Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2433/2023 20.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində 1236 №li reyestr kitabının 89 №li vərəqində 25 iyun 2010-cu il tarixdə qeydə alınmış MA seriyalı, ******* saylı çıxarış ilə Abşeron rayon Novxanı kəndi ərazisində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi üzərində Abşeron rayon İcra Hakimiyyəti Başçısının 2075 №li, 03 dekabr 2012-ci il tarixli sərəncamına əsasən tikdiyi qeyri-yaşayış tikililərini nəzərə alaraq həmin tikili (qeyriyaşayış) üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinin cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində MA seriyalı ******* saylı çıxarış ilə Abşeron rayonunun Noxanı kəndi ərazisində 0.10 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrində 136 № li reyüstr kitabının 89 № li vərəqində ********** № ilə 25 iyun 2010-cu il tarixdə qeydə alınmışdır. Mülkiyyətinə verilmiş torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi barədə Abşeron rayon icra Hakimiyyətinə müraciət etmişdir. Müraciəti nəzərə alınaraq, Abşeron rayon icra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin 1481-A № li, 30 noyabr 2012-ci il tarixli rəyi nəzərə alınaraq hazırda qüvvədə olan mövcud hüquqi normativ aktlara və "Yerli icra Hakimiyyətləri" haqqında Əsasnaməyə uyğun olaraq Abşeron rayon icra Hakimiyyətinin başçısının 275 № li, 03 dekabr 2012-ci il tarixli sərəncamı ilə mülkiyyətində olan 0.10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Tikilmiş qeyri-yaşayış obyektinin layihə-smeta sənədləri memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmaq üçün Eskiz Layihə-smeta sənədlərim tam tərkibdə qeydiyyata alınmaq üçün memarlıq və tikinti şöbəsinə təqdim edilərək təsdiqlənmişdir, tikinti işlərinə xeyli mal, vəsait xərc etmişdir. Ərazidə tikilmiş tikililər rayonun müvafiq təşkilatları ilə razılaşdırılmışdır. Tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ hüquqi sənədlərə uyğun aparılmışdır. Layihə sənədləri Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Arxitektura və Dizayn" məhdud məsuliyyətli cəmiyyətinə verilmiş 022527 № li, 03 avqust 2009-cu il tarixli icazə əsasında, L-9-019 Qeydiyyat № li memarlıq fəaliyyəti ilə məşğul olan məsul şəxs tərəfindən təsdiq edilmişdir. Eskiz Layihə-smeta sənədləri icra Hakimiyyəti başçısının yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilmişdir. Sərəncamın icrasına nəzarət rayon icra Hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdrinə tapşırılmışdır. İddiaçı tərəfindən sərəncamın şərtlərinə məsuliyyətlə əməl olunaraq heç bir hüquq pozuntusuna yol verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrində MA seriyalı, ******* saylı çıxarışla Abşeron rayonunun Noxanı kəndi ərazisində mülkiyyətimdə olan 0.10 ha torpaq sahəsinin üzərində Abşeron rayon icra Hakimiyyəti başçısının 2075 № li, 03 dekabr 2012-ci il tarixli sərəncamına əsasən tikdiyi qeyri yaşayış tikililərini nəzərə alaraq, həmin tikintilərin mülkiyyətinə qeydiyyata alınaraq çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti DƏDK-rı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinə müraciət edərək xahiş etmişdir. Azərbaycan Resublikasının iqtisadiyyat Nazirliyi yanında ƏMDX-tı DƏDK-rı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinin 01 fevral 2023-cü il tarixli, 3- 21/2-110002-8/2023 № li cavab məktubu ilə müsbət cavab verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Katasdirı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinin cavab məktubu ilə hüquqları pozulmuşdur. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəbul etmək vasitəsini cavabdehin üzərinə qoymağı məhkəmədən xahiş edə bilər. Yuxarıda qeyd etdiyimiz Məcəllənin 33 qəbulundan.2-ci maddəsinə görə bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən imtina edildiyi hallara, həmdə cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qəbul qarşı iddia) inzibati aktın edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, həmin hüquqların bu məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsassən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslərin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mmüdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin tələblərinə görə inzibsti aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (Şikayət instansiyasına inzibati şikayət verdiyi hallarda şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, aparılan araşdırma zamanı: Sözügedən qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüguglara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən 2 müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtin aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı deyil. Belə ki, cavabdeh inzibati orqanın imtinasının əsasını tikintisinə icazə tələb edilən daşınmaz əmlakla bağlı tələb edən müvafiq sənədlərin təqdim edilməməsi və torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət hüququ olsa da, torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Lakin iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmiş, cavabdeh inzibati orqan isə əsaslı olaraq imtina etmişdir. İddiaçı qeyd edir ki, Abşeron rayon icra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin 1481-A № li, 30 noyabr 2012-ci il tarixli rəyi nəzərə alınaraq hazırda qüvvədə olan mövcud hüquqi normativ aktlara və "Yerli icra Hakimiyyətləri" haqqında Əsasnaməyə uyğun olaraq Abşeron rayon icra Hakimiyyətinin başçısının 275 № li, 03 dekabr 2012-ci il tarixli sərəncamı ilə mülkiyyətində olan 0.10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Tikilmiş qeyri-yaşayış obyektinin layihə-smeta sənədləri memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmaq üçün Eskiz Layihə-smeta sənədlərim tam tərkibdə qeydiyyata alınmaq üçün memarlıq və tikinti şöbəsinə təqdim edilərək təsdiqlənmişdir, tikinti işlərinə xeyli mal, vəsait xərc etmişdir. Ərazidə tikilmiş tikililər rayonun müvafiq təşkilatları ilə razılaşdırılmışdır. Tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ hüquqi sənədlərə uyğun aparılmışdır. Layihə sənədləri Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Arxitektura və Dizayn" məhdud məsuliyyətli cəmiyyətinə verilmiş 022527 № li, 03 avqust 2009-cu il tarixli icazə əsasında, L-9-019 Qeydiyyat № li memarlıq fəaliyyəti ilə məşğul olan məsul şəxs tərəfindən təsdiq edilmişdir. Eskiz Layihə-smeta sənədləri icra Hakimiyyəti başçısının yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilmişdir. Sərəncamın icrasına nəzarət rayon icra Hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdirinə tapşırılmışdır. İddiaçı tərəfindən sərəncamın şərtlərinə məsuliyyətlə əməl olunaraq heç bir hüquq pozuntusuna yol verilməmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, qeyri-yaşayış obyekti iaşə məqsədli tikintidir. Bu isə torpaq sahəsinin təyinatına uyğun istifadə olunmamasıdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması iddianın rədd edilməsi üçün əsas təşkil etdiyinə görə əlavə araşdırma aparılmasına zərurət qalmamışdır. Məhkəmə hesab edir ki, qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması imtina üçün əsas təkil edir və iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. İddiaçı ilk növbədə torpaq sahəsinin təyinatının dəyişilməsi ilə məsələlərini həll etməli olduğu halda cavabdeh inzibati orqanın hərəkələrini mübahisələndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrində qeydin aparılmasından imtinası qanunsuz olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qanunsuzluq müəyyən edilmədiyinə görə, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2433/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2433/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver