Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-244/2021 04.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona N013-cü ildə həqiqi hərbi xidmətdə olduğu dövrün təqvim illəri üçün istifadə etmədiyi 15 (on beş) növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N014-cü ilin dekabr ayında N saylı hərbi hissədən ehtiyata tərxis olunarkən N013-cü ildə istifadə edilməmiş 15 günün məzuniyyət əvəzinə pul kompensasiyası ilə təmin olunmamışdır. N014-cü ildən etibarən dəfələrlə Müdafiə Nazirliyinə müraciət etməsinə baxmayaraq hal-hazıra kimi 15 günün məzuniyyət əvəzinə pul kompensasiyası ödənilməmişdir. Axırıncı dəfə bu barədə iddiaçı 07.01.N0N0-ci ildə poçt vasitəsilə müraciət etmiş, lakin bugünə kimi cavab verilməmişdir. N saylı hərbi hissənin komandirinin N dekabr N014-cü il tarixli N19 nömrəli əmrinin 5-ci abzasında həqiqətən iddiaçının 15 günün məzuniyyət əvəzinə pul kompensasiyası ilə təmin olunmaması öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmiş və məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciəti, N saylı hərbi hissə komandirinin N dekabr N014-cü il tarixli N19 nömrəli əmridən çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin Qanunun 11-ci maddəsinə görə hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” N01N-ci il N8 sentyabr tarixli N17 nömrəli qərarına əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı N013-cü ildə 15 (on beş) gün müddətinə növbəti məzuniyyətdən istifadə etməmişdir. 1994-N01N-ci illərdə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya pulu ilə təmin olunmayıb. Qeyd olunan kompensasiyanın ödənilməsi ilə bağlı İddiaçı bir neçə dəfə Müdafiə Nazirliyinə müraciət etməsinə baxmayaraq, ona N013-cü ildə istifadə etmədiyi 15 günlük məzuniyyət pulu ödənilməmişdir. Müdafiə Nazirinin N5 noyabr N01N-ci il tarixli 304 saylı əmrinə əsasən məzuniyyətə görə kompensasiyasının hesablanması öhdəliyi Müdafiə Nazirliyində yaradılmış komissiyaya həvalə edilmişdir. Göründüyü kimi xidmətdən buraxılmış hərbi qulluqçulara Nazirlər Kabinetinin N8 sentyabr N01N-ci il tarixli N17 nömrəli Qərarına əsasən pul kompensasiyasının ödənilməsi nəzərdə tutulmuşdiur. Lakin İddiaçı N013-cü ildə istifadə etmədiyi 15 günlük məzuniyyətə görə kompensasiya ödənilməmişdir. Belə olan halda iddiaçıya N013-cü il üzrə istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı N013-cü ildə həqiqi hərbi xidmətdə olduğu dövrün təqvim illəri üçün istifadə etmədiyi 15 (on beş) növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı N013-cü ildə həqiqi hərbi xidmətdə olduğu dövrün təqvim illəri üçün istifadə etmədiyi 15 (on beş) növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-244/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-244/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver