Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2433/2024 19.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi ilə, məhkəmə iclas katibi Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh XXXnə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra birlikdə - “iddiaçılar”) cavabdeh XXXnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onların piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar 13 sentyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, “Sumqayıt Tibb Mərkəzi” X11 fəaliyyətsizliyinə etiraz olaraq onun binası qarşısında piket keçirmək istədiklərini bildirmişlər. Müraciətdə qeyd olunmuşdur ki, “Son illər Azərbaycanda Respublikasında səhiyyə sahəsində müəyyən islahatlar aparılmasına baxmayaraq, bu sahədə insanların konstitusion hüquqları pozulur, onlar səhiyyə xidmətlərindən normal istifadə edə bilmir, nəticədə həyatları üçün ciddi təhlükələr yaranır. Belə təhlükələrdən biri ilə də Sumqayıt şəhərində yaşayan İddiaçı1 qarşı törədilmişdir. Koronavirus zamanı xəstələnən İddiaçı1 düzgün müalicə almamış, həkim səhlənkarlığı nəticəsində sağlamlığına ciddi zərər dəymişdir. Bununla bağlı o, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, “Sumqayıt Tibb Mərkəzi” X12 müraciət etsə də heç bir müsbət nəticə olmamışdır. Bu fəaliyyətsizliyə etiraz olaraq biz “Sumqayıt Tibb Mərkəzi” X10rşısında piket keçirməyi planlaşdırırıq. Bu məqsədlə, biz bir qrup ziyalılar Azərbaycan Respublikası Konstitutsiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulan və “X4 haqqında” Azərbaycan Respublikasının qanunun 1-5-ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə, 22 sentyabr 2023-ci il tarixdə, saat 14:00-dan 15:00-dək Sumqayıt şəhəri, H.Əliyev, 7 ünvanda yerləşən “Sumqayıt Tibb Mərkəzi” X7rşısında, 50 metr məsafədə “Sağlamlığımızı qoruyun”, “Sağlam yaşamaq haqqımızdır”, “Azərbaycan Respublikası Səhiyyə Nazirinə və TƏBİB rəhbərliyinə istefa” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırıq. Etiraz piketində 50 (əlli) nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə sizə məlumat verməklə piketin keçirilməsi üçün lazımi şərait yaradılmasını və təhlükəsizliyin təmin edilməsini xahiş edirik. Etiraz piketinin keçirilməsini zəruri edən halların yaranmasına dair fikirlərimizi həm də onunla əsaslandırırıq ki, göstərilən dövlət orqanlarına dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, şikəst edilmiş İddiaçı1 səhhəti getdikcə pisləşir, həyatı ciddi təhlükədədir. Ümid edirik ki, “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə müvafiq olaraq, aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış bu müraciətimizə müsbət cavab veriləcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyası, “X4” və “X2 haqqında” Qanunlarının tələblərinə müvafiq olaraq, keçirilməsi planlaşdırılan piketlə bağlı “Sumqayıt Tibb Mərkəzi” X11 rəhbərliyinin vaxtında məlumatlandırılmasını, piketin məqsəd və məramlarının əhaliyə çatdırılması üçün Sumqayıt şəhərində təbliğat və təşviqat aparılmasına razılıq verilməsini xahiş edirik.” Cavabdeh sərbəst toplanmaq hüququnu pozmuş, piketin keçirilməsinə lazımı şərait yaratmamış, müraciəti cavabsız qoymuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 25, “X4 haqqında” Qanunun 5.1, “İnzibati icraat haqqında” Qanunun 73cü, prosessual hüquqi əsası kimi isə İnzibati Prosessual Məcəllənin (bundan sonra – “İPM”) 2, 32 və 38-ci maddələrinə istinad olunmuşdur.
4. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
5. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
6. İPM-in 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı2 və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə prosesində iştirak etməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İDDİANİN MÜMKÜNLÜYÜ
9. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır.
10. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X5rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X6rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
13. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir;
14. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
15. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
16. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Qeyd olunan normaya əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmçinin, Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Beləliklə, iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (6 və 7-ci bəndlər)
19. “Sərbəst toplaşmaq hüququ haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə 1. Hər kəsin başqaları ilə birlikdə X4 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir, İİ hissəsinə əsasən dövlət X4nın həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə 5. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Maddə 6. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Maddə 7. X4 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər, İİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş X4nın məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır, İİİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş X4nın məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır, İV hissəsinə əsasən X4 yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.
20. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçılarıın hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır.
21. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, İddiaçı1 2023-cü il tarixdə müxtəlif qurumlara müraciət etmişdir. Həmin müraciətlərə verilmiş cavablar aşağıdakı kimi olmuşdur:
22. 31 iyul 2023-cü il tarixli, 5-28/2-M-67xx-xx-6591/2023 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İddiaçı1 ünvanlanan dövlət hesabına Türkiyəyə müalicəyə göndərilməsinə köməklik göstərilməsi barədə ərizəyə verilmiş cavab məktubundan görünür ki, vətəndaşların xaricə müalicəyə göndərilməsi Azərbaycan Respublikasında xəstəliyin müalicəsinin mümkünsüzlüyü barədə mütəxəssis rəyi əsasında həyata keçirilir. Türkiyə Respublikasının Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında imzalanmış İkili Anlaşmaya əsasən kvota üzrə Türkiyəyə göndərilən şəxslər yalnız dövlət tibb müəssisələrində müalicə alırlar. Müalicə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə müraciət edilməsi tövsiyə olunmuşdur.
23. 18 avqust 2023-cü il tarixli, PHŞ-6-66/2-M-359-42-205/2023 saylı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Sumqayıt Tibb Mərkəzi” X11in İddiaçı1 ünvanlanan məktubundan görünür ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 tabeliyində olan tibb müəssisələrində vətəndaşların respublikadan kənar müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər zərfinə daxil edilməmişdir. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyində fəaliyət göstərən “X3 Müalicə Komissiyasına”na müraciət edilməsi tövsiyyə olunmuşdur.
24. 21 avqust 2023-cü il tarixli, PHŞ-6/2-M-103xx-xx-16363/2023 saylı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11in İddiaçı1 ünvanlanan məktubundan görünür ki, Birliyin Nizamnaməsinin 2.1-ci bəndinə əsasən, qaldırılan məsələ TƏBİB-in səlahiyyətinə daxil deyildir.
25. İddiaçı1 ünvanlanan məktubların məzmununu qiymətlətləndirdikdə aydın olur ki, iddiaçının müraciətlərinin əsasında dövlət hesabına Türkiyəyə müalicəyə göndərilməsinə köməklik göstərilməsi durur. Səhiyyə Nazirliyinin məktubunda qeyd olunmuşdur: - vətəndaşların xaricə müalicəyə göndərilməsi Azərbaycan Respublikasında xəstəliyin müalicəsinin mümkünsüzlüyü barədə mütəxəssis rəyi əsasında həyata keçirilir; - kvota üzrə Türkiyəyə göndərilən şəxslər yalnız dövlət tibb müəssisələrində müalicə alırlar.
26. Azərbaycan Respublikasının Prezidentinin 23 iyun 2016-cı il tarixli, 973 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Sazişdə aşağıdakı məsələlərə toxunulmuşdur: Maddə 1.Əməkdaşlıq sahələri Tərəflər bərabərlik, qarşılılıq prinsipinə əsaslanaraq, qarşılıqlı fayda əsasında və öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq, qarşılıqlı razılıq ilə aşağıdakı sahələrdə əməkdaşlığı inkişaf etdirəcək və gücləndirəcəklər: a) iki ölkənin səhiyyə sistemlərinin uyğunlaşdırılması; b) səhiyyədə keyfiyyət standartı və qiymətləndirmə sisteminin formalaşdırılması üçün keyfiyyət və akkreditasiya sahəsində təcrübə mübadiləsi; c) qeyri-infeksion xəstəliklərlə mübarizə və ictimai səhiyyəni maraqlandıran bütün digər sahələrdə əməkdaşlıq; e) orqan, toxuma və sümük iliyi transplantasiyası sahəsində əməkdaşlıq; e) Azərbaycan Respublikasında və ya Türkiyə Respublikasında dərman vasitələri, tibbi cihaz və tibbi sərfiyyat materialları ilə bağlı sahələrdə birgə sərmayə imkanlarının araşdırılması, dərman vasitələrinin keyfiyyətinin beynəlxalq standartlara uyğun olması üçün birgə işlərin aparılması və vaksin istehsalı sahəsində əməkdaşlıq; f) təcili tibbi xidmətlərin təşkili və fövqəladə hallarda səhiyyə sahəsində əməkdaşlıq; g) hər iki ölkədə səhiyyənin inkişaf etdirilməsi ilə səhiyyə turizmi imkanlarının təşviq edilməsi və təcrübə mübadiləsi; h) xəstəxanaların səhiyyə informasiya sistemləri ilə idarə olunması məsələlərində təcrübə mübadiləsi; i) səhiyyə işçilərinin qısamüddətli təlimləri; j) səhiyyə sahəsində institut və universitetlər arasında əməkdaşlıq; k) “Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının təhsillərini bitirdikdən sonra müvafiq müqavilə öhdəliklərinə uyğun Azərbaycan Respublikasına qayıtması və xidmət göstərməsi, eyni zamanda Türkiyədə akademik və əmək fəaliyyətini davam etdirmək üçün əlavə şərtlərin müəyyən edilməsi sahəsində əməkdaşlıq.
27. Saziş əsasən qarşılıqlı əməkdaşlıq sahələrini əhatə edir və onun əhatə etdiyi sahələr arasında İddiaçı1 Türkiyə Respublikasında müalicəsinin aparılmasını məcburi qaydada Səhiyyə Nazirliyinin üzərinə qoyan konkret bir maddə (qapalı səlahiyyət) nəzərdə tutulmamışdır. Yalnız 4-cü maddə xəstələrin müalicəsi adlanır. Maddəyə görə, tərəflər hər il 20 (iyirmi) xəstəni ödənişsiz olaraq diaqnostika və müalicə etməyi üzərlərinə götürürlər. Bu xəstələrin seçilməsi göndərən ölkənin Səhiyyə Nazirliyi tərəfindən aparılacaq və qəbul edən ölkənin Səhiyyə Nazirliyinin təsdiqi ilə həyata keçiriləcəkdir.
28. Göründüyü kimi Sazişin 4-cü maddəsi xəstələrin seçilməsi göndərən ölkənin Səhiyyə Nazirliyinin səlahiyyətinə aid etmişdir.
29. “Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın” Əsasnaməsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
2. Komissiyanın məqsədi və fəaliyyət istiqamətləri 2.2. Komissiyanın məqsədi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 (bundan sonra - TƏBİB) tabeliyindəki tibb müəssisələrinə (bundan sonra - tibb müəssisələri) müraciət etmiş vətəndaşlara tibbi göstərişi olan tibbi xidmətlərin Azərbaycan Respublikasında göstərilməsi mümkün olmadığı hallarda xarici ölkələrdə zəruri tibbi xidmətin göstərilməsinə yardırg etmək və onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir. 2.2. Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. vətəndaşa tibbi göstərişi olan tibbi xidmətlərin Azərbaycan Respublikasında göstərilməsinin mümkün olmadığını müəyyənləşdirmək; ...
3. Komissiyanın vəzifələri və hüquqları 3.1. Komissiyanın bu Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun aşağıdakı vəzifələri vardır: 3.1.1. vətəndaşa tibbi göstərişi olan tibbi xidmətlərin Azərbaycan Respublikasında göstərilməsinin mümkün olmadığı barədə qərar qəbul etmək; ... 3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın aşağıdakı hüquqları vardır: 3.2.1. Komissiyanın iclaslarına müvafiq tibb sahəsi üzrə həkim və mütəxəssisləri dəvət etmək; 3.2.2. vətəndaşların xarici ölkəyə göndərilməsi üçün lazımi sənədləri vətəndaşlardan tələb etmək; 3.2.3. yanlış və ya natamam məlumatlar təqdim etmiş və düzgün diaqnoz qoymayan həkimlərin fəaliyyəti ilə bağlı tədbirlər görülməsi üçün Agentliyə müraciət etmək. …
5. Vətəndaş müraciətinin araşdırılması qaydası 5.1. Vətəndaş müraciətləri Agentliyə daxil olduqda Agentlik vətəndaş müraciətlərinin Komissiyanın sədrinə təqdim edilməsini təmin edir. 5.2. Komissiyanın sədri vətəndaş müraciətini aldıqdan 1 iş günündən gec olmayaraq Komissiyanın çağırılmasını təmin edir. 5.3. Komissiya iclas zamanı müraciət etmiş vətəndaşı dinləyir, təqdim edilən sənədlərin araşdırılmasını, təhlilini və müzakirəsini aparır. Zəruri hesab edildikdə, Komissiya vətəndaşdan əlavə məlumatların təqdim edilməsini xahiş edə bilər. 5.4. Komissiya sədri hadisənin hərtərəfli və obyektiv araşdırılması üçün kifayət qədər sübutların toplanıldığını hesab etdiyi təqdirdə Komissiyaya səsvermə yolu ilə qərar qəbul edilməsini təklif edir. Qərar bu Əsasnamənin 4.10-cu hissəsinə uyğun olaraq qəbul edilir və protokollaşdırılır.
30. Yuxarıda qeyd olunan müdəların təhlilindən müəyyən olunur ki, vətəndaşların respublikadan kənarda müalicə almaq imkanı verən şərtlər komissiya haqqında əsasnamə ilə müəyyənləşdirilir. Xəstəyə konkret və obyektiv müayinə üsulları ilə diaqnoz təyin olunmuşdursa, xəstəliyin müalicəsi ölkəmizdə mümkün deyilsə, lakin ölkədən kənarda ümumi qəbul edilmiş müalicə üsulu mövcuddursa, ona xaricdə müalicə imkanı yaradılır. Konkret xəstəliyin respublikadan kənarda da müalicəsi mümkün deyilsə, komissiya göndərişlə bağlı qərar çıxara bilməz.
31. İddiaçı1 vətəndaşların xaricə müalicəyə göndərilməsi Azərbaycan Respublikasında xəstəliyin müalicəsinin mümkünsüzlüyü barədə mütəxəssis rəyi ilə müvafiq quruma müraciət edib-etməməsi (müraciət etdiyi halda nəticəsi) iş materialı ilə öz təsdiqini tapmır.
32. Bundan əlavə, İddiaçı1 dövlət hesabına Türkiyəyə müalicəyə göndərilməsinə köməklik göstərilməsi ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11in məktubunda göstərilmişdir ki, Birliyin Nizamnaməsinin 2.1-ci bəndinə əsasən, qaldırılan məsələ TƏBİB-in səlahiyyətinə daxil deyildir.
33. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli Fərmanı ilə təsdiq edilmiş Tibbi Ərazi Bölmələrini X1 görə:
1. Ümumi müddəalar 1.1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (bundan sonra – TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin (bundan sonra – tibb müəssisələri) idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirən X13dir. 1.4. TƏBİB ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. TƏBİB bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 1.6. Qanuna uyğun olaraq, TƏBİB-in əqdlər bağlamaq, öz adından əmlak və qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. TƏBİB məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
3. TƏBİB-in vəzifələri və hüquqları 3.2.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
34. Beləliklə, TƏBİB-in Nizamnaməsinə görə, bu qurum dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirən X13dir. Onun beynəlxalq fəaliyyəti yalnız fəaliyyət istiqamətlərinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənməkdən ibarətdir. Həmin fəaliyyət istiqamətləri isə Nizamnaməsinin 2-ci bəndində konkret şəkildə sadalanmışdır: TƏBİB-in fəaliyyət istiqamətləri aşağıdakılardır (Nizamnaməsinin 2.1-ci bəndi): 2.1.1. tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirmək; 2.1.2. tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək; 2.1.3. tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini təmin etmək; 2.1.4. tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasını və bu xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək.
35. Bundan başqa, məhkəmə qeyd edir ki, digər İddiaçı2 hazırki iddia tələbinə münasibətdə hüquqi marağı müəyyən edilmir.
36. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, ... yoxlamalıdırlar.
37. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Yuxarıda qeyd edilən səbəblərə görə məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmadığı üçün, iddia mümkün sayılmamalıdır.
39. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 40.Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh XXXnə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova