Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-245/2022 23.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 nömrəli qərarı ilə onun və mərhum həyat yoldaşı X4 ilə birlikdə mülkiyyətlərinə verilmiş Qusar rayon Əcəxuroba kəndində yerləşən 250 M nömrəli 12500,02 m2 ha torpaq sahəsinə X5 adına verilmiş hüquqmüəyyənedici sənədlərin(çıxarışın, şəhadətnamə vəs sənədlərin) ləğv edilməsi cavabdehin üzərinə qoyulması, həmçinin Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 nömrəli qərarı ilə onun və mərhum həyat yoldaşı X4 ilə birlikdə mülkiyyətlərinə verilmiş Qusar rayon Əcəxur Palasa kəndində yerləşən 250 V nömrəli 8289,99 m2 kənd təsərrüfat təyinatlı torpaq sahəsi isə X3 adına qeydə alınmasına dair MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli Çıxarışın, Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərin, JN572 nömrəli 30104018 kodlu 15 may 2006cı il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquq müəyyənedici sənədlərin ləğv edilməsinin cavabdehin üzərinə qoyulmasına, dair və mülkiyyətlərində olan 1,25 ha torpaq sahəsinin X5 adına qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli **********61 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş AN-İ ******* nömrəli 19 noyabr 2011-ci il tarixli X2 ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsi JN-0545 nömrəli 30104018 kodlu X1 adına verilmiş 22 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı, A270825 nömrəli xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi və digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinin cavabdehin üzərinə qoyulması”-na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 nömrəli qərarı ilə onun və mərhum həyat yoldaşı X4 ilə birlikdə mülkiyyətlərinə verilmiş Qusar rayon Əcəxuroba kəndində yerləşən 250 M nömrəli 12500,02 m2 ha torpaq sahəsinə X5 adına verilmiş hüquqmüəyyənedici sənədlərin(çıxarışın, şəhadətnamə vəs sənədlərin) ləğv edilməsi cavabdehin üzərinə qoyulması, həmçinin Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 nömrəli qərarı ilə onun və mərhum həyat yoldaşı X4 ilə birlikdə mülkiyyətlərinə verilmiş Qusar rayon Əcəxur Palasa kəndində yerləşən 250 V nömrəli 8289,99 m2 kənd təsərrüfat təyinatlı torpaq sahəsi isə X3 adına qeydə alınmasına dair MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli Çıxarışın, Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərin, JN572 nömrəli 30104018 kodlu 15 may 2006cı il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquq müəyyənedici sənədlərin ləğv edilməsinin cavabdehin üzərinə qoyulmasına, dair və mülkiyyətlərində olan 1,25 ha torpaq sahəsinin X5 adına qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli **********61 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş AN-İ ******* nömrəli 19 noyabr 2011-ci il tarixli X2 ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsi JN-0545 nömrəli 30104018 kodlu X1 adına verilmiş 22 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı, A270825 nömrəli xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi və digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-245/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-245/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver