Məhkəmə qərarları › İş №2-1(118)-2455/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2455/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2455/2022 20.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 16 iyun 2020-ci il tarixli 5/A- 105/92-016/75-t/3 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 16 iyun 2020-ci il tarixli 5/A- 105/92-016/75-t/3 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarının icrasına köməklik edilməsi ilə əlaqədar cavabdehə müraciətlər etmiş və müraciətləri cavabsız qaldığından cavabdehin hərəkətsizliyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə digər orqanlardan daxil olan aidiyyəti müraciətlərlə birgə cavab verilmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini, eləcə məhkəmə proseslərinin təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını da məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (67.3.). Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddiaçının müraciətinə mahiyyəti üzrə cavab vermişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi öz həllini tapdığından məhkəmədə baxıla bilməz. Bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 16 iyun 2020-ci il tarixli 5/A- 105/92-016/75-t/3 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar