı hesab edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Xaçmaz Rayon İcra Hakimiyəti başçısının xx.xx.2020-ci il tarixli 45 saylı əmrindən çıxarışından görünür ki, Xaçmaz RİHB-nın Yalama İƏD üzrə nümayəndəsi İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən Ləcət kənd İƏD-i üzrə nümayəndə müavini vəzifəsinə keçirilmişdir. - Xaçmaz RİHB-nın 1-ci müavini İlhamə Nəzərova tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Xaçmaz RİHB-nın Yalama İƏD-i üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi müddət ərzində fəaliyyəti kafi qiymətləndirilmişdir. AR Nazirlər Kabinetinin Qərarına əsasən Xaçmaz rayonunda sərtləşdərilmiş karantin rejimi dövründə yol verdiyi nöqsana görə intizam məsuliyyətinə cəlb olunaraq xx.xx.2020-ci il tarixdən Ləcət kənd İƏD-i üzrə nümayəndə müavini vəzifəsinə keçirilmişdir. - ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Yalama kənd XDS İcraiyyə Komitəsinin sədri seçilmişdir, xx.xx.1991-ci il tarixdə Xaçmaz rayon İHB-nın Yalama inzibati ərazi vahidliyində nümayəndəsi təyin edilmiş, xx.xx.1998-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2013-cü il tarixdə rayon İHB-nın Yalama İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. - AR DİN Xaçmaz rayon Polis Şöbəsi X13 tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli 162-309-1220 saylı cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2020ci il tarixdə yaşadığı evin həyətində X3 özünə toy etməsi ilə bağlı sahə rəisi polis kapitanı X5 heç bir məlumat verilməmişdir. Özünə toy etmiş X6 Xaçmaz rayon məhkəməsinin hökmü ilə karantin qaydalarını pozduğuna görə 10 gün həbs edilmişdir. -Xaçmaz RPŞ X10 sahə rəisi X2 xx.xx.2020-ci il tarixdə verdiyi izahatdan görünür ki,xx.xx.2020-ci il tarixdə X12 məlumat daxil olmuşdur ki, Yalama kənd sakini vəhabi təriqətinə meyilli olan X6 yaşadığı evin həyətində çadır quraraq xüsusi rejimli karantin qaydalarını pozmqla həyətində qonaqlar dəvət edib özünə toy məclisi keçirir. Dərhal əməliyyat qrupu çəkilişlə birlikdə hadisə yerinə qeyd olunan ünvana getmiş və həqiqətən də verilmiş məlumat öz təsdiqini tapmışdır. Rüstəmov Şaveled 10 sutka inzibati həbs cəzası almış, toyda iştirak edən şəxslər isə cərimə olunmuşlar. Əməliyyat tədbiri keçirilib qurtardıqdan sonra İƏD üzrə nümayəndə İddiaçı onun mobil telefonuna zəng edərək nə baş verdiyini soruşmuşdur. Həmin toy barədə İddiaçı ona əvvəlcədən heç bir məlumat verməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1, 5.1.1-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifələrinə aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq COVİD-19 infeksiyasnını geniş yayılmasınını qarşısının alınması, xüsusi karantin rajiminin tələblərinə əməl edilməsi məqsədilə Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 42 saylı sərəncamı ilə operativ qərargah yaradılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən irəli gələn tapşırıqların rayonun ərazisində həyata keçirilməsi il əlaqədar RİHB-nən inzibati ərazi dairəsi üzrə nümyəndələrinə rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların züsusi karantin rejimi qaydalarına əməl etmələri ilə əlaqədar maarifləndirmə - xəbərdarlıq işlrinin aparılması və vətəndaşlar tərəfindən həmin qaydalara riayət etmələrinə nəzarət edilməsi barədə ciddi tapşırıqlar verilmişdir. Lakin buna baxmayaraq iddiaçının RİHB-nın İƏD üzrə nümayəndəsi kimi maarifləndirmə xəbərdarlıq işlərinin düzgün aparması, o cümlədən inzibati ərazi dairəsi ərazisində keçirilən toy (toplantı) barədə polis orqanlarına vaxtında məlumat verməsi öz təsdiqini tapmadı. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2, 25.2.3-cü maddələrinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi növündə intizam tənbeh tədbiri tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının barəsində verilmiş əmr qanunauğyundur və əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-240/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-240/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver