Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2425/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkilnın iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Məmmədli bələdiyyəsinin 13 iyul 2005ci il tarixli 23 nömrəli qərarı ilə ayrılmış 0.1076 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Məmmədli bələdiyyəsinin 13 iyul 2005-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 1200 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məmmədli bələdiyyəsinin 23 saylı, 13 iyul 2005-ci il tarixli qərarı ilə ayrılmış 0,1076 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Məmmədli kənd sakini İddiaçı Abşeron rayonu Məmmədli bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 23 nömrəli qərarla 1200 kv m torpaq sahəsi fərdi yaşayış evinin tikntisi üçün ayrılmışdır. X2 kitabında A№435906 reyster nömrəsi ilə torpaq sahəsinin planı və ölçüsü çəkilmişdir. Kassa mədaxil order qəbzindən göründüyü kimi İddiaçı Aslan oğlu 1.600.000 manat torpaq rüsumu keçirməklə bələdiyyənin alqı-satqı predimenti olan torpaq sahəsini ona satılmışdır. İşə əlavə olunan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə koçitəsi torpaq sahəsinin plan və ölçüsü sənədlərindən göründüyü kimi Abşeron rayonu Məmmədli kəndi İddiaçı xx.xx.2005-ci il tarixli 23 nömrəli qərarı ilə 1200 kv m fərdi yaşayış evinin tikintisi üçün tərtib edilmiş və dövlər kadastrı kitabında A№435906 kimi qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli 811/23 nömrəli vəkil sorğusuna azəriqaz tərəfindən göndərilən cavab məktubundan göründüuyü kimi İddiaçı fərdi yaşayış evinn tikintisi üçün aycılan torpaq sahəsindən “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Deprtamentinə məxsus qaz xətti keçməməsi qeyd olunmuşdur. Abşeron rayon Dövlət Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 97/710 saylı qərardan çıxarış və ona əlavə olunan sənədlərin arxivi təqdim olunmuş və iddia ərizəsinə əlavə edimişdir. Abşeron rayonu Məmmədli bələdiyyəsinin 04 sentyabr 2023-cü il tarixli 335 saylı cavab məktubunda Məmmədli bələdiyyəsinin 2013-cü ilədək olan sənədlər toplusunu Abşeron Rayon Dövlət Arxivinə ünvanlaması qeyd olunmuşdur. 10 oktyabr 2023-cü il tarixli №13-13/2-l/16-8292/2023saylı cavab məktubundan göründüyü kimi Abşeron rayon Məmmədli bələdiyyəsinin 13 iyul 2005-ci il tarixli, 23 nömrəli qəraı ilə İddiaçı ayrılmış torpaq sahəsindən Azərişıq ASC-nin balansında olan yüksək gərginlik elektrik xətlərinin mühavizə zonasında yerləşmir. Qeyd olunan cavab məktubları və işə əlavə olunan sənədləri nəzərə alınsa, cavabdehin şifahi olaraq imtina etməsi və yazılı olaraq cavab məktubuna cavab verməməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Məmmədli bələdiyyəsi tərəfindən İddiaçı 0,12 ha torpaq sahəsinin 13 iyul 2005-ci il tarixli 23 nömrəli qərarla ayrıldığı halda, adıçəkilən qərar və alqı-satqı aktının müraciət ərizəsinə əlavə edilmədiyi, sözügedən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha olduğu halda, faktiki vəziyyətdə 0,1076 ha hissəsinin iddiaçının istifadəsində olduğu və buna dair notarial qaydada təsdiqlənmiş azalma ərizəsinin idarəyə təqdim edilmədiyi, təqdim edilmiş təhkim aktında torpaq sahəsinin cizgi və ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, sözügedən sənəddə torpaq sahəsinin ölçüsü 0,20 ha göstərildiyi halda, daşınmaz əmlakın cizgisində eninin 80 metr, uzunluqunun isə 50 metr olaraq qeyd edildiyi, həmçinin ləqv edilmiş DT və XK tərəfindən tərtib edilmiş plan-ölçü sənədində torpaq sahəsinin ölçüsünün 0,12 ha göstərildiyi aşkarlanmışdır. İş materiallarında olan: - Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 23 saylı qərarından çıxarışdan görünür ki, vətəndaş İddiaçı 0,20 ha fərdi yaşayış eviin tikintisi üçün ayrılmış torpaq sahəsi təhvil verilmişdir. - Abşeron rayonu Məmmədli bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - 13 iyul 2005-ci il tarixli, 062443 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq alqısatqısı üçün Məmmədli bələdiyyəsinin hesabına 1 680 000 manat ödənilmişdir - A № 435906 torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 23 saylı qərarı il ayrılmış 1200 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. - xx.xx.2023-cü il tarixli İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,1076 hektardır. Torpaq sahəsinin üç tərəfi daş hasar, bir tərəfi şərtidir. Faktiki koordinatlar əlavə edilmişdir. - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin 23 saylı sərəncamı xx.xx.2005-ci il tarixli qərarı və əlavə edilmiş sənədlər təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinanın dəlilləri kimi göstərilmiş torpaqların alqısatqısına dair aktın və torpaq ayırma barədə qərarın ərizəyə əlavə edilmədiyi, torpaq sahəısinin faktiki ölçülərinin daha az olmasına baxmayaraq azalma barədə razılığın təqdim edilmədiyi, bundan başqa tıhkim aktı ilə plan və ölçü sənədində göstərilən ölçülərin fərqli olması iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin düzgün və qanunauyğun şəkildə tərtibatı bələdiyyənin və müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Torpaq sahəsinin ölçüsüsünün naturada daha az olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin naturada daha az olması faktını qəbul edir və 0,1076 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Məmmədli bələdiyyəsinin 23 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmış 0,1076 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Məmmədli bələdiyyəsinin 23 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmış 0,1076 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2425/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2425/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver