Məhkəmə qərarları › İş №2-1(118)-2419/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2419/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2419/2023 01.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “DİN Daxili Qoşunlarının hərbi həkim komissiyasının xx.xx.2022-ci il tarixli 375-1543- 3222 saylı məktubu ilə ona verilmiş imtinanı əsassız sayılması və hərbi həkim komissiyasının müvafiq qərar çıxarması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci ildə Füzuli rayonu Qarakollu kəndində anadan olmuş, 1993-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunların tərkibində Ağdam, Füzuli rayonlarında döyüşlərdə iştirak etmiş, 17 iyun 1993-cü ildə döyüş tapşırıqlarını yerinə yetirərkən yaxınlığında düşmənin atdığı mərmi partlaması nəticəsində kəllə-beyin travması almış, xx.xx.1993-cü il tarixində başında olan kəskin ağrılarla əlaqədar hərbi hissənin tibb məntəqəsində qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə müalicə almışdır. X1 Arxivində verilən arayışda təsdiq olunur. Lakin yaralanmağı haqqında epikrizin olmamasını rəhbər tutaraq, həkim hərbi komissiyasının qərarını ona təqdim etmirlər. Baş vermiş hadisənin şahidləri həmin dövrdə onunla xidmət etmiş batalyonun qərargah rəisi Namaz Qasımov təsdiq etmişdir. Belə ki, mayor Namazov öz izahatında onun yaralanmağı və tibb məntəqəsində müalicəsi haqqında izahatında bildirmişdir. Lakin təkrarən bildirir ki, yaralanmanı bilavasitə düşmənlə təmasda və düşmənin qəfil hücumunun qarşısını alarkən almışdır. Müvafiq hərbi həkim komissiyasının qırarının verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı Daxili Qoşunlarda xidməti aşağıdakı kimi olmuşdur (Arxiv arayışı 121 nömrəli, xx.xx.2023-cü il): N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 100 N2-İİ əmrilə müddətli həqiqi hərbi xidmət keçmək üçün Füzuli RHK-dan gəlmiş çağırışçılarm siyahısında “sıravi” hərbi rütbəsi verilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, tədris məntəqəsinin atıcısı vəzifəsinə təyin edilmişdir; -N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 154 N2-İİ əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir; -N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 13 N2-İİ əmrilə hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 4-cü bölüyə təyin edilmişdir;-N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 28 N2- İİ əmrilə 14 iyun 1993-cü il tarixdən xidməti döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir; -N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 119 JVh-li əmrilə N saylı hərbi hissədən Ağdam rayonuna N saylı hərbi hissəyə ezam olunmuş şəxsi heyətin siyahısında 14 iyun 1993-cü il tarixdən qazan təminatına daxil edilmişdir (hissə üzrə barəsində yeganə məlumatdır, hissəni özbaşına tərk etməsi barədə məlumat aşkar olunmadı);-Daxili qoşunların komandanının xx.xx.1993cü il tarixli 024 JS2-İİ əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 101 N°-li əmrilə N və N saylı hərbi hissələrin şəxsi heyəti əmlakları ilə birlikdə müvəqqəti olaraq N saylı hərbi hissənin tabeçiliyinə verilmişdir; -N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 303 N2-İİ əmrilə hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında 30 dekabr 1993-cü il tarixdə hərbi hissəyə qaytımış hesab edilmişdir; -N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 134 N2-İİ əmrilə Füzuli rayonundan döyüş bölgəsindən gəlmiş əsgərlərin siyahısında 22 may 1994-cü il tarixdən hissəni özbaşına tərk etmiş hesab edilmişdir;-Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 146 N2- İİ əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 171 nömrəli əmrilə döyüş bölgəsində olan əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir (30 iyun 1993-cü il tarixdən sonrakı dövrdə hər hansı hərbi hissəyə keçirilməsi və ya ehtiyata buraxılması haqqında heç bir məlumat aşkar olunmadı). İddiaçı adı “1992-1994-cü illərdə gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçuların siyahısı”nda 960-cı sıra nömrəsi ilə qeydə alınmışdır (xx.xx.1993-cü il tarixdə yaralanmışdır). Müəyyən edilmişdir ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 28 nömrəli əmrilə 14 iyun 1993-cü il tarixdən xidməti döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 119 JV2-1İ əmrilə N saylı hərbi hissədən Ağdam rayonuna N saylı hərbi hissəyə ezam olunmuş şəxsi heyətin siyahısında 14 iyun 1993-cü il tarixdən qazan təminatına daxil edilmiş (hissə üzrə barəsində yeganə məlumatdır), N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 303 N2-İİ əmrilə hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında 30 dekabr 1993-cü il tarixdə hərbi hissəyə qaytmış hesab edilmiş və N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 134 N2-İİ əmrilə Füzuli rayonundan döyüş bölgəsindən gəlmiş əsgərlərin siyahısında 22 may 1994-cü il tarixdən hissəni özbaşına tərk etmiş hesab edilmişdir. Həmçinin, daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 146 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 171 N2-İİ əmrilə döyüş bölgəsində olan əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilməsi, 30 iyun 1993-cü il tarixdən sonrakı dövrdə hər hansı hərbi hissəyə keçirilməsi və ya ehtiyata buraxılması haqqında heç bir məlumat aşkar olunmamış və adı “1992-1994-cü illərdə gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçuların siyahısında 960-cı sıra nömrəsi ilə qeydə alınması barədə məlumat aşkar olunmuşdur. Beləliklə, iddiaçı F.X3 xidmət keçməsi, hərbi hissəni N dəfə özbaşına tərk etməsi və yaralanması barədə məlumatlar olsa da, onun 30 iyun 1993-cü il tarixdən sonrakı dövrdə hər hansı hərbi hissəyə keçirilməsi və ya ehtiyata buraxılması, həmçinin onun hərbi xidmət keçdiyi dövrdə yaralanması ilə əlaqədar stasionar müalicəyə göndərilməsi barədə əmr və hərbi xidmət keçdiyi dövrdə yaralanması və xəstələnməsini təsdiq edən tibbi sənədlər mövcud olmamışdır. İddiaçıya Hərbi-həkim komissiyası tərəfindən qərarın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 5.7, 7.1, 7.3-cü maddələrinin tələblərinə zidd olduğundan təmin olunmamalıdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 375-1543Ə-3222 nömrəli, 14 sentyabr 2022-ci il tarixli imtina məktubu, 628 nömrəli, xx.xx.2018-ci il tarixli Arxiv arayışı, iddiaçıya aid hərbi biletin təsdiqlənmiş surəti, cavabdehin etiraz ərizəsi və ona əlavə edilmiş arxiv arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 1993-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunların tərkibində Ağdam, Füzuli rayonlarında döyüşlərdə iştirak etmişdir. İddiaçı döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar yaralanmağını əsas gətirərək cavabdehin hərbi həkim komissiyası tərəfindən müvafiq qərarının verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən, hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ........ və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Həmin Əsasnamənin 5.7, 5.8-ci bəndələrinə əsasən, vətənin müdafiəsi, hərbi xidmət vəzifələrinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində hərbi xidmətin digər tapşırıqlarının yerinə yetirilməsi zamanı, döyüş əməliyyatları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə dövründə, xaricdə kəşfiyyat və ya əks-kəşfiyyat işlərində olma dövründə xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almış, Vətənin müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi müalicənin müddətindən asılı olmayaraq, stasionar müalicə başa çatdıqdan sonra keçirilir. Hərbi toplanışa çağırılmış və hərbi toplanış keçdiyi dövrdə xəsarət almış vətəndaşın şəhadətləndirilməsi onun hərbi xidmətə yararlılıq kateqoriyasının dəyişilib-dəyişilməməsindən asılı olmayaraq keçirilir. Hərbi toplanış dövründə xəstələnmiş vətəndaşın şəhadətləndirilməsi yalnız o halda keçirilir ki, xəstəlik onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişsin, yaxud onun hərbi xidmətə yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxarsın. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.1 və 7.3-cü bəndələrinə əsasən, Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun.... Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Beləliklə, qanunvericilik normalarından göründüyü kimi, İddiaçı xidmət dövründə xəsarət almasını iddia etsə də, həmin dövrdə xidmət keçdiyi hərbi hissə tərəfindən şəhadətləndirilməsi üçün müvafiq xəstəxanalara lazım olan arayış almamışdır. İndiki halda iddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi-həkim komissiyası tərəfindən qərarın verilməsi mümkün deyil. Belə olan halda iddiaçının tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 5.7, 7.1 və 7.3-cü bəndlərinin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın üzərinə hər hansı bir öhdəliyin qoyulması qəbuledilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1 və 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “DİN Daxili Qoşunlarının hərbi həkim komissiyasının xx.xx.2022-ci il tarixli 375-1543- 3222 saylı məktubu ilə ona verilmiş imtinanı əsassız sayılması və hərbi həkim komissiyasının müvafiq qərar çıxarması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar