Məhkəmə qərarları › İş №2-1(118)-2409/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2409/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2409/2023 17.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X13 oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, qanunsuz qəbul edilmiş qərarın ləğv olunması, dövlət orqanlarının hərəkətsizliyininin aradan qaldırılmasına məcbur edilərək dəymiş maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə öhdəlik qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1, 7, 8, 12, 24, 26, 28, 29, 31-33, 35, 43, 46, 56, 57, 60, 68, 71-ci maddələrinə əsasən AR-da dövlətin yeganə mənbəyi xalqdır , hüquqi dövlətdir, AR prezidenti vətəndaş hüquq və azadlıqlarının qorunmasının və tərəfdaş çıxdığı müqavilələrə riayət olunmasının təminatçısıdır, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir, hər kəsin doğulduğu , andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, qanun qarşısında hamı bərabərdir, hər kəsin qanunla qadağan olunmayan üsul və . - vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, mənzil, şərəf və ləyaqətinin qorunması, seçki, müraciət hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, heç kəs qanunsuz təqib edilə bilməz, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödnilməsini tələb etmək hüququ vardır,konstitusiyada təsbit edilmiş insan hüquq və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, lakin bunların heç birinə əməl olunmur. Belə ki, 23 yanvar 2023-cü il tarixində AR FH nazirliyinin Tikintidə X11 aqentliyinin 004 saylı qərarına əsasən Quba rayonu Zərdabi qəsəbəsində yerləşən obyektin sökülməsi qərara alınmışdır. Həmin qərarda iddiaçının adı göstərilmişdir və 207116 saylı aktın tərtib olunduğu göstərilir, halbuki, həmin aktdan iddiaçının xəbəri olmamışdır. Quba rayonu Zərdabi qəsəbəsində mədəniyyət evinin yanına Zərdabi bələdiyyəsinin verdiyi sənədlərə əsasən iddiaçıya məxsus obyekti olmuşdur. 2019-cu ildə həmin ərazi parka birləşdirildiyindən Quba rayon icra başçısı Z.Əliyev şəxsən iddiaçıdan obyektin sənədlərini alaraq başqa yerdə torpaq sahəsini göstərib rəsmiləşdirməyi bələdiyyə sədrinə tapşırmışdır. Bələdiyyə sədri iddiaçıya tikintini tikib başa vurandan sonra sənədləşməni aparacağını bilirdi, yanındakı digər obyektlər də eynilə parka düşdüyündən onlara da ordan yer vermiş, obyektlərini tikmişdirlər.Tikinti işləri gedən zaman Süleymanov Ceyhun və Coşqun iddiaçıdan obyekti onlara verməyi tələb etmişdir, lakin iddiaçı imtina edəndə onlar müxtəlif təxribatlara əl atmışdırlar. Ona görə də 2021-ci ildə məcbur olub obyekti borcuna görə Mirzəyeva Sehrinaza vermişdir. Sehrinaz onların yoldaşları ilə danışdıqdan sonra razılığa gəlmişdirlər, lakin 2022- ci ilin sentyabrında iki qardaşın Sehrinaza əxlaqsız təkliflərinə görə və hüquq-mühafizə orqanlarının işə qarışdığına və bələdiyyənin icranın adına pul almasına görə yazdığı ərizəyə gərə ona qarşı təxribata başlamışdırlar. Süleymanovlar icranın sözü ilə onun adına ərizə yazmışdırlar və həmin ərizə də əvvəlcədən razılaşdıqları kimi AR FHN-nin TTNDA-nə göndərilmişdir, onlar da sifarişlə qanunsuz qərar qəbul etmişdirlər, hansı ki bu onların səlahiyyətlərinə aid deyil, iddiaçılara qaz xəttinin yaxınlığını bəhanə göstərilmişdir, yanındakı obyektlərə, hətta bir obyektin qaz xəttinin üstündə olduğuna baxmayaraq onlara akt yazmamışdırlar, bu da qərarın sifarişlə qəbul edilidiyini sübut edir. Ona görə də cavabdehlərin hərəkət və hərəkətsizliyinə görə iddiaçıya qarşı qanunsuz qərar qəbul olunmuşdur, məhkəmə tərəfindən onların hərəkətlərinin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. İddiaçı ərizəsində yazılanları müdafiə etmiş, onun və Mirzəyeva Sehrinazın hüquqlarının inzibati orqanlar tərəfindən pozulduğunu bildirmiş, ya yenidən tikintiyə icazə verilməsini yada kompensasiya ödənilməsini istədiklərini bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin 01 aprel 2023cü il tarixli, 3-39-24/2-M-31xx-xx/2023 saylı məktubu ilə S.M.Mirzəyeva tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məktub baxılması üçün məhkəməyə göndərilmişdir. Ərizədə qeyd edilmişdir ki, AR Konstitusiyasının 1,7,24-26,57,71-ci madde hüquq və azadlıqları vardır və dövlət tərəfindən hüquqların müdafiəsinə təminat verilir və qorunur, lakin o, hüquqlarını təmin edə bilmir. Belə ki, X4 Quba rayonu Zərdabi kəndində yaşayan İddiaçı Sərkar oğlu borcunun əvəzinə 2021-ci ildə obyekt üçün yarımçıq tikilini vermişdir. Həmin yeri də 2019-cu ildə Quba rayon icra başçısı istifadəsində olan obyektinin park üçün alındığna görə vermiş, obyektin sənədlərini də alaraq sənədləşmə işlərinin aparılmasını da bələdiyyəyə tapşırmışdır, lakin sonradan bələdiyyə sədri ona sənədləşmə üçün pul tələb etmişdir, pulu olmadığına görə də tikinti işlərini apara bilməmişdir. X6 bələdiyyə sədri ilə razılaşdıqdan sonra bildirmişdir ki, tikinti işlərini başa vur, onsuz da heç kimə sənəd verilməmişdir, sənədləşmə üçün 300 manat başçının adına almışdır və atasından da sonradan 5000 min manat alnmışdır. Quba rayonu Zərdabi kənd sakinləri X8 və X9 Samirlə obyekti ondan istəmələrinə görə promlemləri olduğundan onlara həmin yeri ona borcun əvəzinə verildiyini bildirəndə razılığa gəlmişdirlər, lakin sonradan 2022-ci ilin sentyabr ayında onlara məxsus ** BF *** 011 markalı Jiquli maşını ilə onun paltarından tutaraq zorla maşına oturdaraq intim əlaqəyə girməyi tələb etmələri, təzyiqlər göstərərək şərəf və ləyaqətini alçaltmaları barədə DİN-nin 102 xidmətinə zəng etmişdir, lakin polis şöbəsində cinayət faktı gizlədilmişdir, bundan istifadə edərək şikayət etdiyinə görə onlar xx.xx.2022-ci il tarixində yenidən hədə qorxu gələrək onu və azyaşlı qızlarını öldürəcəklərini bildirəndən sonra onlar X5 polisin əli ilə həbs etdirəcəklərini, rayonda icradan tutmuş bütün hüquq mühafizə orqanlarında onların adamlarının rəhbərlik etdiklərini bildirmişdirlər. Quba rayon polis şöbəsində rəis müavini əvvəlcə onların dərhal həbs edəcəklərini bildirsə də, sonradan onları müdafiə etməyə başlamışdır, onların əməllərinə cinayət tərkibinin olmadığını bildirmişdirlər, inzibati qaydada məhkəməyə göndərərək cərimə yazmışdırlar. Ondan sonra Süleymanovlar icranın sözünə görə onun üstünə həmin obyektin sökülməsi barədə ərizə yazmış və həmin ərizə də FHN-nin TTNDA-nə göndərilmiş,xx.xx.2023 tarixli akt yazılmış, lakin xəbərləri olmamış, onlarla razılaşdırdıqlarına görə obyektin qaz xəttinə yaxın olduğunu bəhanə edib aktaşdırılmış və obyektin sökülməsi barədə qanunsuz qərar qəbul edilmişdir, özü də qərara X2 adını yox Samirin adı salınmışdır, halbuki yanındakı tikililərin də eynilə parka görə sənədsiz tikildiyi, birinin hətta qaz xəttinin üstündə olduğunu görsələr də onlara qarşı heç tədbir görülməmişdir. Məhkəmə iclasında məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X6 iştirak etmiş, yuxarıda qeyd edilən ərizəyə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, sökülən tikintini o tikmişdir. Onun hüquqları pozulmuşdur, hüquqlarını bərpa etmək niyyətindədir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iddia qaldırsa da iddia ərizəsindən və iddiaçının və üçüncü şəxs X2 izahatlarından görünür ki, iddiaçının və üçüncü şəxsin hüquqi maraqları eynidir, onlar Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyindən başqa digər inzibati orqanların hərəkətlərindən narazıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsindən görsənir ki, iddiaçı ziyana görə kompensasiya tələbi irəli sürür. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X3rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçının kompensasiyanı ilkin olaraq cavabdeh inzibati orqandan tələb etməsi müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Eyni zamanda iddia ərizəsində qərarın ləğv edilməsi xahiş olunur. İdidiaçı tikilinin söküldüyünü bildirir, icra olunmuş qərarın ləğv edilməsinin hüquqi nəticəsi olmadığına görə məhkəmə izah edir ki, əgər cavabdeh inzibati orqan qanunsuz qərarla tikilini sökmüşdürsə, qanunsuz qərarın icrası nəticəsində dəymiş ziyanın kompensasiyası tələb edilə bilər. Lakin bunun üçün ilkin olaraq həmin orqana müraciət edilməlidir. Bundan başqa iddiaçı ilə üçüncü şəxslər fərqli inzibati orqanlardan narazıdırlar. Məhkəmə izah edir ki, inzibati məhkəmə icraatında üçüncü şəxslər deyil, yalnız iddiaçılar tələblər irəli sürə bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hansı inzibati orqanın hərəkətlərindən narazıdırsa tələb etdiyi kompensasiya məbləğini ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Tikintiyə icazə verilməsi və ya digər inzibati aktın qəbul edilməsi üçün isə ilkin olaraq səlahiyyətli inzibati orqana müraciət edilməlidir. Üçüncü şəxsə izah edilsin ki, inzibati məhkəmə icraatında üçüncü şəxslər tələblər irəli sürə bilməz. Eyni zamanda hüquqi marağı eyni olan şəxslərin birgə iddiaçı kimi tələblər irəli sürməsi istisna edilmir. Eyni zamanda izah edilsin ki, inzibati məhkəmə icraatında cinayət təqdibi ilə bağlı tələblərə baxılmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar