Məhkəmə qərarları › İş №2-1(118)-245/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-245/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-245/2020 17.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qubadlı rayon qeydiyyat şöbəsinə qarşı “Qubadlı rayon Qeydiyyat şöbəsinin üzərinə iddiaçının soyadının “Bədəlova”dan “Bədəlbəyli”yə dəyişdirilməsi vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxxxx 1996-cı il tarixində anadan olmuşdur. İddiaçı soyadının “Bədəlova”dan “Bədəlbəyli”yə dəyişdirilməsi üçün cavadeh inzibati orqana müraciət etmiş, cavabdehin xx xxxxxxx 2019-cu il tarixli, 05/Q-113/62 saylı məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatdadır və hal-hazırda ünvan 1 ünvanında yaşayır. Bildirir ki, soyadını "Bədəlova"dan "Bədəlbəyli"yə dəyişmək istəyir. Bunun üçün aidiyyatı üzrə Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən xahişi təmin olunmamış və soyadının "Bədəlova"dan "Bədəlbəyli"yə dəyişdirilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdeh Qubadlı rayon Qeydiyyat şöbəsi qanunverciliyin tələbini pozmuşdur. Belə ki, Ailə məcəlləsinə görə vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qanunun mənasından aydın olur ki, iddiaçının soyadını dəyişmək hüququ var və buna 18 yaşına çatdıqdan sonra yol verilir. İddiaçı yetkinlik yaşına çatmışdır və öz hüququndan istifadə edib soyadını dəyişmək istəyir. Cavabdeh orqan isə heç bir əsas olmadan bundan imtina edir. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuş olur. Ona görə də o hazırkı iddia ilə məhkəməyə müraciət edib. Hesab edir ki, soyadı Bədəlova"dan "Bədəlbəyli"yə dəyişdirilməlidir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, İddiaçı cavabdeh Qubadlı rayon qeydiyyat şöbəsinə qarşı soyadının “Bədəlbəyli” kimi qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Qubadlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qubadlı rayon qeydiyyat şöbəsi aşağıda göstərilənlərə görə iddia tələbi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1993-cü il tarixli, 495 nömrəli “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında” qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları “ov’V’yev” sonluqlu soyadlarını “-İİ” (sözün kökündən asılı olaraq “-lı”,”-lu”,”-lü”), “-zadə”, “oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Azərbaycan Milli Elmlər X1 Terminologiya Komissiyasının nəzdində fəaliyyət göstərən Adlar və soyadlar üzrə xüsusi komissiyasının vəsatəti əsasında Azərbaycan soyadlarının formalaşdırılmasına dair xx xxxxxx 2010-cu il tarixində qərar qəbul olunmuşdur ki, müvafiq qərara əsasən valideynin mövcud soyadının kökünə -lı,-li,-lu,-lü,zadə,-soy,-gil, kişilərə -oğlu, qadınlara -oğlu və ya -qızı soyad sonluğunun artırılması və ya heç bir sonluq artırılmadan soyad yazılması, eləcə də titul bildirən sözlərdən soyad yaratma vasitəsi kimi istifadə edilməməsi təklif olunmuşdur. Bildirir ki, “bəyli” soyad sonluğu milli soyad sonluqları siyahısında nəzərdə tutulmadığından soyad sonluğunun “Bədəlova”dan “Bədəlbəyli” yə dəyişdirilməsi şöbə tərəfindən mümkün deyildir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə tərəfindən edilmiş sorğulara Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən daxil olmuş cavab məktublarında müvafiq olaraq, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmadığı, müvafiq olaraq İddiaçı cinayət təqibi, məhkumluğu və axtarışda olması barədə DİN-in müvafiq uçotlarında məlumat olmadığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həmdə əsaslıdır. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının hər bir vətəndaşının adı, soyadı, ata adının olması və onun dəyişdirilməsi imkanı qanunvericilikdə təsbit edilmiş bir hüquqdur və iddiaçıda qanunvericilikdən irəli gələn hüququndan istifadə etmək niyyətindədir. Bu hüquqdan istifadəni istisna edəcək bir halın olması isə məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.Qeyd olunanlar iddianın əsaslı olduğunu, iddiaçının cavabdeh inzibati orqana əsaslı və qanuni tələb ilə müraciət etdiyini göstərir. İddiaçının 18 yaşı tamam olduğuna və soyadında dəyişiklik edilməsini istisna edəcək bir hal müəyyən edilmədiyinə görə, onun soyad daşımaq hüququndan istifadə tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı soyadı “Bədəlova”dan “Bədəlbəyli”yə dəyişdirilməsi vəzifəsi Qubadlı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı soyadının “Bədəlova”dan “Bədəlbəyli”yə dəyişdirilməsi vəzifəsi Qubadlı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar