Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2442/2023 12.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “cavabdeh orqanın hərəkətləri qanunsuz hesab edilməklə, Siyəzən rayonu Ərziküş icra nümayəndəliyi tərəfindən onun adına tərtib edilmiş 2 nömrəli xx.xx.1963-cü il tarixli ölüm akt qeydinin və həmin akt qeydi əsasında verilmiş 8AZ-İ seriyalı 227510 nömrəli, xx.xx.1963-cü il tarixli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Azərbaycan SSR Dəvəçi rayonu Günövşə kəndində doğulmuş, bu barədə Azərbaycan SSR Dəvəçi rayonu Ərisküş kənd ZDS tərəfindən xx.xx.1960-cı il tarixdə İ-ИE seriyalı 871818 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. 1975-ci ildə Bakı şəhəri Nəsimi rayonu 19 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmiş və bu barədə ona xx.xx.1975-ci il tarixdə A3-İ seriyalı 313798 nömrəli səkkizillik təhsil haqqında şəhadətnamə verilmişdir.xx.xx.1978-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1980-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş, bu barədə ona H3 seriyalı ******* nömrəli hərbi bilet verilmişdir. 1981-ci ildə Bakı şəhəri Nəsimi rayonu 65 nömrəli axşam ümumtəhsil orta məktəbinin tam kursunu bitirmiş və bu barədə ona xx.xx.1981-ci il tarixdə AH seriyalı, 630802 nömrəli orta təhsil haqqında attestat verilmişdir.xx.xx.1985-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş və bu barədə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə lll-TKE seriyalı 457662 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis idarəsi tərəfindən ona xx.xx.2011-ci il tarixdə AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsi tərəfindən mənə xx.xx.2014-cü il tarixdə AD seriyalı 046453 nömrəli sürücülük vəsiqəsi hal-hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nəqliyyat idarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentində avtomobil sürücüsü vəzifəsində işləyir. Bu yaxınlarda o etibarnamə vermək üçün notariat ofisinə getmiş, lakin orada etibarnamə verilməsindən imtina edilmiş və bildirmişlər ki, “Elektron notariat” Avtomatlaşdırılmış informasiya Sistemi vasitəsilə “X2” AQİS-dən çıxarışda onun xx.xx.1963-cü il tarixdə ölməyi barədə qeyd vardır.Həmin çıxarışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1963-cü il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə 2 nömrəli qeyd aparılmaqla, həmin tarixdə 8AZ-İ seriyalı 227510 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Halbuki daha əvvəl X4 tərəfindən ona xx.xx.2011-ci il tarixdə Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda AR-İ seriyalı 116096 nömrəli və ƏN-İİ seriyalı 246958 nömrəli, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda ƏN-İV seriyalı 427376 nömrəli etibarnamələr verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək, xx.xx.1963-cü il tarixdə ölməyi barədə akt qeydinin etibarsız hesab edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməli olduğum bildirilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsinə qarşı heç bir etirazları yoxdur. Qəbul edilmiş qanuni qərarla razıdırlar. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-xxxx/2023 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 nömrəli məktub, xx.xx.1960-cı il tarixdə İ-ИE seriyalı 871818 nömrəli doğum haqqında şəhadətnamənin surəti, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti, xx.xx.1985-ci il tarixdə lll-TKE seriyalı 457662 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti, 2 nömrəli xx.xx.1963-cü il tarixli ölüm akt qeydinin, 8AZ-İ seriyalı 227510 nömrəli, xx.xx.1963-cü il tarixli ölüm haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən X2nın qeydindəki səhvlər düzəldikdə X2nın qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən X2nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər X2nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən X2nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1960-cı ildə doğulmuş İddiaçı adına Azərbaycan SSR Dəvəçi rayonu Ərisküş kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1960-cı il tarixdə İ-ИE seriyalı 871818 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Ərisküş kənd icra nümayəndəliyi tərəfindən 2 nömrəli, xx.xx.1963-cü il tarixli ölüm akt qeydi aparılaraq və həmin akt qeydi əsasında 8AZ-İ seriyalı 227510 nömrəli, xx.xx.1963-cü il tarixli ölüm haqqında şəhadətnamə tərtib edilmişdir. İddiaçı səhvən tərtib edilmiş müvafiq akt qeydlərinin etibarsız edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhhkəmə qeyd edir ki, iddiaçının adına tərtib edilmiş akt qeydləri qanunsuz tərtib edildiyindən etibarsız hesab edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının həyat fəaliyyəti davam etmiş, bir sıra hüquqmüəyyənedici sənədlər əldə etmiş və hal-hazırda da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentində avtomobil sürücüsü vəzifəsində işləyir. Belə olan halda Siyəzən rayon Ərziküş icra nümayəndəliyi tərəfindən iddiaçının adına səhvən tərtib edilmiş 2 nömrəli xx.xx.1963-cü il tarixli ölüm akt qeydi və həmin akt qeydi əsasında verilmiş 8AZ-İ seriyalı 227510 nömrəli, xx.xx.1963-cü il tarixli ölüm haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının adına tərtib edilmiş akt qeydinin etibarsız hesab edilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Siyəzən rayon Ərziküş icra nümayəndəliyi tərəfindən İddiaçı adına tərtib edilmiş 2 nömrəli xx.xx.1963-cü il tarixli ölüm akt qeydi və həmin akt qeydi əsasında verilmiş 8AZ-İ seriyalı 227510 nömrəli, xx.xx.1963-cü il tarixli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2442/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2442/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver