Məhkəmə qərarları › İş №2-1(118)-2427/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2427/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2427/2025 24.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə N3 oktyabr N0N5-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 1N.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Saratov şəhərinin 8 nömrəli poliklinikasının 15 aprel 1991-ci il tarixli, N31 nömrəli protokoldan çıxarışdan görünür ki, “İddiaçı”-yə hazırkı tədris ili üçün akademik məzuniyyət verilmişdir.

2. N.Q.Çernışevski adına X13 Bayrağı ordenli Dövlət Universitetinin N8 aprel 1991-ci il tarixli, N6Ne nömrəli əmrindən çıxarışdan görünür ki, coğrafiya fakultəsinin N-ci kurs tələbəsi “İddiaçıŞ. oğlu”na akademik məzuniyyət verilmişdir.

3. Rusiya Təhsil və Elm Nazirliyi Ali Təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “N.Q.Çernışevski adına Saratov Milli Tədqiqat Dövlət Universiteti”nin 8 aprel N019-cu il tarixli, 4/150N nömrəli arxiv arayışından görünür ki, Ali Təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “N.Q.Çernışevski adına Saratov Milli Tədqiqat Dövlət Universiteti”nin arxiv fondunun sənədlərində 8 sentyabr 196N-ci il təvəllüdlü X5 təhsili barədə məlumatlar mövcuddur. X11 1 sentyabr 1989-cu il tarixdən “Coğrafiya” ixtisası üzrə coğrafiya fakültəsinin axşam təhsil forması üzrə 1-ci kursa qəbul edilmişdir (17 iyul 1989-cu il tarixli, 4N6-C nömrəli əmr). X11, N.G. Çernışevski adına X13 Bayrağı ordenli Dövlət Universitetinin “Coğrafiya” ixtisası üzrə coğrafiya fakültəsinin axşam təhsil formasında təhsil alan tələbəsi, akademik göstəricilərin aşağı olması səbəbindən universitetdən xaric edilmişdir (15 iyul 199N-ci il tarixli, 4N1-C nömrəli əmr).

4. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin 7 yanvar N0NN-ci il tarixli, 4/N-56 nömrəli arxiv çıxarışından görünür ki, N nömrəli hərbi hissənin N iyun 199N-ci il – N5 oktyabr 199N-ci il tarixli dövrü əhatə edən adlı siyahılar qovluğunda (əsas: səh-11N, siyahıda atasının adı tam yazılmamışdır) qeyd edilmiş N nömrəli hərbi hissənin 199N-ci ilin aprel-may aylarında əmək haqqı almış şəxsi heyətinin siyahısında topçu vəzifəsində İddiaçı C. oğlunun adı yazılmışdır. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı xidməti barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır.

5. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin N0 fevral N0N4-cü il tarixli, N/N-N/89 nömrəli X8 göndərilmiş məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 13 fevral N0N4-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 7 yanvar N0NN-ci il tarixli, 4/N-56 nömrəli arayışına əsasən hərbi xidməti tam təsdiqlənmədiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

6. İddiaçı məxsus НП seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.

7. N3 mart 199N-ci il tarixli “Şadət” tərəfindən göndərilmiş məktub.

Məhkəmə araşdırması zamanı İPM-in 1N.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin 11 oktyabr N0N4-cü il tarixli, 3-N5-N/N-Ş-109xx-xx/N0N4 nömrəli məktubundan görünür ki, İddiaçı komissiyaya 13 fevral N0N4-cü il tarixdə müraciət etmiş, sənədlərinə 13 fevral N0N4-cü il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin N0 fevral N0N4-cü il tarixli, N/N-N/89 nömrəli məktubu (§5); - Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin 7 yanvar N0NNci il tarixli, 4/N-56 nömrəli arxiv çıxarışı (§4).

9. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 17 sentyabr N0N5-ci il tarixli, 3-N5-N9/N-N136/N0N5 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin N iyun 199N-ci il – N5 oktyabr 199N-ci il tarixli dövrü əhatə edən adlı siyahılar qovluğunda (əsas: səh-11N, siyahıda atasının adı tam yazılmamışdır) yazılmış “İddiaçı C. oğlu ilə birlikdə N nömrəli hərbi hissənin 199N-ci ilin aprel-may aylarında əmək haqqı almış” şəxsi heyətin siyahısı qoşma şəklində göndərilmişdir.

10. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N3 sentyabr N0N5-ci il tarixli, 14/N-5836/N0N5 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 7 yanvar N0NN-ci il tarixli, 4/N-56 nömrəli arayışına əsasən hərbi xidməti tam təsdiqlənmədiyinə görə, X9 barəsində 13 fevral N0N4-cü il tarixdə komissiyanın iclasında “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

11. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İ Qarabağ müharibəsinin iştirakçısıdır. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-199N-ci il tarixlərində Ağdamın müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də cavabdeh tərəfindən imtina edilmişdir. Məhz qeyd olunan səbəbdən dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, hərbi biletində müvafiq qeydlər aparılmış, fərarilik olmamış və barəsində cinayət işi açılmamışdır. Qeyd olunan hallar ilə bağlı şahidləri də vardır, hansı ki, hazırda həmin şahidlər müharibə veteranı statusu almışdırlar. Qeyd olunanlara əsaslanaraq hesab edilir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə tərəfindən iş üzrə araşdırılmaq aparılaraq cavabdehin üzərinə iddiaçıya müharibə veteranı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir.

13. İddia tələbinin maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə istinad olunmuşdur.

14. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh məhkəməyə etirazlar təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

17. Etirazlar onunla əsaslandırılmışdır ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş 7 yanvar N0NN-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin N iyun 199N-ci il – N5 oktyabr 199N-ci il tarixli dövrü əhatə edən adlı siyahılar qovluğunda qeyd edilmiş N nömrəli hərbi hissənin 199N-ci ilin aprel-may aylarında əmək haqqı almış şəxsi heyətinin siyahısında topçu vəzifəsində İddiaçı C. oğlunun adı yazılmışdır N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığından İddiaçı barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N0 fevral N0N4-cü il tarixli məktubundan görünür ki, İddiaçı hərbi xidməti tam təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

18. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının N7 sentyabr N006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul N007-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, İPM-in 1.N, 13, 14.3, 17-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may N0N1-ci il tarixli, N-1(10N)-895/N0N1 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

23. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 6N.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

24. Odur ki, məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. NN aprel N0N5-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirmişdir ki, o, 1989-cu il tarixdən X7 özünümüdafiə batalyonunda artilleriya komandiri olaraq qəbul edilmiş, iddiaçı 1991-ci ilin həmin batalyona könüllü olaraq həvalə edilmiş, onunla birlikdə Qarabağ döyüşlərində iştirak etmiş, 199N-ci ilin iyul ayınadək hərbi hissənin tərkibində olmuş, sentyabr ayında isə Saratov universitetinə təhsil ilə əlaqədar getmiş, lakin universitetdən buraxılmadığı üçün qayıtmamışdır.

26. NN aprel N0N5-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X4 öz ifadəsində bildirmişdir ki, o əsgər olaraq, topçu olan iddiaçı ilə bir artilleriyada 199N-ci ilin mart ayından vətən uğrunda gedən döyüşlərdə iştirak etmiş, iddiaçı 199N-ci ildə təhsil ilə əlaqədar Rusiyaya getmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

27. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. İPM-in N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

31. Məhkəmə iddiaçı tərəfin izahatlarını, şahid ifadələrini, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.

32. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, o, İ Qarabağ müharibəsinin iştirakçısı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-199N-ci il tarixlərində Ağdam ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmiş, fərarilik etməmiş və barəsində cinayət işi açılmamışdır. Bu halların mövcud olduğuna baxmayaraq iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh tərəfindən əsassız olaraq imtina verilmişdir.

33. Cavabdeh tərəfin mövqeyinə görə isə, iddiaçının hərbi xidməti tam təsdiqlənməmiş, müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən hər hansı sənədlərə malik deyildir.

34. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 1N-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

35. İş materiallarında olan sənədlərdən, həmçinin məhkəmənin sorğularına cavab olaraq göndərilmiş arxiv arayışları ilə müəyyən olunur ki, N nömrəli hərbi hissənin N iyun 199N-ci il – N5 oktyabr 199N-ci il tarixli dövrü əhatə edən adlı siyahılar qovluğunda N nömrəli hərbi hissənin 199N-ci ilin aprel-may aylarında əmək haqqı almış şəxsi heyətinin siyahısında topçu vəzifəsində olan iddiaçının adı qeyd edilmişdir. Lakin N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri mərkəzi arxivə daxil olmamış, bu səbəbdən iddiaçının xidməti barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır.

36. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsinin izahatından, həmçinin şahid ifadələrindən, istinad edilən arxiv sənədlərini də nəzərə alaraq, məhkəmə müəyyən etmişdir ki, iddiaçı N.Q.Çernışevski adına Saratov Dövlət Universitetində “Coğrafiya” ixtisası üzrə təhsil almış, daha sonra daha sonra N8 aprel 1991-ci il tarixli, N6Ne nömrəli əmrə əsasən universitet tərəfindən həmin tədris ili üçün akademik məzuniyyət verilmiş və iddiaçı Azərbaycan Respublikasına qayıdaraq, 1991-ci ildən 199Nci ilin sentyabr ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, daha sonra isə təhsili ilə əlaqədar Rusiya Federasiyasının Saratov şəhərinə qayıtmış, həmin vaxtdan sonra müharibə əməliyyatlarında iştirak etməmişdir.

37. Məhkəmə həmçinin təhsili ilə əlaqədar olan halları araşdıraraq müəyyən etmişdir ki, iddiaçı 17 iyul 1989-cu il tarixli, 4N6-C nömrəli əmrə əsasən 1 sentyabr 1989-cu il tarixdən “Coğrafiya” ixtisası üzrə coğrafiya fakültəsinin axşam təhsil forması üzrə 1-ci kursa qəbul edilmiş, akademik göstəricilərin aşağı olması səbəbindən 15 iyul 199N-ci il tarixli, 4N1-C nömrəli əmrə əsasən universitetdən xaric edilmişdir.

38. Göründüyü kimi, iddiaçı tərəf müharibə dövründə təhsili ilə əlaqədar Saratov şəhərinə getməli olduğunu bildirsə də, universitetdən təqdim edilmiş arayışda iddiaçının dərs buraxma müddətlərinə (və ya müharibədə iştirakı və s.) görə deyil, akademik göstəricilərin aşağı olması səbəbindən xaric olunduğu göstərilmişdir.

39. Beləliklə də məhkəmə belə nəticəyə gəlir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut mövcud deyildir, iddiaçı tərəfin izahatları və şahid ifadələri ilə də öz təsdiqini tapmamışdır.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

41. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 - 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

42. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N006-cı il N5 aprel tarixli, 396 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

43. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.

44. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

45. Şərh edilənlərə və İPM-in 5N, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar