Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2444/2024 29.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Bşaçısının Ceyranbatan qəsəbəsi üzrə icra nümayəndəliyinin 27 iyul 1994-cü il tarixli 68 nömrəli sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə onun mərhum həyat yoldaşı X5 Abşeron rayonu Ceyranbatan qəsəbəsi İcra nümayəndəsinin 27 iyul 1994-cü il tarixli 68 nömrəli sərəncamınna əsasən Ceyranbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,10 a torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüuqularınınn dövlət qeydiyaytına alınması və bu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Bşaçısının Ceyranbatan qəsəbəsi üzrə icra nümayəndəliyinin 27 iyul 1994-cü il tarixli 68 nömrəli sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Bşaçısının Ceyranbatan qəsəbəsi üzrə icra nümayəndəliyinin 27 iyul 1994-cü il tarixli 68 nömrəli sərəncamına əsasən 0,10 ha torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı X6 ayrılmışdır. Həmin torpaq sahəsinin ayrıc aktı tərtib olunaraq müvafiq dövlət qurumları tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Bu torpaq sahəsi uzun illər ailənin istifadəsində olmuş və torpaq vergisi və rüsumları da ödənilmişdir.Torpaq sahəsindən təyinatına uyğun istifadə edilməklə fərdi yaşayış evi tikilmişdir. İddiaçının həyat yoldaşı E.Şükürov xx.xx.2021ci ildə vəfat etmişdir. İddiaçı mərhumun qanun üzrə 1-ci növbə vərəsəsi kimi mirasın qəbulu ilə bağlı notariusa müraciət elmiş və mərhumun vərəsəsi kimi tanınmışdır. Notarius tərəfindən cavabdeh orqana məktub göndərərək mərhum həyat yoldaşına qanuni əsaslarla ayrılmış torpaq sahəsi və onun üzərində inşa edilmiş tikiliyə dair çıxarışın iddiaçının adına verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh orqan bunu etməmiş və iddiaçı cavabdeh orqana öz adından müraciət göndərməklə mərhum həyat yoldaşının adına ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almasını xahiş etmişdir. Lakin cavabdeh orqan xx.xx.2023-cü ildə imtina məktubu göndərməklə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, guya bu məsələyə müvafiq sənədlər yerli icra hakimiyyəti orqanları tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra baxılacaqdır və guya cavabdeh orqana həmin torpaq sahəsinə baxış keçirmək üçün tərəfindən şərait yaradılmamışdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın bu imtinası tam əsassızdır, əvvəla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tərəfindən bütün sənədlər təqdim edilmiş və cavabdeh orqan da İqtisadiyyat Nazirliyinin yanında dövlət qurumudur, həmin sənədləri araşdırmaqla müvafiq qərarın qəbul edilməsi mümkündür, digər tərəfdən həmin əraziyə baxış keçirilməsinə tərəfindən hər hansı bir maneə olmamışdır. Bütün bunlar tamamilə əsassız dəlillərdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı Abşeron rayon İHB-nın Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin 27 iyul 1994cü il tarixli 68 nömrəli sərəncamından çıxarışı ilə X5 ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin bas planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi və sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı aşkarlanmışdır. Bu əsasla iddiaçıya imtina bildirii verilmişdir. İş materiallarında olan: - Abşeron rayon İHB-nın Ceyranbatan qəsəbəsi üzrə icra nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 68 saylı sərəncamından çıxarışdan görünür ki, Abşeron RİH başçısının 28 iyun 1994cü il tarixli Abşeron RİH başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında 310 №-li sərəncamı ilə fərdi mənzil tikintisi üçün hər ailəyə 0,10 ha hesabı ilə 100 ailəyə - 10 ha həyətyanı və 2,0 ha küçə və yollar altına, cəmi 12,0 ha torpaq sahəsi Saray üzümçülük sovxozundan alınıb Ceyranbatan qəsəbəsinə verilmişdir. Sərəncamın icrası ilə əlaqədar vətəndaşların təqdim etdikləri sənədləri nəzərə alıb aşağıda adları göstərilənlər, o cümlədən X6 0,10 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. - 1995-ci il tarixli qəbzdən görünür ki, X7 2200 rubl ödəmişdir. - xx.xx.1994-cü il tarixli aktdan görünür ki, 0,10 ha torpaq sahəsi X6 təhvil verilmişdir. - AZ-İİ 161055 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci tarixdə X4 vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyən olmuşdur və vərəsə arvadı-X2r. -E.Şükürova ayrılmış 0,10 ha torpaq sahəsinə dair cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri 0.1080 ha təşkil edir, yol ilə sərhəddir, torpaq sahəsi daş hasarla iki hissəyə bölünüb və hər birində ev tikilisi vardır. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən Abşeron rayon İcra Hakimiyyəti başçısı Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1994-cü il tarixli, 68 saylı sərəncamından çıxarış və həmin sərəncamın verilməsinə əsas olmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının 310 saylı xx.xx.1994-cü il tarixli sərəncamı və əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə yuxarıda göstərilən normaları nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncama ayrıc aktının və ya ilkin baş planın əlavə edilməməsi iddaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Belə ki, torpaq sahəsi iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron rayon İHB-nın Ceyranbatan qəsəbəsi üzrə icra nümayəndəliyinin 27 iyul 1994-cü il tarixli 68 nömrəli sərəncamı əsasında ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan hazıradək iddiaçının istifadəsindədir. Eyni zamanda məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Bşaçısının Ceyranbatan qəsəbəsi üzrə icra nümayəndəliyinin 27 iyul 1994-cü il tarixli 68 nömrəli sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti Bşaçısının Ceyranbatan qəsəbəsi üzrə icra nümayəndəliyinin 27 iyul 1994-cü il tarixli 68 nömrəli sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2444/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2444/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver