Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2456/2023 14.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan 189.7 hektar torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququna dair ********** qeydiyyat nömrəsi ilə aparılmış 20 may 2020-ci il tarixi dövlət qeydiyyatının və onun əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş reyestr nömrəsi **********26 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Şabran rayonu Dəvəçi bələdiyyə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “iddiaçının mülkiyyətində olan 189.7 hektar torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququna dair ********** qeydiyyat nömrəsi ilə aparılmış 20 may 2020-ci il tarixi dövlət qeydiyyatının və onun əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş reyestr nömrəsi **********26 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı sahəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək məqsədi ilə bələdiyyə torpaqlarından 189,7 hektar torpaq sahəsinin icarə əsasında cəmiyyətə ayrılması ilə bağlı müraciəti əsasında Şabran rayonunun Dəvəçi Bələdiyyəsinin 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarı ilə bələdiyyənin kənd təsərrüfatı təyinatlı 189,7 hektar torpaq sahəsi üzərində Dəvəçi Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanılması qərara alınmışdır. Həmin bələdiyyə qərarı əsasında göstərilən torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq hərracına(müsabiqəsinə) çıxarılmış, keçirilmiş torpaq hərracının (müsabiqəsinin) qalibi kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tanınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş Seriya AM 011444 saylı 19 mart 2020-ci il tarixli Şəhadətnamə əsasında bələdiyyə mülkiyyətində olan 189,7035 hektar torpaq sahəsi “Çıraqqala Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrılmışdır. Eyni zamanda Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə “Çıraqqala Aqro" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sözügedən 189,7 hektar torpaq sahəsi ilə bağlı Şabran rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 15 may 2020-ci il tarixli X3 bağlanılmışdır. Qeyd olunan icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində “Çıraqqala Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 20 may 2020ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçirilmiş və bu barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına reyestr nömrəsi **********26 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış verilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə öhdəliklərini lazımi şəkildə icra etmədiyindən Dəvəçi Bələdiyyəsi tərəfindən “icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi, torpaq sahəsinin geri qaytarılması barədə" iddia tələbləri ilə məhkəməyə müraciət edilmişdir. Dəvəçi Bələdiyyəsinin sözügedən iddia tələbləri əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2- 2(105)-107/2022 saylı qətnaməsi ilə bələdiyyənin iddia tələbləri təmin olunmuş, X3 üzrə yaranmış borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən bələdiyyənin xeyrinə tutulması, eləcə də Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "Çıraqqala Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməsi,torpaq sahəsinin boşaldılaraq və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərərinən təmin olunmamış və Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2-2(105)-107/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2-2(105)-107/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tərəflərindən ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilərək Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsi üzərində “Çıraqqala Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına aparılmış icarə hüququna dair qeydiyyatın ləğv edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh bələdiyyənin müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən bələdiyyənin müraciətinə verilmiş 14 fevral 2023-cü il tarixli, 3-21 -3-34/2- 1568/2023 saylı cavab məktubunda mübahisələndirilən çıxarışın ləğv edilməsinin məhkəmə qətnaməsi ile müəyyən edilmədiyi bildirilərək ərizənin icrasından imtina olunmuşdur. Bununla bağlı məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, cavabdehin mübahisələndirilən torpaq üzərində “Çıraqqala Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına aparılmış icarə hüququna dair qeydiyyatın ləğv edilməsindən imtinasını tamamilə əsassız və qərəzli sayırıq. Belə ki,sözügedən icarə hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş X3 məhkəmə qaydasında ləğv edildiyindən, inzibatı orqan olaraq cavabdehin həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyatını və bu qeydiyyata əsasən verilmiş reyestr çıxarışını ləğv etməsi qanunvericiliklə onun vəzifəsidir. Bu halda reyestr çıxarışının məhkəmə qaydasında ləğvini bəhanə edərək cavabdeh tərəfindən müraciətimizdən imtina edilməsi qanuni və ədalətli sayıla bilməz. Belə ki,Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan 189,7 hektar torpaq sahəsi üzərində “Çıraqqala Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına icarə hüququna dair dövlət qeydiyyatının aparılması üçün əsas olmuş 15 may 2020-ci il tarixli X3 məhkəmə qaydasında ləğv edildiyindən, həmin dövlət qeydiyyatı da artıq öz hüquqi qüvvəsini itirdiyindən ləğv olunmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 və nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Şabran rayon Dəvəçi bələdiyyəsi məhkəmə qətnaməsi əsasında icarə hüquqların ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, 024 nömrəli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-1568/2023 nömrəli məktubla bildirilmişdir ki: "Bildiririk ki, ərizənizdə göstərilən Sumqayıt Apellyasiya Məhkəməsinin kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(105)-107/2022 saylı qətnaməsi ilə Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189.7 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli X3 ləğv edilsin, həmin torpaq sahəsi cavabdeh tərəfin dən boşaldılaraq və hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilsin. Məlumat üçün qeyd edirik ki, 15 may 2020-ci il tarixli X3 əsasında "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastın və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınmış və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli dövlət reyestrinən çıxarış verilmişdir. Bildiririk kı, həmin çıxarışın ləğv olunub-olunmaması məhkəmə qətnaməsində müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanları nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən "Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - **********26 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünüür ki, Şabran rayonu, Dəvəçi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 189.7035 ha torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)- 107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Şabran rayonu Dəvəçi bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməsi, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 45/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 14 fevral 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1. subyektiv hüququnun olub-olmamasını; 2. cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3. qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə dar alqı-satqı müqaviləsinin bağlandığı vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq həmin orqanın hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi həmin orqana aiddir. Belə olduğu tədqirdə cavabdeh inzibati orqanın hazırkı iddia tələbinə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Mübahisənin məhkəmə aidiyyatına münasibətdə məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarış alqı-satqı müqaviləsi əsasında verilsə də, alqı-satqı müqaviləsi mülki qaydada mübahisələndirilmiş və etibarsız hesab edilmişdir. İddiaçı bundan sonra cavabdeh inzibati orqana həmin çıxarışın ləğvi ilə bağlı müraciət etsə də, inzibati orqan çıxarışın məhkəmə qaydasında ləğv edilməli olmasını əsas gətirərək onun ləğvindən imtina etmişdir. Hazırki halda mübahisə mülki hüquq münasibətindən deyil, cavabdeh inzibati orqanın inzibati aktın qəbulu ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi ilə, yəni mülki qaydada ləğv edilmiş alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğvi ilə bağlıdır ki, buda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icaə müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir və bunun əsasında onun icarə hüququna dair **********26 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Daha sonra Şabran rayonu Dəvəçi bələdiyyəsi Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması”nı xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)-623/2022 saylı qətnaməsi ilə iddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd edilən məhkəmə qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Şabran rayonu Dəvəçi bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 may 2020ci il tarixli X2 ləğv edilməsi, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)- 107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə hazırki işdə mübahisə predmeti olan **********26 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın verilməsinə əsas olan icarə müqaviləsi yuxarıda adı qeyd olunan məhkəmə qərarı ilə etibarsız hesab edilmişdir. Bu səbəbdən iddiaçı **********26 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 14 fevral 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən çıxarışın ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Lakin hazırki işdə cavabdeh inzibati orqan reyestrdə aparılmış qeydin düzgün olmadığını bilə-bilə həmin qeydin ləğvindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində qeydiyyatın əsasını 15 may 2020-ci il tarixli X3 təşkil etmişdir ki, həmin müqavilədə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. X3 ləğv edildiyindən və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından həmin qeydiyyatın hər hansı bir hüquqi qüvvəsi qalmamışdır. Beləliklə sözügedən **********26 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış X3nə münasibətdə formal qeydiyyat xarakteri daşımışdır. Artıq çıxarışın verilməsinə əsas olan sənədin hər hansı bir hüquqi qüvvəsi olmadığından, o ləğv edildiyindən edildiyindən onun əsasında verilmiş çıxarışda ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şabran rayonu Dəvəçi bələdiyyəsinin mülkiyyətində olan 189.7 hektar torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququna dair ********** qeydiyyat nömrəsi ilə aparılmış 20 may 2020-ci il tarixi dövlət qeydiyyatı və onun əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş reyestr nömrəsi **********26 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Şabran rayonu Dəvəçi bələdiyyəsinin mülkiyyətində olan 189.7 hektar torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququna dair ********** qeydiyyat nömrəsi ilə aparılmış 20 may 2020-ci il tarixi dövlət qeydiyyatı və onun əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş reyestr nömrəsi **********26 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva