Məhkəmə qərarları › İş №2-1(118)-2431/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2431/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2431/2022 21.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə qarşı “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə qarşı “Ford Transit” markalı, 01 BV-627 dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, X3 əsl İddiaçı ilə əvəz edilməsini, həmçinin iddia tələbini dəqiqləşdirərək, “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadı ilə işin aidiyyatı üzrə baxlması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, 23 noyabr 2021-ci il tarixdə “FORD” markalı **- BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi zamanı texniki müayinə aparılarkən həmin avtomobilinin ban nömrəsinin ətrafında qaynaq işləri görülməsi müəyyən edildiyindən qeydiyyat hərəkətləri tamamlanmamış və toplanmış materiallar müvafiq qərar qəbul edilməsi üçün aidiyyatı üzrə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin rəis müavini polis polkovnikleytenantı X11 tərəfindən onun izahatı alınmış və o, izahatında “Ford Transit” yük markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı, vaqon tipli, mühərrik nömrəsiz, WF0LXXGBVLK81451 şassi nömrəli, ağ rəngli, 1997-ci il buraxılışlı avtomobilin etibarnamə ilə ona məxsus olduğunu, həmin avtomobili xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında Mingəçevir şəhərindən tanımadığı bir şəxsdən, yəni avtomobilin mülkiyyətçisindən aldığını avtomobilin internetdə satışa qoyulduğunu və o, mülkiyyətçi olan Nurlan adlı şəxslə danışıb razılaşıb avtomobili aldığını, avtomobili alandan sonra da etibarnamə ilə idarə etdiyini, 23.11 2021-ci il tarixdə avtomobilin təkrar qeydiyyatının aparılması və adına keçirilməsi ilə bağlı olaraq Sumqayıt RQİ və TBŞ-nə müraciət etdiyini orada avtomobilə texniki baxış keçirilən zaman avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması bildirilmiş və qeydiyyat hərəkətləri aparılmamışdır. O, avtomobili Nurlan adlı şəxsdən alan zaman ban nömrəsi ətrafında qaynaq işləri aparıldığını bilmədiyini, avtomobili satan Nurlan adlı şəxs də avtomobili özü də bu vəziyyətdə alıb qeydiyyat etdirdiyini, avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmasından xəbərsiz olduğunu, kim harada və nə səbəbdən qaynaq işləri apardığını bilmədiyini qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminal Təhqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2021-cı il tarixli 21/1695a nömrəli tədqiqat haqqında arayışdan da məlum olur ki, “Ford Transit markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “WF0LXXGB\/LK81451” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin sağ qabaq qapının ayaqaltı hissəsində ban nömrəsi həkk edilmiş sahənin yan və alt hissələrində qaynaq işləri aparılmışdır. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin texniki göstəriciləri və ban nömrəsinin “WF0LXXGBVLK81451” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsini göstərən hərf və ya rəqəmlər aşkar edilməmişdir. Elə buna görə də xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar ilə o, Baş X17 İdarəsinə muraciət etsə də, Baş X17 İdarəsi tərəfindən ona N016-164182- 3222, xx.xx.2022-cı il tarixli məktub verilmiş və həmin məktubda onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən 16 dekabr 2021-ci ıl tarixdə Azərbaycan Respublikası CPM-nın 39 1 2-cı maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və avtomobil üzərində mülkiyyət hüququnun tanınması üçün mülki qaydada məhkəmə orqanına müraciət etməyinin məqsədəmüvafiqliyi izah olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Cavabdeh 15 fevral 2022-ci il tarixli məktubundan görünür ki, “FORD” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. - 23 noyabr 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X18 markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 tərəfindən İddiaçı satılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 06 dekabr 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “*WFOLXXGBVLVK81451*” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin sağ qabaq qapının ayaqaltı hissəsində ban nömrəsi həkk edilmiş sahənin yan və alt hissələrində qaynaq işləri aparılmışdır. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin texniki göstəriciləri və ban nömrəsinin “*WFOLXXGBVLVK81451*” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə mühərrik nömrəsini göstərən hərf və ya rəqəmlər aşkar edilmədi. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 dekabr 2021-ci il tarixli qərarla X5 və X3 əməlində cinayət tərkibi olmadığından onların barəsində həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan istifadə etdiyi avtomobilin texniki baxışdan keçirilməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq idarənin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan avtomobilin dövlət qeydiyyatına alınması səlahiyyəti BDYPİ-yə aiddir. Belə olduğu tədqirdə BDYPİ-nin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddia tələbi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin inzibati orqanlar tərəfindən tələb təmin edilməmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu, Masazır ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı 23 noyabr 2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” ilə “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 almışdır. Həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən ona mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materialları ilə eyni zamanda müəyyən olunur ki, X2 mülkiyyətində olan, etibarnamə əsasında ünvan 2 ünvanında qeydiyyatda olan X3 idarə etdiyi «Ford Transit» yük markalı, O1-BV-62 7 dövlət qeydiyyat nişanlı, vaqon tipli, mühərrik nömrəsiz, WF0LXXGBVLVK81451 şassi nömrəli, ağ rəngli, 1997-ci il buraxılışlı avtomobil təkrar qeydiyyat üçün 23 noyabr 2021-ci il tarixdə BDV Pİ-nin Sumqayıt şəhər X7 və X12 təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zaman avtomobilin ban nömrəsinin ətrafında qaynaq işləri aparılması müəyyən edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilmiş və material üzrə həmin şöbə tərəfindən araşdırma aparılmış və YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Arzu Babayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla X5 və X3 əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından həmin avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması əsas kimi göstərilmişdir. Lakin məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 06 dekabr 2021-ci il tarixli arayışı ilə cavabdehin qeyd olunan dəlili təkzib edilmişdir. Belə ki, həmin arayışda qeyd olunmuşdur ki, “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “*WFOLXXGBVLVK81451*” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin sağ qabaq qapının ayaqaltı hissəsində ban nömrəsi həkk edilmiş sahənin yan və alt hissələrində qaynaq işləri aparılmışdır. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin texniki göstəriciləri və ban nömrəsinin “*WFOLXXGBVLVK81451*” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə mühərrik nömrəsini göstərən hərf və ya rəqəmlər aşkar edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 06 dekabr 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, “Ford Transit” markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobilə ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “*WFOLXXGBVLVK81451*” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin sağ qabaq qapının ayaqaltı hissəsində ban nömrəsi həkk edilmiş sahənin yan və alt hissələrində qaynaq işləri aparılmışdır. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin texniki göstəriciləri və ban nömrəsinin “*WFOLXXGBVLVK81451*” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə mühərrik nömrəsini göstərən hərf və ya rəqəmlər aşkar edilmədi. Göründüyü kimi Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin texniki göstəriciləri və ban nömrəsinin “*WFOLXXGBVLVK81451*” hərf və rəqəmləri dəyişdirilməmiş və ya hər hansı biri silinməmiş, ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda adı qeyd olunan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sözügedən nəqliyyat vasitəsini satan şəxsin, habelə həmin nəqliyyatı etibarnamə əsasında idarə edən şəxslərin əməllərində hər hansı cinayət tərkibinin olduğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, avtomobilin ban nömrəsində aşkar edilmiş qüsur iddiaçının təqsiri üzündən baş vermədiyindən həmin qüsurla təkrar qeydə alınma cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Ford Transit” markalı, 01 BV-627 dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar