Məhkəmə qərarları › İş №2-1(118)-246/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-246/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-246/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 (ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı) qarşı “08.07.1991ci ildən 01.01.1992-ci ilə qədər “Monolit” kiçik müəsisəsində və 02.01.1992-ci ildən 27.06.1994-cü ilə qədər “Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyyətində işlədiyi dövrün sosial sığorta stajı hesab olunması və pensiya təyin olunduğu tarixdən yəni, 26 dekabr 2016-cı ildən xəstəliyi ilə əlaqədar olaraq pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 28.12.2015-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, 13 il 08 ay sığorta stajına qarşı 12 il 02 ay sığorta stajının olması səbəbilə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı 18.08.2021-ci il tarixində yenidən cavabdeh inzibati orqana müraciət etmiş, 31.08.2021-ci il tarixli **********5 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinada cavabdeh inzibati orqan 01.07.2017-ci il tarixdən qüvvədə olan Əmək Pensiyaları haqqında Qanunun 12.1-ci maddəsinə əsaslanaraq tələb olunan 27648,00 manat sığorta kapitalına qarşı 10309.45 manat sığorta kapitalının olması, iddiaçının 28.12.2015- ci il tarixdə şöbəyə müraciəti zamanı tələb olunan 13 il 08 ay sığorta stajına qarşı 12 il 02 ay sığorta stajının olması, habelə əmək kitabçasında qeyd olunan 08.07.1991-ci il tarixdən 01.01.1992-ci il tarixədək, 02.01,1992-ci il tarixdən 27.06.1994-cü il tarixədək sığorta stajının qarşılıqlı yoxlanılmasının Azərenerjimənziltikinti idarəsinin qeyd olunan dövrdə məcburi sosial-sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etməməsi və müəssisənin hüquqi ünvanı olmaması səbəbilə mümkün olmadığı qeyd edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. 1977-ci ilin noyabr ayından 1978-ci ilin avqust ayına kimi keçmiş SSRİ-nin ordu sıralarında hərbi xidmətdə olmuşdur. 01.11.1978-ci ildən 13.08.1979-cu ilə kimi Ermənistanın X7 Ekspertizasının yeraltı işlərdə fəhlə, 10.09.1979-cu ildən 09.12.1980-ci ilə kimi X8 Zavodunun təchizat şöbəsində yükboşaldan (Kafanskiy svelotexniçeskiy zavod p/о “Armeleklrosvet" otdelsnabjeniya qruzçikom), 09.01,1981-ci ildən 13.03.1981-ci ilə kimi Qafan tədarük kontorunda fəhlə (Kafanskaya zaqatavitelnaya kontora matorsre qorod Kafan), 01.04.1981-ci ildən 10.06.1981-ci ilə kimi 27 nömrəli mexanikləşdirilmiş kalonda fəhlə, 25.08.1981-ci ildən 26.10.1988-ci ilə kimi X7 İdarəsində müxtəlif işlərdə fəhlə, Azərbaycana qayıdandan sonra 22.11.1988-ci ildən 10.07.1991-ci ilə kimi Mexanikləşdirilmiş ev tikinti kalonunda betonçu çilingər, 08.07.1991-ci ildən 01.01.1992- ci ilə kimi "Monolif" kiçik müəssisəsində fəhlə, 02.01.1992-ci ildən 27.06.1994-cü ilə kimi Azerenerji Mənzil-Tikinti Səhmdar Cəmiyyətində çilingər peşəsində işləmişdir. Ümumilikdə hərbi xidmətlə birlikdə 16 ildən artıq ümumi əmək stajı vardır. 02.04.2019-cu ildən halhazıra qədər "xxxx" İş Mərkəzi MMC-də işləyir. Ona xəstəliyilə əlaqədar olaraq 26.12.2016-cı ildən 2-ci dərəcəli əlillik qrupu verilmişdir. Buna görə də sənədlərini pensiya təyini məqsədilə AR ƏƏSMN tabeliyində olan DSMF-nin İ saylı Regional ərazi filialına təqdim etmişdir. Cavabdeh özünün 31.08.2021-ci il tarixli, **********5 saylı məktubu ilə xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi qeyd edilmişdir ki, "Əmək kitabçasına qeyd olunan 08.07.1991 -ci i! tarixdən 01.01.1992-ci il tarixinədək, 02.01.1992-ci il tarixdən 27.06.1994-cü il tarixinədək sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Mingəçevir şəhər DSMF-nin 02.02.2016-cı il tarixli, 57/33 saylı məktubuna əsasən 02.01.1993-cü il tarixdən 27.06.1994- cü il tarixinədək “Azərenerjimənziltikinti” İdarəsi DSMF-nin Mingəçevir şəhər Şöbəsi tərəfindən araşdırılmışdır. Həmin müəssisənin qeyd olunan dövrdə məcburi sosial sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etməməsi və müəssisənin hüquqi ünvanı olmadığından iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır”. Qeyd edilən səbəblərə görə iddiaçıya pensiya təyin olunmamışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 01.11.1978-ci ildən 27.06.1994-cü ilə qədər Xalq Təsərrüfatının müxtəlif sahələrində işləmişdir. 1977-ci ilin noyabrından 1978-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 01.01.2006-cı ilə qədər ümumi iş stajı 16 ildən artıqdır. 08.07.1991-ci ildən 01.01.1992-ci ilə qədər Mingəçevir şəhərində fəaliyyət göstərən “Monolit” kiçik müəssisəsində 02.01.1992-ci ildən 27.06.1994-cü ilə qədər “Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyətində işləmişdir. Hər iki müəssisə dövlət mülkiyyətində, dövlət müəssisəsi olmuşdur. “Əmək pensiyaları haqqında” AR qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” qaydalarının 3.1.l-ci bəndinə görə “əmək pensiyaları haqqında qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir” Həmin qaydaların 4.2.7-ci bəndinə görə “pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006- cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisəsində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir”. Qaydaların qeyd olunan bəndi yalnız qeyri-dövlət müəssisəində çalışanlara şamil edilməlidir. Yuxarıda adı qeyd olunan hər iki müəssisə elektrik enerjisi istehsalı sahəsinə aid olub dövlətə məxsus olmuşdur. AR Konstitusiyasının 149.7-ci bəndinə görə “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. AR İPM-nin 1.2-ci maddəsinə görə “Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər”. AR MPM-nin 217.2-cimaddəsinə görə “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. AR İPM-nin J A-cü maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. AR İPM-ııin 73-cü maddəsinə görə “İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 2015-ci ildə müraciəti zamanı diplomunu itirdiyi üçün təqdim edə bilməmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 03 avqust 2021-ci il tarixində Fondun Fondunun 1 saylı regional ərazi filialına əlilliyə görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı vətəndaşın İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27448,00 manat sığorta kapitalına qarşı 10309,45 manat sığorta kapitalı olması səbəbindən vətəndaşa əliliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fondunun 02.02.2016-cı il tarixli 57/33 saylı məktubuna əsasən 02.01.1992-ci il tarixdən 27.06.1994-cü il tarixədək “Azərenerjimənziltikinti” idarəsi DSMF-nin Mingəçevir şəhər şöbəsinə tərəfindən araşdırılmışdır. Həmin müəssisənin qeyd olunan dövrdə məcburi sosial-sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etməməsi və müəssisənin hüquqi ünvanı olmadığından iş stajınının qarşılıqlı yoxlanılması mümkün olmamasını bildirilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, “Azərenerjimənziltikinti” idarəsi məcburi sosial-sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etmədiyi üçün həmin müəssisədə 02.01.1992-ci il tarixdən 27.06.1994-cü il tarixədək vətəndaşın işlədiyini iddia etdiyi illər onun sosial sığorta stajına daxil edilmir. İddiaçı əmək kitabçasında qeyd olunan 18.09.1979-10.07.1991-ci il tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci müddəasına əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27448,00 manat sığorta kapitalına qarşı 10309,45 manat sığorta kapitalı olması səbəbindən vətəndaşa əilliyə görə əmək pensiyası təyin edilməsi qanunvericiliyə ziddir. Cavabdeh məhkəmə təqdim etdiyi xidməti məruzəsində qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına təqdim edilmiş sənədlərin surətinə əsasən, vətəndaşa İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27648,00 manat sığorta kapitalına qarşı 10309,45 manat sığorta kapitalının olması səbəbilə vətəndaşa əliliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Əliliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaş 28.12.2015-ci il tarixdə şöbəyə müraciəti olmuşdur. Vətəndaşa əliliyə görə əmək pensiyasının təyin edilməməsinin səbəbi həmin dövrdə qüvvədə olmuş qanuna əsasən tələb olunan 13 il 08 ay sığorta stajına qarşı 12 il 02 ay sığorta stajının olması bildirilmişdir. Məlumat üçün bildirirlər ki, vətəndaşın əmək kitabçasında qeyd olunan 08.07.1991ci il tarixdən 01.01.1992-ci il tarixədək, 02.01.1992-ci il tarixdən 27.06.1994-cü il tarixədək sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fondunun 02.02.2016-cı il tarixli 57/33 saylı məktubuna əsasən 02.01.1992-ci il tarixdən 27.06.1994-ci tarixədək “Azərenerjimənziltikinti” idarəsi DSMF-nın Mingəçevir şəhər şöbəsi tərəfindən araşdırılmışdır. Həmin müəssisənin qeyd olunan dövrdə məcburi sosialsığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etməməsi və müəssisənin hüquqi ünvanı olmadığından stajınının qarşılıqlı yoxlanılması mümkün olmamasını bildirilmişdir. Əmək kitabçasında qeyd olunan 18.09.1979-10.07.1991-ci ıl tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmışdır. Təhsil aldığı 01.09.1974-23.07.1977-ci il tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmamışdır. Bu səbəbdən də vətəndaşa qeyd olunan dövrdə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümkün iddia olmaqla bərabər həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçıya ümumi xəstəliyə görə 25.12.2016-cı il tarixdən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 26.12.2016-cı il tarixli xxxxxxx0002 nömrəli təkrar müayinə barədə məlumatı) . İddiaçı ona. 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən aşağıdakı əsaslarla imtina edir:

1. vətəndaşa İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27648,00 manat sığorta kapitalına qarşı 10309,45 manat sığorta kapitalının olması;

2. Əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün vətəndaşın 28.12.2015-ci il tarixli müraciəti zamanı, həmin dövrdə qüvvədə olmuş qanuna əsasən tələb olunan 13 il 08 ay sığorta stajına qarşı 12 il 02 ay sığorta stajının olması

3. əmək kitabçasında qeyd olunan 08.07.1991-ci il tarixdən 01.01.1992-ci il tarixədək, 02.01.1992-ci il tarixdən 27.06.1994-cü il tarixədək sığorta stajının qarşılıqlı yoxlanılmasının Azərenerjimənziltikinti idarəsinin qeyd olunan dövrdə məcburi sosial-sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etməməsi və müəssisənin hüquqi ünvanı olmaması səbəbindən mümkün olmaması Cavabdehin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan şəxslərin əmək pensiyası almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Monolit” kiçik müəssisəsinin və “Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyətinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 16 dekabr 2021-ci il tarixli, 4/2498 saylı məktubu) Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Məhkəmə hesab edir ki, həmin dövrlərin cavabdeh tərəfindən nəzərə alınmaması əsaslı olmuşdur. Lakin vətəndaşa İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27648,00 manat sığorta kapitalına qarşı 10309,45 manat sığorta kapitalının olması ona əmək pensiyasının təyinatından imtina üçün əsas ola bilməz. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdeh orqana ilkin müraciəti 28.12.2015-ci il tarixində olmuşdur. İddiaçının əlilliyinin müəyyən olunduğu zamanı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ. Bu Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir. Belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə əlilliyə görə əmək pensiyasının təyini üçün pensiya kapitalı nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqandan tələb edilən sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının 2015-ci il tarixində müraciəti zamanı onun onun tələb olunan 13 il 08 ay sığorta stajına qarşı 12 il 02 ay sığorta stajı müəyyən edilmişdir. Lakin iddiaçının müraciəti zamanı onun təhsil aldığı dövrlər nəzərə alınmamışdır. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının 2015-ci il tarixində müraciəti zamanı qüvvədə olan qanunvericilik nəzərə alındıqda və iddiaçının əyani təhsil alması sübut olunduqda iddiaçının əlilliyə görə pensiya hüququ yaranır. İddiaçı məhkəməyə təqdim etdiyi 852887 nömrəli, 23 iyul 1977-ci il tarixli diplomdan görünür ki, o, 01.09.1974-cü il tarixdən 23.07.1977-ci il tarixədək əyani təhsil almışdır. Belə ki, iddiaçının təhsil aldığı illər də nəzərə alındıqda, onun cavabdeh orqana ilkin müraciəti zamanı əlilliyə görə əmək pensiyası hüququ artıq yaranmış olur. Lakin, iddiaçı diplomunu tapdıqdan sonra təkrarən 18.08.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan bu inzibati icraat zamanı hazırda qüvvədə olan qanunvericiliyə istinad etmişdir. Halbuki, iddiaçının təqdim etdiyi sənədə əsasən iddiaçıya ümumi xəstəliyə görə 25.12.2016-cı il tarixdən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 26.12.2016-cı il tarixli xxxxxxx0002 nömrəli təkrar müayinə barədə məlumatı) . İddiaçı həmin dövrdən ona 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan qüvvədə olan qanunvericiliyi tətbiq etməklə iddiaçının hüquqlarını pozmuşdur. İddiaçının əlillliyinin müəyyən olunduğu dövrdə qüvvədə olan qanunvericilyə əsasən isə yuxarıda qeyd olunduğu kimi onun pensiya hüququ yaranmış olur. Lakin məhkəmə hesab edir ki, bu halda iddiaçıya pensiya təyin edilərkən hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi nəzərə alınmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ əvvəlki tarixlərdən yaranmış olsa belə, onun pensiyası inzibati orqana müraciətindən əvvəlki üç il nəzərə alınmaqla hesablanmalı və ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 26 dekabr 2016-cı ildən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin olunmalı və 18.08.2018-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X1 üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı 26 dekabr 2016-cı ildən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin olunması və 18.08.2018-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X1 üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar