Məhkəmə qərarları › İş №2-1(118)-2404/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2404/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2404/2022 24.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “övladları xx.xx.2018-ci il təvəllüdlü X1 adının “Altay”dan-“Bulutay”a dəyişdirilməsinə icazə verilməsinin Cavabdeh üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia qaldıraraq “övladları xx.xx.2018-ci il təvəllüdlü X1 adının “Altay”dan-“Bulutay”a dəyişdirilməsinə icazə verilməsinin Cavabdeh üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından iki övladı var: xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4. Övladları xx.xx.2018-ci il təvəllüdlü X1 adını “Altay”dan “Bulutay”a dəyişmək istəyirlər. Bunun üçün həm Sumqayıt şəhər İcra Hakimiyyətinə, həm də Cavabdehnə müraciət etmişdirlər. Lakin müraciətilərinə müsbət cavab verilməmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı2 hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçılar övladları xx.xx.2018-ci il təvəllüdlü X1 adının “Altay”dan- “Bulutay”a dəyişdirilməsinə icazə verilməsinin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Ailə Məcəlləsinin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən məcəllənin 54.1-ci məddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Yuxarıda qeyd olunan normadan göründüyü kimi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən uşaq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verilə bilər. Göründüyü kimi qanunverici uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyi ilə bağlı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına səlahiyyət vermişdir. Qəyyumluq və himayə orqanlarının razılığı olmadan hazırkı iş üzrə cavbadeh inzibati orqan tərəfindən uşağın adının dəyişilməsinə isə səlahiyyəti verilməmişdir. bu halda məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Bu halda isə iddiaçı mülki hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası inzibati orqan kimi müəyyən olunmamışlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçılara izah olunsun ki, qəyyumluq və himayəçilik orqanının razılığını əldə etdikdən sonra mövcud tələblə qeydiyyat şöbəsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar