Məhkəmə qərarları › İş №2-1(118)-2462/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2462/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2462/2024 31.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 oktyabr 2024cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin 25 aprel 2018-ci il tarixli, 9/2-5883 nömrəli arxiv arayışından görünür ki, Sumqayıt RHK-dan çağırılmış starşina İddiaçı Hərbi Polis idarəsi rəisinin 20 yanvar N3-cü il tarixli 19 nömrəli əmrilə (əsas: səh-43, §4) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq İ bölük, İ tağıma manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Qeyd edilir ki, Hərbi Polis idarəsi rəisinin 21-31 yanvar, fevral, iyul N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Ağdərə rayonuna ezam olunmağı və xidməti barədə məlumat aşkar edilməmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin 1 mart 2019-cu il tarixli, 126 nömrəli arayışından görünür ki, X5 20 yanvar N3-cü il tarixdən N iyul N3-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət keçmiş və 22 noyabr N1-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində olan əsgər və çavuşların qeydiyyatındadır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16 iyun 2020-ci il tarixli, 245 nömrəli qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən N3-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 14 aprel 2006-cı il tarixli, HP-01/36 nömrəli və Bakı Hərbi Prokurorluğunun 28 sentyabr 2018-ci il tarixli, 11/4465 nömrəli məktublarına əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N3-cü ilin fevral ayında aldığı və 22 may 2020-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın sol alın-təpə nahiyəsində bir ədəd, başın təpə nahiyəsində bir ədəd, başın ənsə nahiyəsində bir ədəd, sol gicgah nahiyəsində bir ədəd, sol üst göz qapağında bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin 4 iyun 2020-ci il tarixli, 9 nömrəli göndərişi, 4 iyun 2020-ci il tarixli, 435 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 22 may 2020-ci il tarixli, 89 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası Hərbi Həkim Komissiyasının 26 aprel 2023-cü il tarixli müayinə vərəqəsi;

5. N3-cü ilin yanvarından milli orduda xidmət edən, hərbi polis tağımının komandir müavini, starşina İddiaçı “Xidməti xasiyyətnaməsi”;

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 3 may 2023-cü il tarixli, 4/2-2225 nömrəli məktubundan görünür ki, Sumqayıt RHK-dan müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, starşina İddiaçı Hərbi Polis idarəsi Rəisinin 20 yanvar N3-cü ıl tarixli, 19 nömrəli əmrilə (əsas: §4, səh 43, əmr idarə rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxıl edilməklə bütün növ təminatlarla təmin edilərək manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdən yayındığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, müddətdən artıq hərbi qulluqçu, rnanqa komandiri, starşina İddiaçı Hərbi Polis İdarəsi Rəisinin N iyul N3-cü il tarixli 171 nömrəli əmrilə (əsas: §5, sıra 3, səh 43. əmr idarə rəisi tərəfindən imzalanmamışdır) 1 iyul N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. Qeyd edilir ki, Hərbi Polis İdarəsi Rəisinin avqust-dekabr N3-cü il və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin İddiaçı göndərilmiş 10 iyul 2023-cü il tarixli, 4/3-6546 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 10 may 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 3 may 2023-cü il tarixli, 4/2-2225 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmətdən yayındığı üçün ehtiyata buraxıldığından, Hərbi Polis İdarəsi rəisinin avqust-dekabr N3-cü və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidməti barədə məlumat olmadığına görə, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Qoşma ilə aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 14 sentyabr 2023-cü il tarixli, 3-13- 12-1/2-H-1833xx/xx/2023 nömrəli arayışından görünür ki, xx xxxx 1971-ci il təvəllüdlü İddiaçı məhkumluğu yoxdur; - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun İddiaçı göndərilmiş 5 oktyabr 2023-cü il tarixli, 3-3-12/2-H-1097/23 nömrəli məktubundan görünür ki, onun 20 yanvar N3cü il tarixdən N iyul N3-cü il tarixədək Hərbi Polis İdarəsində xidmət edilməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir; - İddiaçı məxsus 25 noyabr 1989-cu il tarixli, НЗ seriyalı, ******* nömrəli “Hərbi bileti”ndən görünür ki, o, Hərbi Polis İdarəsində 20 yanvar N3-cü il tarixdən N iyul N3-cü il tarixədək hərbi hissədə xidmət keçmişdir; - Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(060)-6676/2018 nömrəli qətnaməsi ilə İddiaçı 20 yanvar N3-cü il tarixdən N iyul N3-cü il tarixə kimi Hərbi Polis İdarəsində hərbi xidmət keçməsi və döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən olunmuşdur.

8. AT-V seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın notarial qaydada təsdiq edilmiş tərcüməsi;

9. НЗ seriyalı, ******* nömrəli “Hərbi bileti”nin notarial qaydada təsdiq edilmiş tərcüməsi.

10. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin İddiaçı göndərilmiş 13 fevral 2024-cü il tarixli, 3-25/2-H-xx/xx/2024 nömrəli arxiv arayışından görünür ki, Sumqayıt RHK-dan müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, starşina İddiaçı Hərbi Polis İdarəsi rəisinin 20 yanvar N3-cü il tarixli, 19 nömrəli əmrilə (əsas: §4. səh.-4 qeyd əmrdə hərbi rütbəsi “starşina” yazılmış, əmr idarə rəisi tərəfindən imzalanmamışdır) 20 yanvar N3-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün təminatlarla təmin edilərək “manqa komandiri” vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin 10 iyun N3-cü il tarixli, 141 nömrəli əmrində (əsas səh 57) Hauptvaxta göndərildiyi üçün sıravi. Xidmətdən yayındığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, müddətdən artıq hərbi qulluqçu manqa komandiri, starşina İddiaçı Hərbi Polis İdarəsi rəisinin N iyul N3-cü il tarixli 171 nömrəli əmrilə (əsas: §5, sıra-3. səh.-43: qeyd: əmrdə hərbi rütbəsi “starşina” yazılmış, əmr idarə rəisi tərəfindən imzalanmamışdır) 1 iyul N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Hərbi Komissarlığa göndərilmişdir. Qeyd edilir ki, Hərbi Polis İcarəsi rəisinin fevral-iyun N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüşlərdə iştirakı avqust-dekabr N3-cü il, yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində xidmət barədə məlumat aşkar olunmamışdır.

Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin 22 aprel 2024-cü il tarixli, 2/2-45/9 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı komissiyaya 14 mart 2023-cü il tarixdə müraciət etmiş, sənədlərinə 10 may 2023-cü il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən, qoşmada göstərilən məzmunda cavab verilmişdir. Qoşma ilə aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin İddiaçı göndərilmiş 10 iyul 2023-cü il tarixli, 4/3-6546 nömrəli məktubu (§7); - НЗ seriyalı, ******* nömrəli “Hərbi bileti”; - Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(060)-6676/2018 nömrəli qətnaməsi (§7); - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 3 may 2023cü il tarixli, 4/2-2225 nömrəli məktubu (§6).

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

12. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 13 fevral 2024-cü il tarixli, 498 nömrəli məktubundan görünür ki, Sumqayıt RHK-dan müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, starşina İddiaçı Hərbi Polis İdarəsi rəisinin 20 yanvar N3-cü il tarixli, 19 nömrəli əmrilə (əsas: §4, səh. 43; qeyd: əmrdə hərbi rütbəsi “starşina” yazılmış, əmr idarə rəisi tərəfindən imzalanmamışdır) 20 yanvar N3-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “manqa komandiri” vəzifəsinə təyin olunmuşdur. Xidmətdən yayındığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, müddətdən artıq hərbi qulluqçu, manqa komandiri, starşina İddiaçı Hərbi Polis İdarəsi rəisinin N iyul N3-cü il tarixli, 171 nömrəli əmrilə (əsas: §5, sıra-3, səh.- 43; qeyd: əmrdə hərbi rütbəsi “starşina” yazılmış, əmr idarə rəisi tərəfindən imzalanmamışdır) 1 iyul N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Hərbi Komissarlığa göndərilmişdir. Qeyd edilir ki, Hərbi Polis İdarəsi rəisinin fevral-iyun N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüşlərdə iştirakı, avqust-dekabr N3-cü il, yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət müddəti göstərilmədiyindən barəsində araşdırmalar Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır.

13. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3 sentyabr 2024-cü il tarixli, 2530 nömrəli və 9 oktyabr 2024-cü il tarixli, 2890 nömrəli məktublarından görünür ki, Sumqayıt RHK-dan könüllü, 2 illik müddətdən artıq həqiqi hərbi xidmətə gəlmiş, starşina İddiaçı Hərbi Polis İdarəsi rəisinin 20 yanvar N3-cü il tarixli, 19 nömrəli əmrilə (əsas: §-4, səh-43, əmrdə hərbi rütbəsi “starşina” yazılmışdır, əsas kimi “Hüseynovun raportu” göstərilmişdir, əmr idarə rəisi tərəfindən imzalanmamışdır) 20 yanvar N3-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq 1-ci bölüyün 1-ci tağımında manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin 10 iyun N3-cü il tarixli, 141 nömrəli əmrində (əsas: §-10, səh-57, sıra-2, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) nizam-intizamı pozduqlarına görə, hauptvaxta göndərilərək 10 iyun N3-cü il tarixdən qazan təminatından çıxarılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısında sıravi “Э. Г. Гусейнов”un adı qeyd olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin N iyul N3-cü il tarixli, 171 nömrəli əmrində (əsas: §- 5, səh-43, sıra-3, əmrdə hərbi rütbəsi “starşina” yazılmışdır, əmr idarə rəisi tərəfindən imzalanmamışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi xidmətə davamlı gəlmədiklərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunmuş, 1 iyul N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata düşmək üçün Hərbi Komissarlığa göndərilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısında, 1-ci bölüyün 1-ci tağımında manqa komandiri, starşina İddiaçı adı qeyd edilmişdir. b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

14. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdehin imtinasının qanunsuz hesab edilərək, “müharibə veteranı adının” verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 yanvar N3-cü il tarixdən N iyul N3-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət etmişdir. 1989-N1-ci illər ərzində SSRİ-i Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. N3-cü ilin yanvar ayında könüllü olaraq Hərbi Polis İdarəsinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. N3-cü ilin fevral ayının ilk günlərində hərbi hissənin bir qismi ilə birlikdə iddiaçıda Ağdərə rayonuna gələrək döyüşlərə qatılmışdır. 8 fevral N3-cü il tarixdə yaxınlığında partlayan mərmi nəticəsində xəsarət alaraq tibb müəssisəsinə göndərilmişdir. 18 fevral N3-cü il tarixədək orada müalicə almışdır. Yenidən hərbi hissəyə qayıdaraq xidmətinə davam etmişdir. Hərbi hissənin şəxsi heyyətinin növbəli şəkildə döyüşlərə qatılmasını nəzərə alaraq, onun qrupu digər qrupla əvəz olundu və iddiaçını hərbi hissənin qərargahına, yəni Bakı şəhərinə gətirdilər. N iyul N3-cü il tarixdə hərbi hissənin ləğv olunması ilə əlaqədar hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 171 nömrəli əmri ilə ordu sıralarından təxris olunmuşdur.

16. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunmuşdur.

17. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə dair cavabdehin münasibəti:

19. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 20.1. şəxsin xidmət keçməsi - hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; 20.2. bunun müvafiq sənədlərdə əks edilməsi - bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 3 may 2023-cü il tarixli, 4/2-2225 nömrəli arayışına əsasən, döyüş əməliyyatları aparılan dövrdə iddiaçı xidmətdən yayındığı, Hərbi Polis İdarəsi rəisinin avqust-dekabr N3-cü və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı.

21. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bənlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2- 1(102)-1161/2017 nömrəli iş üzrə Qərarına, prosessual hüquqi əsası kimi İPM-in 14.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

22. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

25. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

26. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

27. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

28. Məhkəmə iclasında iştirak edən Şahid öz ifadəsində bildirmişdir ki, iddiaçıya verilən xasiyyətnamə onun tərəfindən imzalanmışdır. İddiaçının komandiri olmuşdur və özü hərbi polis idarəsinin rəisi vəzifəsində xidmət etmişdir. İddiaçıya münasibətdə onun döyüşlərdə iştirak etdiyini bildirmiş, etirazda qeyd edilənlərlə razılaşmamış, iddiaçının fərrari olmadığını, barəsində hər hansı bir məzəmmətin olmadığını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

29. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

30. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

32. 15 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı “müharibə veteranı adının verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 23 oktyabr 2023-cü il tarixdə təhvil almışdır.

33. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

34. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

35. İddiaçı 20 yanvar N3-cü il tarixdən N iyul N3-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət etməsinə, 1989-N1-ci illər ərzində SSRİ-i Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçməsinə, N3-cü ilin yanvar ayında könüllü olaraq Hərbi Polis İdarəsinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamıasına, N3-cü ilin fevral ayında Ağdərə rayonuna gələrək döyüşlərə qatılmasına, 8 fevral N3-cü il tarixdə yaxınlığında partlayan mərmi nəticəsində xəsarət alaraq tibb müəssisəsinə göndərilməsi və 18 fevral N3-cü il tarixədək orada müalicə almasına, yenidən hərbi hissəyə qayıdaraq xidmətinə davam etməsi və N iyul N3-cü il tarixdə hərbi hissənin ləğv olunması ilə əlaqədar hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 171 nömrəli əmri ilə ordu sıralarından təxris olunmasına istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

36. Cavabdeh tərəfin mövqeyinə görə isə iddia tələbi əsassızdır. Etiraz iki dəlilə söykənir: a) Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 3 may 2023-cü il tarixli, 4/2-2225 nömrəli arayışına əsasən, döyüş əməliyyatları aparılan dövrdə iddiaçı xidmətdən yayındığı, Hərbi Polis İdarəsi rəisinin avqust-dekabr N3-cü və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir; b) iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir.

37. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

38. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Sumqayıt RHK-dan çağırılmış starşina olan iddiaçı Hərbi Polis idarəsi rəisinin 20 yanvar N3-cü il tarixli 19 nömrəli əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq İ bölük, İ tağıma manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis idarəsi rəisinin 21-31 yanvar, fevral, iyul N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının Ağdərə rayonuna ezam olunmağı və xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı 20 yanvar N3-cü il tarixdən N iyul N3-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət keçmiş və 22 noyabr N1-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində olan əsgər və çavuşların qeydiyyatındadır. Sumqayıt ŞHK tərəfindən N3-cü ildə hərbi xidmətə çağırılmış, barəsində heç bir təqsirləndirici materialın və cinayət işi olmamışdır və hərbi qeydiyyata götürülmüş iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən N3-cü ilin fevral ayında aldığı və 22 may 2020-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın sol alın-təpə nahiyəsində bir ədəd, başın təpə nahiyəsində bir ədəd, başın ənsə nahiyəsində bir ədəd, sol gicgah nahiyəsində bir ədəd, sol üst göz qapağında bir ədəd köhnə çapıq toxumalar”-“hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Xidmətdən yayındığına görə Hərbi Polis İdarəsi Rəisinin N iyul N3-cü il tarixli 171 nömrəli əmrilə 1 iyul N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. Hərbi Polis İdarəsi Rəisinin avqust-dekabr N3-cü il və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.

39. Cavabdehin məhkəmənin sorğularına cavab olaraq təqdim etdiyi 13 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt RHK-dan müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, starşina “İddiaçı” Hərbi Polis İdarəsi rəisinin 20 yanvar N3-cü il tarixli, 19 nömrəli əmrilə (əsas: §4, səh. 43; qeyd: əmrdə hərbi rütbəsi “starşina” yazılmış, əmr idarə rəisi tərəfindən imzalanmamışdır) 20 yanvar N3-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “manqa komandiri” vəzifəsinə təyin olunmuşdur. Xidmətdən yayındığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, müddətdən artıq hərbi qulluqçu, manqa komandiri, starşina “İddiaçı” Hərbi Polis İdarəsi rəisinin N iyul N3-cü il tarixli, 171 nömrəli əmrilə (əsas: §5, sıra- 3, səh.-43; qeyd: əmrdə hərbi rütbəsi “starşina” yazılmış, əmr idarə rəisi tərəfindən imzalanmamışdır) 1 iyul N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Hərbi Komissarlığa göndərilmişdir. Qeyd edilmişdir ki, Hərbi Polis İdarəsi rəisinin fevral-iyun N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüşlərdə iştirakı, avqust-dekabr N3-cü il, yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət müddəti göstərilmədiyindən barəsində araşdırmalar Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır.

40. Cavabdehin 3 sentyabr 2024-cü il tarixli və 9 oktyabr 2024-cü il tarixli məktublarından görünür ki, Sumqayıt RHK-dan könüllü, 2 illik müddətdən artıq həqiqi hərbi xidmətə gəlmiş, starşina Hərbi Polis İdarəsi rəisinin 20 yanvar N3-cü il tarixli, 19 nömrəli əmrilə (əsas: §-4, səh-43, əmrdə hərbi rütbəsi “starşina” yazılmışdır, əsas kimi “Hüseynovun raportu” göstərilmişdir, əmr idarə rəisi tərəfindən imzalanmamışdır) 20 yanvar N3-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq 1-ci bölüyün 1-ci tağımında manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin 10 iyun N3-cü il tarixli, 141 nömrəli əmrində (əsas: §-10, səh-57, sıra-2, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) nizamintizamı pozduqlarına görə, hauptvaxta göndərilərək 10 iyun N3-cü il tarixdən qazan təminatından çıxarılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısında sıravi “Э. Г. Гусейнов”un adı qeyd olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin N iyul N3-cü il tarixli, 171 nömrəli əmrində (əsas: §-5, səh-43, sıra-3, əmrdə hərbi rütbəsi “starşina” yazılmışdır, əmr idarə rəisi tərəfindən imzalanmamışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi xidmətə davamlı gəlmədiklərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunmuş, 1 iyul N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata düşmək üçün Hərbi Komissarlığa göndərilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısında, 1-ci bölüyün 1-ci tağımında manqa komandiri, starşina “İddiaçı”nun adı qeyd edilmişdir.

41. Göründüyü kimi, iddiaçı nizam-intizamı pozduqlarına görə, hauptvaxta göndərilərək 10 iyun N3-cü il tarixdən qazan təminatından çıxarılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısında sıravi “Э. Г. Гусейнов”un adı qeyd olunmuşdur. Hərbi Polis İdarəsi rəisinin N iyul N3-cü il tarixli, 171 nömrəli əmrində hərbi xidmətə davamlı gəlmədiklərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunmuş, 1 iyul N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata düşmək üçün Hərbi Komissarlığa göndərilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısında, 1-ci bölüyün 1-ci tağımında manqa komandiri, starşina İddiaçı adı qeyd edilmişdir.

42. Qeyd edilmiş məlumatların həqiqiliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivində mövcud olan sənədlərlə təsdiq olunmuşdur.

43. Bununla da məhkəmə cavabdeh tərəfin etirazının dəlilləri ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin - şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; bunun müvafiq sənədlərdə əks edilməsi - bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarının olması tələb olunur. Lakin qeyd olunan tələblərin cavabdehə münasibətdə mövcud olması sübutlarla təsdiq olunmur.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

45. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 - 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

46. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

47. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.

48. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

49. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar