Məhkəmə qərarları › İş №2-1(118)-2412/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2412/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2412/2022 06.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və X2 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və X2 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır Bələdiyyəsinin 92 saylı sərəncamına, xx.xx.2004-cü il tarixli, 25 saylı protokola əsasən X7 fərdi yaşayış evi tikmək üçün Abşeron rayon, Masazır kəndində 0.08 ha torpaq sahəsi ayrılmışdır. Bunu sübut edən torpaqların alqı-satqısına dair akt mövcuddur. Akta əsasən alqı-saqtı X10 ilə Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsinin sədri X3 arasında olmuşdur. X10 müqaviləyə əsasən Abşeron Rayon Beynəlxalq Bankının **********0 saylı hesabına əvvəlcədən 1200 000 manat məbləğində pul ödəmişdir. Sözügedən torpaq sahəsinə dair AR-nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi Torpaq sahəsinin planı və ölçüsü vardır. X8 etibarnamə ilə həmin torpaq sahəsini X4 almışdır. Hazırda sözügedən torpaq sahəsinin sənədləşməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh quruma müraciət etsə də müraciətinə imtina cavabı verilmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iştirakı etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddianın mümkünlüyü məsələsini ilə bağlı müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İşin hallarından görünür ki, Abşeron rayonu, Masazır Bələdiyyəsinin 92 saylı sərəncamına, xx.xx.2004-cü il tarixli, 25 saylı protokola əsasən X12ma fərdi yaşayış evi tikmək üçün Abşeron rayon, Masazır kəndində 0.08 ha torpaq sahəsi ayrılmışdır. X8 bildirir ki, etibarnamə ilə həmin torpaq sahəsini X4 almışdır. Hazırda iddiaçı X8 0.08 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsini istəyir. Lakin qanunvericilkdə torpaq sahəsinin bu cür əldə edilməsi nəzərdə tutulmamışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar